1. Əsas səhifə
  2. Biz kimik
  3. bp barədə qısa icmal
  4. Texnologiya

Texnologiya

 
"Technology Outlook" (Texnologiya Perspektivləri) jurnalında texnologiyaların 2060-cı ilədək enerji istehsalı və istifadə olunması üsullarını dəyişdirmə potensialı araşdırılır. Əsas "Technology Outlook" hesabatımıza  və "Technology Outlook" podkastlarımıza əlavə olaraq biz, konkret texnologiyaların potensialını dərindən araşdırmaq üçün müvafiq sahə ekspertləri ilə mütəmadi əməkdaşlıq edirik.

 

Silsilə podkastlar

 

Texnologiya məsələləri üzrə ixtisaslaşan jurnalist Angela Lamont energetika sahəsindəki ən maraqlı potensial texnologiyalar barədə fikirləri öyrənmək üçün həm BP daxilindəki, həm də BP xaricindəki mütəxəssislərlə görüşüb söhbət edir. Onlar necə işləyir? Onlar necə inkişaf edə bilər? Və enerji sistemimizi karbon tullantılarının azaldılmasını təmin edəcək hala gətirməyə kömək edə bilərlərmi? Birinci silsilə podkastlarda biz karbon tullantıları az olan gələcəyə keçməyə kömək edə bilən günəş, batareya, hidrogen və küləyin potensialını araşdırırıq.

9. Külək – üzən dəniz stansiyasına dair xüsusi buraxılış

8 dəqiqə

 

Bu podkastda biz dünyanın böyük külək resurslarına malik olan, lakin sularının , üzən dəniz külək texnologiyasının böyük külək ehtiyatlarına sahib olan, lakin sahilyanı suların həddən artıq dərin olduğu və ya dəniz küləyi ilə işləyən stasionar qurğular üçün münasib olmadığı yerlərində üzən dəniz külək texnologiyasının nəhəng potensialının necə üzə çıxarıla biləcəyini araşdırırıq.

8. Külək

16 dəqiqə
 

Külək turbinləri son 25 ildə çox uzun inkişaf yolu qət edib və indi karbon tullantılarının sıfıra endirilməsinə yönəlmiş prosesin əsas iştirakçıları olmaq üçün üzməyi və uçmağı öyrənirlər.

7. Hidrogen – Orkney adalarına dair xüsusi buraxılış

12 dəqiqə

 

Angela Lamont, icmalarının karbon tullantılarını sıfıra endirməyə kömək etmək üçün hidrogenin enerji, enerji saxlama və dəniz nəqliyyatı üçün necə istifadə etdiyini özlərindən öyrənmək üçün Orkney adalarına səfər edir.

6. Hidrogen

13 dəqiqə

 

Mavi, yaşıl və ya boz … müxtəlif texnogiyalar ilə və Orkney adalarında karbon tullantılarının sıfıra endirilməsinə novator yanaşması çərçivəsində həmin texnologiyaların necə istifadə olunduğu ilə tanış olun. Bəlkə hidrogen artıq öz yetkinlik çağına çatıb?

Additional content

5. Akkumulyator btareyaları - Kurt Kelti

9 dəqiqə
 

Kurt Kelti "Tesla" şirkətində batareyalar ilə məşğul olan ilk şəxs olub və podkastın bu xüsusi buraxılışında batareya texnologiyası və "Tesla" şirkəti üçün təməlqoyma dövrü hesab olunan vaxtlar barədə öz hekayəsini bölüşür.

4. Akkumulyator batareyaları+

10 dəqiqə

 

Akkumulyator batareyalarına dair ikinci podkastımızda siz texnologiyaların dəqiq olaraq necə inkişaf etdiyi, qolf toplarının daha sürətli enerji doldurmanı necə təmin biləcəyi və yaxşı bir batareyanın nə demək olduğu barədə düşüncəmizin səhv ola biləcəyi ilə əlaqədar daha dərin fikirlər eşidəcəksiniz.

3. Akkumulyator batareyaları

15 dəqiqə

 

Batareyanı batareya edən nədir? Akkumulyator batareyaları ilə əlaqədar texnologiyalar bərpa oluna bilən enerjisini səmərəli şəkildə saxlamaq və elektromobillərin sayının sürətlə artması ilə ayaqlaşmaq istiqamətində necə inkişaf edir? Çətinliklər nədən ibarətdir … və akkumulyatorlar nə zamansa ‘işə yarayacaqlarmı’?

2. Günəş enerjisi - Perovskites

4 dəqiqə

 

Perovskit nədir və nəyə görə əvvəllər onun barəsində heç bir şey eşitməmişik?  "Oxford PV" şirkətinin Texnologiyalar üzrə baş direktoru Kris Keys günəş işığını absorbsiya etməkdə mövcud silisium texnologiyasından yüzlərlə dəfə daha səmərəli olan bu sintezləşdirilmiş materialın nəhəng potensialı...və məhdudiyyətlərinə nəzər yetirir.

Additional content

1. Günəş enerjisi

15 dəqiqə
 

Günəş enerjisinə əsaslanan texnologiya nəhayət öz yetkinlik çağına çatıbmı? "Şəbəkədən kənara" çıxmaq dedikdə əslində nə nəzərdə tutulur? Elektrik enerjisi üçün ‘mənfi qiymət’ realdırmı? Və hökumət siyasəti yeni enerji texnologiyalarına necə təsir edir? Hamısı buradadır...