Bakı 2017 Islam Həmrəyliyi Oyunları

2017-ci ilin fevral ayında BP və Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşı olmasını nəzərdə tutan saziş imzaladılar

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

2017-ci il 6 fevral tarixində BP və Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşı olmasını nəzərdə tutan saziş imzaladılar.

Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək olmaq öhdəliyinin bir hissəsidir və Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə uzunmüddətli uğurlu tərəfdaşlığa söykənir. 

O, həmçinin Bakı 2015 Avropa Oyunları və 2012-ci il London Olimpiya və Paralimpiya Oyunları üzrə BP-nin təcrübəsi və sıx əməkdaşlığına əsaslanır.

Həmçinin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şirkəti Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə yeddi milli idman elçisinə dəstək olmağa davam edəcək.

Rəsmi imzalama mərasimi barədə daha ətraflı məlumat alın 

Səfir atletlərimiz 

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şirkəti Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə yeddi milli idman elçisinə dəstək olmağa davam edir.

İdman elçilərimiz barədə ətraflı məlumat alın

Uğurlu Gələcək

BP şirkəti Bakı 2017 Könüllülük Proqramının həyata keçirilməsinə dəstəkdir. Bu təşəbbüs çərçivəsində 6000 gənc yalnız Oyunların keçirilməsində mühüm rol oynamaq imkanı qazanmayacaq, onlar həmçinin liderlik, təqdimat, ünsiyyət və ictimaiyyət qarşısında çıxış bacarıqlarını təkmilləşdirməyə yardım edən geniş təlim proqramından faydalanmaq imkanına malik olacaqlar.

Uğurlu gələcək proqramı barədə ətraflı məlumat alın