1. Əsas səhifə
  2. Biz kimik
  3. BP barədə qısa icmal
  4. Texnologiya

Texnologiya

Texnologiyalar fəaliyyətimizin hər bir sahəsində, yəni neft və qazın kəşf və hasil olunmasından tutmuş alternativ enerjiyə, rəqəmsal məhsullara, karbon tullantıları daha az olan yanacaqlar və məhsullara qədər hər yerdə mövcuddur.
APEX ilə hasilatın optimallaşdırılması

Neft və qaz sənayesində, o cümlədən apstrim (hasilat və kəşfiyyat) sektorunda seysmik təsvirlərin tərtib olunması və neft veriminin artırılması, daunstrim (emal) sektorunda yanacaq, sürtkü materialları və neft-kimya məhsulları ilə əlaqədar texnoloji proseslər, eləcə də alternativ enerji ilə əlaqədar fəaliyyətimizdə zəngin irsimiz və geniş texniki təcrübəmiz var.

 

Biz bu nou-haunu aparıcı elmi müəssisələr, eləcə də xarici tərəfdaşlarla uzunmüddətli strateji əməkdaşlıqla birləşdiririk.

 

Biz iqlim probleminin aktuallığını dərk edirik və həmin problemin həllində iştirak etmək niyyətindəyik. Bu məqsədlə, əməliyyatlarımızın enerji səmərəliliyini artırlr, portfelimizi karbon tullantıları az olan seçimlərinə keçirir və enerji mənbələrinin işlənməsi və inkişaf etdirilməsinə investisiyalar qoyuruq.

 

Misal üçün, külək enerjisi və şəkər qamışından etanol istehsalı müəssisələrimizi təkmilləşdirmişik və emal məhsullarımızda bərpa
olunan komponentləri artırmışıq.

 

Biz daxili araşdırmalar və bioməhsullar, rəqəmsal texnologiyalar, qabaqcıl mobillik, karbon tullantılarının idarə olunması, enerji təchizatı və saxlanılması ilə əlaqədar birgə müəssisələr vasitəsilə karbon tullantılarının azaldılması imkanlarını artırırıq.

 

Amma daha əhəmiyyətli məqam odur ki, texnologiyalar bir nömrəli prioritetimizi dəstəkləyir. Bu, korroziyanın idarə olunması və
aşkarlama və yoxlama sahəsində nailiyyətlərdən tutmuş sensorlar, məlumat analitikləri, məsləhət sistemləri və robototexnikayadək bütün sahələrdə təhlükəsizliyin təmin edilməsidir.

 

Sadə dillə desək, texnologiya bütün BP-də işləyir.