1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Azəri-Çıraq-Dərinsulu Günəşli
  5. “Azəri-Mərkəzi-Şərqi” layihəsi

“Azəri-Mərkəzi-Şərqi” layihəsi

Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi başlayır;
Gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir;
Yeni layihənin başlanğıcı “Əsrin müqaviləsi"nin 25-ci ildönümünə təsadüf edir

6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir. 

 

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulmuşdur. 

 

Layihə üzrə tikinti işlərinə 2019-cu ilin iyulunda başlandı və. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

 

Azəri-Mərkəzi-Şərqi layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək. 

 

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından Azəri-Mərkəzi-Şərqi qurğularına nəql etmək məqsədi ilə Azəri-Mərkəzi-Şərqi və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.

 

2019-cu ildə bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanmış və iyul ayında tikinti işlərinə başlanmışdır. Tikinti işləri ilin ikinci yarısında  genişlənməyə davam etmişdir. 

 

2020-ci ilin birinci rübü ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun, quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsindı davam etmişdir, lakin rübün sonuna yaxın pandemiyanın yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmuş və bu da tikini işlərində fasilələrlə nəticələnmişdir. Yaşayış blokunun inşası İsveçdə davam etmişdir.   

 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunan dayaq blokunun tikintisi də irəliləmişdir. Dayaq bloku payalarının quraşdırılması artıq başa çatmışdır və bu ilin  sonlarına yaxın payaların dənizdə quraşdırılması planlaşdırılır. Dərin Özüllər Zavodunun tikinti sahəsində sualtı qurğuların inşası başlanmışdır, sualtı boruların örtüklənməsi işləri Xəzər Boru Örtüklənməsi -  “Caspian Pipe Coating (CPC)”,  müəssisəsində davam edir.