İşə götürülmə ilə bağlı ən çox verilən suallar

İş üçün müraciət etmə

Müraciət etdikdən sonra nə baş verir?

Siz dərhal müraciətinizi təsdiq edən, həmçinin istinad nömrəsini göstərən e-poçt məktubu alacaqsınız. İşə müraciət etdikdən sonra iki gün ərzində işin ilkin meyarlarına cavab verib-vermədiyinizi bildirən e-poçt məktubu alacaqsınız.

Sizin müraciətiniz bizim ilkin meyara cavab verirsə, seçim prosesinin növbəti mərhələsinə keçəcəksiniz. Seçimdə növbəti addımları müzakirə etmək üçün bizim işə götürmə şöbəsinin nümayəndələri sizinlə əlaqə saxlayacaq və növbəti mərhələlər haqqında məlumat verəcək. Sizin profiliniz gələcəkdə yarana biləcək vakansiyalara uyğunluq məqsədilə bizim kadrlar bazamızda saxlanacaq.

Müraciət etdiyiniz vəzifənin statusu haqqında məlumat vermək üçün sizinlə müntəzəm olaraq əlaqə saxlanılacaq.

Sizin işə müraciətiniz bizim ilkin meyarlara cavab vermirsə, artıq müraciət etdiyiniz iş üçün nəzərdən keçirilməyəcəksiniz. Bununla belə, sizin profiliniz bizim kadrlar bazasında saxlanacaq. Sizin profiliniz hər hansı gələcək vakansiyalara uyğun gələrsə, sizə e-poçt bildiriş məktubu göndəriləcək və siz yenidən veb səhifəmizdə işə müraciət etməyə dəvət ediləcəksiniz.

CV-mi nəzərdən keçirmək üçün nə qədər vaxt lazımdır?

Biz bütün müraciətləri vaxtında nəzərdən keçiririk. Siz hər hansı iş üçün CV-nizi təqdim etdikdən sonra BP şirkəti tərəfindən sizə bunu təsdiq edən e-poçt məktubu göndəriləcək və siz 48 saat ərzində bu vəzifə üçün tələb olunan minimum tələblərə cavab verib-vermədiyinizə dair bildiriş alacaqsınız. İşə müraciətinizi nəzərdən keçirmək üçün bizə altı həftəyə qədər vaxt lazım ola bilər. Müsahibəyə dəvət edilsəniz, sizinlə əlaqə saxlayacağıq. Vəzifə üçün uyğun gəlməyən şəxslərə gəldikdə, biz sizin məlumatlarınızı gələcək vakansiyalar üçün sistemimizdə saxlayacağıq.
Mən iş üçün nəzərdən keçirilməyəcəyim haqqında e-poçt məktubu alsam, mənim yenidən nəzərdən keçirilməm mümkündürmü?

Veb səhifə vasitəsilə işə müraciət etmə prosesinin bir hissəsi kimi siz minimum tələblərə, yaxud iş təsvirində verilmiş vacib meyarlara cavab verib-vermədiyinizi müəyyən etmək üçün suallara cavab verəcəksiniz. Müraciət etdiyiniz iş üçün minimum tələblərə cavab vermədiyiniz halda nəzərdən keçirilməyəcəksiniz. Bununla belə, gələcəkdə sizin profilinizə uyğun olan, maraqlandığınız və ixtisasınıza uyğun işlər üçün müraciət etmənizi tövsiyə edirik.
İş üçün internet vasitəsilə müraciət etmək prosesinə dair hər hansı sualım olarsa nə etməliyəm?

Müraciət etmə prosesinin hər hansı mərhələsində ‘yardım’ linkinə basın.
CV-min lazımi qaydada təqdim edildiyini və/yaxud alındığını necə yoxlaya bilərəm?

Hər dəfə BP şirkətində hər hansı vəzifə üçün müraciət etdikdə dərhal müraciətinizin alındığını təsdiq edən mesaj alacaqsınız və sizin bütün əlaqə məlumatlarınız, profiliniz və CV-niz bu vəzifə ilə məşğul olan işə götürmə şöbəsi mütəxəssisinə göndəriləcək. Siz 48 saat ərzində bu vəzifə üçün tələb olunan minimum tələblərə cavab verib-vermədiyinizə dair bildiriş alacaqsınız. Daha sonra hər mərhələdə sizin müraciətinizin statusuna dair e-poçt məktubu göndəriləcək və sizə növbəti addımlar haqqında məlumat veriləcək.
Müraciət etmə prosesində hansı növ suallar veriləcək və mənim cavablarım necə istifadə ediləcək?

BP şirkətinə müraciət etmə prosesində sizin spesifik suallara cavab vermənizi xahiş edəcəyik. Onlardan bəziləri sizin bacarıq və ixtisaslarınızın vəzifə ilə uyğun olması haqqında, digərləri isə müvafiq qanunlara və BP şirkətinin biznes siyasətinə əməl etməmizi təmin etmək üçündür. Sizə antikorrupsiya ilə bağlı bir sıra suallar da verilə bilər, bu barədə əlavə məlumatı aşağıdakı linkdən almaq olar. Sizin BP şirkətinə müraciətiniz uğurlu olarsa, əsas suallara verdiyiniz cavablar yoxlanacaq.

Procesdən kənar gələn ərizələr

Hər hansı spesifik iş üçün müraciət etmədən CV-mi təqdim edə bilərəm?

Siz CV-nizi sistemə daxil edə bilərsiniz, çünki bizim işə götürmə şöbəsinin mütəxəssisləri məlumat bazasında namizədləri axtaracaqlar; bununla belə, bacarıq və təcrübənizə uyğun gələn hər hansı vəzifə üçün müraciət etsəniz, BP şirkətində hər hansı vəzifə üçün nəzərdən keçirilmə şansınız daha yüksək olacaq.
Poçtla göndərilən ərizələri qəbul edirsinizmi?

Namizədlərin onlayn müraciət etməsinə üstünlük veririk. Bununla belə, məsələn, yardımçı texnologiyalardan istifadə etdiyiniz üçün bizim sistem vasitəsilə müraciət etmək imkanınız olmasa, bizə yazın və biz nə etməli olduğunuzu sizə bildirəcəyik. Bizim yerli ofisimizin ünvanını tapmaq üçün 'Bizimlə əlaqə' səhifəsindən istifadə edə bilərsiniz:

Problemlə üzləşmisiniz?

Tərkibində cədvəllər olan "Word" sənədini yükləməyə çətinlik çəkirəm, səhvim nədədir?

Cədvəllərdən ibarət "MS Word" formatında olan CV yükləyirsinizsə, bu faylın yükləmə prosesinə mane ola bilər. Bu halda ya faylınızı "PDF" formata çevirib yenidən yükləyin, yaxud da "MS Word" sənədindəki cədvəli sadə mətn formatına dəyişin.
İş üçün müraciət etdikdən sonra təsdiq edici məktub almadım. Nə etməliyəm?

İş üçün müraciət etdikdən sonra müraciətinizin alındığını təsdiq edən e-poçt məktubu alacaqsınız. Bu məktubun sizə göndərilməsi 48 saata qədər vaxt tələb edə bilər. 48 saatdan sonra hələ də e-poçt məktubu ilə təsdiq almasanız:
  • iş üçün müraciətinizdə düzgün e-poçt ünvanı göstərdiyinizi və
  • hərf səhvləri olmadığını dəqiqləşdirin
  • e-poçtunuzun lazımsız məktublar qovluqlarını yoxlayın, məktub səhvən ora düşə bilər
Problemlə üzləşsəm, kimə müraciət edə bilərəm?

Problemlə üzləşsəniz əvvəlcə kompüterinizin parametrlərinin bizim sistem tələblərinə uyğun olaraq düzgün konfiqurasiya edilib-edilmədiyini yoxlayın.
Hələ də çətinlik çəkirsinizsə, xahiş edirik aşağıdakı e-poçt ünvanı ilə bizə müraciət edib problemi izah edəsiniz. Xahiş edirik nəzərə alasiniz ki : Bu e-poçt ünvanında iş üçün müraciət ərizələrini qəbul etmirik. candidatesupport@careers.bp.com

Sizə dair məlumatları necə yaddaşda saxlayırıq

Mənə aid məlumatlar sistemin yaddaşına necə yazılacaq və istifadə ediləcək?

Sizə dair məlumatlar üç il müddətinə sistemdə saxlanacaq və ancaq BP işə götürmə şöbəsinin mütəxəssisləri tərəfindən istifadə edilə bilər. İşə götürmə prosesində təqdim etdiyiniz hər hansı məlumatları sizin ərizənizdən ayrı saxlanacaq və ancaq tələblərə uyğunluğun monitorinqi məqsədləri ilə istifadə edilə bilər.
BP şirkətində olan vakansiyalarla daha maraqlanmadığım halda özüm haqda məlumatları sistemdən silə bilərəmmi?

Bəli, sistemdən silinmə xahişi təqdim edə bilərsiniz, lakin nəzərə alın ki, bu xahişin yerinə yetirilməsi üçün 30 günə qədər vaxt tələb oluna bilər. Sizin hər hansı müraciətinizə dair məlumatlar sizin ölkədə qüvvədə olan qanunlara və ya sənədlərin saxlanması tələblərinə uyğun olaraq sistemdə saxlana bilər.
 © 1996-2013 BP p.l.c.