1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Abşeron yarımadasının dayazsulu hissəsi

Abşeron yarımadasının dayazsulu hissəsi

Xəzər dənizinin Azərbaycan sektorundakı Abşeron yarımadasının ətrafındakı dayaz su sahəsindəki potensial perspektivləri araşdırmaq və inkişaf etdirmək üçün kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi

bp və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi(HPBS) imzalayıb.

 

2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi.

 

.Bu, BP-nin Azərbaycan qarşısındakı uzunmüddətli öhdəliyinin bir hissəsi kimi və eləcə də onun həm ölkənin, həm də bp-nin qarşılıqlı faydalanması üçün Azərbaycandakı karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etmək istiqamətindəki səyləri çərçivəsində gerçəkləşib.

 

Sazişə əsasən BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir.

 

HPBS üzrə kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 3000-5000 metr təşkil edir. Bu, bp şirkətinə dünyanın başqa yerlərindəki digər dayazsulu ərazilərdə qazandığı təcrübəsini və qabaqcıl texnoloji həllərini bu əraziyə gətirməyə imkan verəcək.

 

Bu tədqiqat 1300 kvadrat kilometr ərazidən 3-ölçülü məlumat əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı bp-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNTM) texnologiyası vasitəsilə həyata keçirilib.

 

Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin dekabr ayında tamamlanıb və quyu ilkin layihə və plana uyğun olaraq bağlanıb. Layihə çərçivəsində ikinci kəşfiyyat quyusunun qazma əməliyyatları 11 dekabr tarixində Bibiheybət perspektiv sahəsində başlanıb. Bu quyuda qazma işləri artıq 2470 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Üçüncü quyunun qazılması işlərinin başlanması bu ilə planlaşdırılır.