1. Əsas səhifə
  2. Biz kimik
  3. bp Azərbaycanda
  4. Rəhbərliyimiz

Rəhbərliyimiz

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə bp-nin rəhbərliyi ilə tanış olun
Elkhan Mamedov - Horizon profile.
Portraits

Qəri Counz

Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezident

 

Qəri 40 ilə yaxın iş təcrübəsi olan özünü təsdiq etmiş biznes rəhbəridir. O, bp-də öz karyerasına 1981-ci ildə başlamış və qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər vəzifələrdə işləmişdir. Buraya bp-nin İraqdakı əməliyyatlarına Rumeyla yatağı üzrə baş icraçı menecer/əməliyyatlar üzrə vitse-prezident kimi başçılıq etmək, Rusiyada Verxneçonskoye yatağı üzrə layihə direktoru/prezident kimi əsas rəhbər vəzifə və bp-nin Şimal dənizindəki bizneslərində bir çox yüksək rəhbər vəzifələr daxildir. 
Qərinin əməliyyatlar və texnologiyaların tətbiqi və milli neft şirkətləri ilə möhkəm əməkdaşlıq əlaqələri qurmaq istiqamətlərində zəngin təcrübəsi var.
Qəri Birminqhem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var.

Elxan Məmmədov

Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezident

 

Elxan bp-də 20 ildən artıqdır işləyir və qlobal əməliyyatlar təşkilatında bir sıra rəhbər vəzifələrdə çalışıb. O, Xəzər və Şimal dənizi regionlarında həm qurudakı sahələrdə, həm də dəniz qurğularında zəngin iş təcrübəsinə malikdir.
Elxan 2014-cü ildə ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 
Elxanın avtomatlaşdırma mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir və ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiyalar İnstitutunun (MİT) nəzdində fəaliyyət göstərən bp-nin Əməliyyatlar Akademiyasının məzunudur.

Elnarə Məmmədova

Azərbaycan, Gürcüstan, Türkiyə regionu və Rusiya üzrə insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident


Elnarə 2006-cı ildən bp şirkətində işləyir və insan resursları, mütəxəssis və biznes tərəfdaşlıq qruplarında bir sıra rəhbər vəzifələrdə çalışıb. Onun peşəkar sənaye, insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 20 ildən artıq təcrübəsi var. Ən son olaraq Elnarə AGT regionunda qlobal əməliyyatlar təşkilatı üçün insan resursları üzrə menecer vəzifəsində işləmişdir.
Elnarə Nottinqhem Trent Universitetindən bakalavr dərəcəsinə və Azərbaycan Dillər Universitetindən magistr dərəcəsinə malikdir. O, Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (Chartered Institute of Personnel and Development – “CİPD”) üzvüdür.

Ewan Drummond, VP Global Projects, BP
Joe Murphy - BP

Bəxtiyar Aslanbəyli

Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident

 

Bəxtiyar təxminən 20 ildir ki, bp şirkətində işləyir və kommunikasiya və xarici əlaqələr, vergi və gömrük, etik normalar və tələblərə uyğunluq, habelə biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.
2017-ci ildə Bəxtiyar ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Bəxtiyar Bakı Dövlət Universitetinin məzunudur və beynəlxalq əlaqələr üzrə ixtisas və magistr dərəcələrinə malikdir.

Roşni Musai

Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya regionlarında geologiya və işlənmə üzrə vitse-prezident

 

Roşni 18 ildir ki, bp şirkətində işləyir və yataqların işlənməsi bölməsində bir sıra rəhbər vəzifələrdə işləyib. Onun layların idarə olunması sahəsində, o cümlədən mövcud yataqların işlənməsi proqramı, istismar müddəti boyunca yatağın işlənməsinin planlaşdırılması, məhsuldar laylardakı qeyri-müəyyənliklər və təsirazaltma tədbirlərinin formalaşdırılması, imkanların araşdırılması, habelə resurs və ehtiyatların hesablanması sahələrində zəngin təcrübəsi var.
Roşni kimya və texnoloji proseslər mühəndisliyi üzrə bakalavr və neft mühəndisliyi üzrə magistr dərəcələrinə malikdir.

Zaur Paşayev

Azərbaycan, Gürcüstan, Türkiyə, Asiya-Sakit okean regionlarında əməyin təhlükəsizliyi və əməliyyat risklərinin təmini üzrə vitse-prezident

 

Zaur 22 ildən çoxdur ki, bp şirkətində işləyir və əməliyyatlar üzrə bir çox vəzifələrdə çalışıb. O, həm quruda, həm də dənizdə yerləşən obyektlərdə istismar əməliyyatları üzrə geniş təcrübəyə malikdir.
2001-ci ildə Zaur ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Zaurun mexanika mühəndisliyi üzrə ixtisas dərəcəsi var. O, həmçinin ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiyalar İnstitutunun (MİT) nəzdində fəaliyyət göstərən bp-nin Əməliyyatlar Akademiyasının məzunudur.

Brant M. Hasebe
Portraits

Nayl Henderson 

Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezident

 

Nayl təxminən 26 ildir ki, bp şirkətində işləyir və London, Aberdin, Moskva, Bakı və Hyustonda texniki və kommersiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb.
Nayl çox sayda regionda beynəlxalq satınalma və birləşmə əməliyyatlarına, biznesin inkişafı üzrə danışıqlara və bir çox maliyyə fəaliyyətlərinə rəhbərlik etməklə maliyyə sahəsində dərin təcrübəyə malikdir.
Onun kimya və neft mühəndisliyi üzrə dərəcələri var və o, ixtisaslı mühəndisdir. Nayl həmçinin MİT institutunun “Sloan Fellows” Proqramının (MBA) məzunudur.

Katerina Papaleksandri

Qaz və az karbonlu enerjinin inkişafı və Xəzər qaz inkişafı bölməsi üzrə vitse-prezident

 

Katerina 23 ildir bp-də işləyir və şirkətin texniki və kommersiya sahələrində müxtəlif vəzifələrdə çalışıb.
O, 2000-ci illərin əvvəllərindən etibarən müxtəlif qaz kommersiya məsələləri, o cümlədən, qaz satışları və nəqli üzrə danışıqlar və strategiyanın hazırlanması üzərində işləyib.
Katerina kimya mühəndisliyi üzrə f.e. doktorudur.

Kahal Kelli

Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Misir və Oman regionlarında layihələr üzrə vitse-prezident


Kahal 1997-ci ildən şirkətdə işləyir və sualtı əməliyyatlar və layihələr bölmələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Onun az karbonlu əməliyyatlara yönəlmiş dayanıqlı və inteqrasiyalı enerji şirkətinin perspektiv gündəliyini həyata keçirmək və dəyər formalaşdırmaq üçün təkmilləşdirilmiş proseslər vasitəsilə dünya səviyyəli müxtəlif layihə təşkilatlarının yaradılmasında zəngin təcrübəsi var.
Kahal mühəndislik, layihələrin idarə olunması və biznes idarəetməsi üzrə ixtisas dərəcələrinə malikdir.

Jim O'Leary, BP GWO
Mike Zanghi, BP GWO

İvonn MakAllister

Azərbaycan, Gürcüstan və Türkiyə regionunda baş hüquq müşaviri

 

İvonn 21 ildir bp-də işləyir və hüquq departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Baş hüquq müşaviri kimi İvonn Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün biznes yönümlü hüquq məsləhətlərinin verilməsinə cavabdehdir.
İvonn hüquq üzrə ixtisas dərəcəsinə malikdir və onun Aberdin Universitetindən hüquq praktikası üzrə diplomu var.

Cim O’Liri

Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezident

 

Cim təxminən 30 ildir ki, bp şirkətində işləyir. O, həm quruda, həm də dənizdə yerləşən sahələrdə qazma və istismar əməliyyatları üzrə qlobal miqyasda müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu vəzifəsi Afrika və Yaxın Şərq regionunda quyular üzrə vitse-prezident olub.
Cimin quyu fəaliyyətlərinin idarə olunmasında zəngin təcrübəsi var və o, həmçinin bp-nin qlobal əməliyyatlarında “Deepwater Horizon” hadisəsi ilə bağlı təkmilləşdirmə tövsiyələrinin tətbiqi prosesinə rəhbərlik edib.
Cimin mexanika və neft mühəndisliyi üzrə ixtisas dərəcələri var.

Aytən Ağalarova

Gürcüstan üzrə vitse-prezident

 

Aytən 2006-cı ildən etibarən bp şirkətində işləyir və qlobal əməliyyatlar, quyular və layihələr təşkilatlarına dəstək verməklə müxtəlif maliyyə, kommersiya, təchizat zənciri üzrə rəhbər vəzifələrdə çalışıb.
Aytən yeni vəzifəsində Gürcüstanda bp-nin strategiyasının icrasına dəstək verməyə və ölkədə bp-nin bizneslərinin adından hökumətlə əlaqələrin idarə olunmasına və xarici işlərin aparılmasına cavabdehdir.
Aytən neft mühəndisliyi və neft hüququ üzrə dərəcələrə və “Warwick” Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Tümkan Işıltan

Türkiyə üzrə vitse-prezident

 

Tümkan 21 ildən çoxdur ki, bp şirkətində işləyir və Türkiyədə və xarici ölkələrdə maliyyə, kommersiya və icra qruplarında bir sıra vəzifələrdə çalışıb. Yeni vəzifəsində Tümkan bp-nin nüfuz məsələlərinin və hökumət və əsas maraqlı tərəflərlə olan əlaqələrinin idarə olunmasına, habelə bp-nin Türkiyədəki bütün aktivlərində əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun şəkildə aparılmasının təmin olunmasına cavabdehdir.
Tümkanın inşaat mühəndisliyi və biznes idarəetməsi üzrə ixtisas dərəcələri var.