1. Əsas səhifə
  2. Biz kimik
  3. BP barədə qısa icmal
  4. Davamlılıq

Davamlılıq

İstehsal etdiyimiz enerji iqtisadi artımı dəstəkləməyə və milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Biz dünya səviyyəli operator, məsuliyyətli korporativ vətəndaş və yaxşı işəgötürən olmağa çalışırıq

Dünya əvvəlki dövrlərdən fərqli şəkildə inkişaf edir və milyardlarla insan üçün imkanlar yaradır. Bu inkişaf üçün isə enerji tələb
olunur. Dünyanın enerjiyə tələbatı artdıqca həmin enerji yeni üsullarla, atmosfer tullantıları azaldılmaqla istehsal olunmalı və çatdırılmalıdır.

 

BP-də biz bu ikili vəzifənin öhdəsindən gəlməyə çalışırıq. Biz həmişə gələcəyə baxmışıq, dəyişikliklərə uyğunlaşmışıq və bu
kimi problemlərin üzərinə getmişik.

 

Atmosfer tullantılarını əhəmiyyətli dərəcədə azaltmaq üçün hər növ enerji daha təmiz və daha yaxşı olmalıdır. Yalnız yenilənə
bilən enerji mənbələri istiqamətində yürüş yetərli olmayacaq. Məhz buna görəbütövlükdə biznes fəaliyyətimiz boyu cəsarətli dəyişikliklər edirik.

 

Azaltma, təkmilləşdirmə, yaratma

Biz öz əməliyyatlarımız nəticəsində yaranan atmosfer tullantılarını azaldırıq; biz müştərilərimizə onların fəaliyyəti ilə əlaqədar
atmosfer tullantılarını azaltmağa kömək etmək üçün məhsullarımızı təkmilləşdiririk; və karbon tullantıları az müəssisələr yaradırıq.

 

Buna əməkdaşlarımızın innovasiyalara meylli düşüncə tərzi, unikal qlobal tədqiqat şəbəkəmiz və rəqəmsal, böyük məlumat və qabaqcıl texnologiyalar əsasında açılan potensialımız sayəsində nail ola bilirik.

 

Bu asan olmayacaq, həqiqi tərəqqi nadir hallarda asan olur, amma BP heç vaxt dünyanın hərəkət etməsinə və daha da önəmlisi irəliləməsinə kömək etmək istiqamətində işini dayandırmayacaq.

Cəmiyyət üçün dəyər

 
Biz evlərə istilik və işıq verməklə, insanları istədikləri yerlərə çatdırmaq üçün yanacaq təchiz etməklə və sənayeni enerji ilə təmin etməklə dünya cəmiyyətinə əhəmiyyətli töhfə veririk
Supporting economic development in Oman

Biz ölkələrə daxili enerji təchizatını və enerji təhlükəsizliyini artırmağa imkan veririk. Bu da öz növbəsində iş yerlərinin yaradılmasını təmin edir, iqtisadi inkişafa təkan verir və hökumətlər üçün gəlir gətirir. Yaratdığımız dəyər icmaları, hətta millətləri dəyişə bilər.

 

Biz işçi qüvvəmizi fəaliyyət göstərdiyimiz yaşayış məntəqəsindən və ya ölkədən işə götürməyə çalışırıq. Bəzi hökumətlər bizdən
bunu tələb etsə də, bunu fəaliyyət göstərdiyimiz hər yerdə etməyə çalışırıq, çünki bunun yalnız yerli icma üçün yox, BP üçün də yaxşı olduğuna inanırıq.

Təhlükəsizlik

 
Məqsədimiz qəzalara yol verməmək, insanlara zərər yetirməmək və ətraf mühitə ziyan vurmamaqdır
Driving change in Brazil

Buna nail olmaq üçün hər mərhələdə potensial təhlükələri müəyyənləşdirmək və riskləri idarə etmək məqsədi ilə əməliyyatlarımızı diqqətləmplanlaşdırırıq.

 

Obyektlərimizi texnoloji təhlükəsizlik nəzərə alınmaqla, yəni münasib dizayn və mühəndislik prinsiplərini tətbiq etməklə layihələndiririk.

 

Hər bir əməkdaşımızın hər gün evə sağ-salamat qayıtmasından daha vacib heç bir şey yoxdur.

 

BP-də işləyən hər kəs təhlükəli işləri dayandırmaq səlahiyyətinə malikdir. Rəhbərlərimiz öz komandalarında bu qayğı mədəniyyətini
formalaşdırmağa kömək etməlidirlər və hər bir işçi özünün və başqalarının təhlükəsizliyini təmin etməlidir.

Ətraf mühit

 
Əməliyyatlarımız davam etdiyi müddətində ətrafmmühitə təsirlərimizin qarşısını almaq, onları azaltmaq və idarə etmək üçün çox çalışırıq.
Seismic survey projection on screen
Dünyanın müxtəlif yerlərindəki müəssisələrimizin ətraf mühitə və sosial sahəyə təsirlərini necə başa düşdükləri və idarə etmələri bizim əməliyyatları idarəetmə sistemimizdə öz əksini tapmışdır. Bu, fəaliyyətimiz nəticəsində təsirə məruz qala bilən maraqlı tərəflərlə məsləhətləşmənin vacibliyini ön plana çəkir.