İdman elçilərimiz

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şirkəti Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə yeddi milli idman elçisinə dəstək olmağa davam edir

Fəridə Əzizova

Bakı 2017 oyunlarında Fəridə gümüş medal qazandı

Avropa və Dünya çempionatlarında yüksək titulların sahibi və BP şirkətinin qadın idman elçisi Fəridə Əzizova yeddi yaşında taekvando ilə məşğul olmağa başlamışdır. Onun karyerası sürətlə irəliləmiş və 12 yaşında o, 2008-ci ildə Türkiyədə Dünya Gənclərinin Çempionatında bürünc medal qazanmışdır.

İdman növü: Taekvando
Doğum yeri: Qusar
Yaşı: 21
Boyu: 174 sm
Çəkisi: 67 kq
Növbəti ildə o, Avropa Gənclərinin Çempionatında qızıl medal və Avropa Yeniyetmələrinin Çempionatında bürünc medal qazanmışdır. 2011 və 2012-ci ildə böyüklər arasında keçirilən yarışlara qatıldıqdan sonra Fəridə beynəlxalq turnirlərdə iki qızıl medal qazanmışdıır. 2013-cü ildə o, Pueblada dünya çempionatında bürünc medala layiq görülmüşdür və növbəti bürünc medalını isə 2014-cü ildə Bakı şəhərində keçirilmiş Avropa çempionatında qazanmışdır. 2015-ci ildə Fəridə Bakı 2015 Avropa Oyunlarında gümüş medalın sahibi olmuşdur.   

Bakı 2015 Avropa Oyunları ərzində qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının  inkişafına xüsusi xidmətlərinə görə o, iki il öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ilham Zəkiyev

 Bakı 2017  oyunlarında Ilham bürünc medal qazandı.  

Çoxsaylı Avropa və Dünya çempionatlarının qalibi, canlı əfsanə, Azərbaycanda paralimpiya hərəkatının siması və Azərbaycan Paralimpiya Komitəsinin yeni seçilmiş vitse-prezidenti İlham Zəkiyev may ayında 4-cü İslam Həmrəyliyi Oyunlarında BP şirkətini təmsil edir.  

İdman növü: Para-cüdo
Doğum yeri: Sumqayıt
Yaşı: 37
Boyu: 190 sm
Çəkisi: 148 kq
O, 18 yaşında orduda xidmət etməyə başlamış və 1999-cu ilin fevral ayında döyüş tapşırığı zamanı snayper gülləsi ilə başından yaralanmışdır. Nəticədə o, görmə qabiliyyətini tamamilə itirmişdir. Uzun müddət müalicə olunduqdan sonra o, Paralimpiyaçı kimi cüdo idman növünə qayıtmışdır.    

Hazırda o, 6-cı dan qara kəmərin sahibidir. İlham 2004-cü ildə keçirilmiş Afina Paralimpiya Oyunları və 2008-ci ildə keçirilmiş Pekin Paralimpiya Oyunlarında +100 kq kateqoriyada qızıl medallar qazanmışdır. O, altı dəfə Avropa çempionu və iki dəfə dünya çempionu olmuşdur. 2012-ci ildə London Olimpiya Oyunlarında bürünc medal qazanmış və bundan sonra Bakı 2015 Avropa Oyunlarında qızıl medalın sahibi olmuşdur. Azərbaycan idmanının inkişafında xüsusi xidmətlərinə görə o, Şöhrət Ordeni ilə təltif olunmuşdur.

Hacı Əliyev

Bakı 2017 oyunlarında Hacı qızıl medal qazandı

Hacı Bakı 2015 Avropa Oyunlarında və Rio 2016 Olimpiya Oyunlarında BP şirkətinin idman elçisi olmuşdur. O, hər iki yarışda bürünc medal qazanmışdır. Eyni zamanda, o, dünya çempionatı səviyyəsində iki qızıl medalın sahibi olmuşdur.

İdman növü: Sərbəst güləş
Doğum yeri: Naxçıvan
Yaşı: 25
Boyu: 170 sm
Çəkisi: 68 kq
Onun birinci uğuru 2008-ci ildə Avropa Yeniyetmələrinin Çempionatında qazandığı gümüş medal olmuşdur. 2011-ci ildə Hacı Avropa Yeniyetmələrinin Çempionatında ikinci gümüş medal qazanmışdır. 2012-ci ildə o, Bakı şəhərində Dünya Güləş Kuboku yarışlarında komanda gümüş medalının qalibi olmuş, keçirdiyi bütün yarışlarda qalib gələrək Beynəlxalq Güləş Federasiyasından xüsusi qızıl medal almışdır. 2013-cü ildə Hacı Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş Universiadada bürünc medal qazanmışdır. 2014-cü ildə o, Avropa və dünya çempionu titullarına layiq görülmüşdür. Hazırda o, Dünya Sərbəst Güləşçilərinin reytinq siyahısına başçılıq edir.

Ilahə Qasımova

Bakı 2017  oyunlarında Ilahə gümüş medal qazandı. 

Bakı 2015 Avropa Oyunlarının bürünc medalçısı və BP şirkətinin yeni qadın idman elçisi İlahə  Qasımova Bryus Linin çəkildiyi filmlərdən ruhlanaraq hələ doqquz yaşı olanda idmanla məşğul olmağa başlamışdır.  

İdman növü: Karate
Doğum yeri: Bakı
Yaşı: 24
Boyu: 164 sm
Çəkisi: 55 kq
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan İlahə karate üzrə 13 qat  Azərbaycan çempionudur. O, birinci beynəlxalq qələbəsini 2003-cü ildə Rusiyada qazanmış və üçüncü yeri tutmuşdur. O, Tərəqqi medalı ilə təltif olunmuşdur.

Oleq Panyutin 

Bakı 2017 oyunlarında Oleq bürünc medal qazandı

BP şirkətinin üçüncü dəfə idman elçisi olan Oleq Panyutin də dəfələrlə qızıl medal qazanmışdır. O, 2004-cü ildə Afina Paralimpiya Oyunlarında uzunluğa tullanma üzrə yeni dünya rekordu təyin etməklə qızıl medal qazanmışdır.  

İdman növü: Uzunluğa tullanma
Doğum yeri: Bakı
Yaşı: 34
Boyu: 164 sm
Çəkisi: 55 kq
Ondan sonra Oleq həm Avropa, həm də Açıq Avropa Çempionatlarında qızıl medallar qazanmışdır (2005-ci il). Ciddi zədəyə baxmayaraq o, 2008-ci ildə ikinci Paralimpiya Oyunlarında yarışmış və bürünc medal qazanmışdır. 2009-cu ildə o, Uzunluğa Tullanma yarışlarında qızıl və Üç Təkanla Tullanma yarışlarında gümüş medal qazanmışdır. O, İtaliya Açıq Çempionatında eyni nəticələri göstərmişdir.     

Oleq 2011-ci ildə IPC Dünya Çempinatında və 2005, 2012 və 2014-cü il Avropa Çempionatında qızıl medallar qazanmışdır. 2012-ci ildə Londonda BP şirkətinin idman elçisi kimi Oleq uzunluğa tullanma yarışlarında qızıl medal qazanmışdır.

Oloxan Musayev

Bakı 2017 oyunlarında Oloxan qızıl və  bürünc medal qazandı. 

Bir neçə qızıl medalın qalibi və BP şirkətinin üçüncü dəfə idman elçisi olan Oloxan nüvə itələmə üzrə digər bir nümunəvi Paralimpiya çempionudur.  

İdman növü: Nüvə itələmə
Doğum tarixi: Balakən
Yaşı: 37
Boyu: 164 sm
Çəkisi: 55 kq
O, öz idman karyerasına ağırlıqqaldırma idman növü üzrə başlamış, amma 2007-ci ildə sol qolunu əzdikdən sonra idmandan uzaqlaşmışdır. Sonra nüvə itələmə idman növünə keçmişdir. O, Tailandda dünya turnirinin qalibi olmaqla uğur qazanmış, lakin həmin ildə bir qədər sonra qolundan digər bir travma almışdır. Buna baxmayaraq o, 2008-ci ildə Pekin Paralimpiya Oyunlarında iştirak etmiş və orada yeni dünya rekordu qıraraq qızıl medal qazanmışdır. O vaxtdan keçən müddət ərzində Oloxan 2009 və 2011-ci illərdə keçirilmiş Dünya Çempionatlarında birinci yeri tutmuşdur. O, 2014-cü ildə Suonsi IPC Avropa Atletika Çempionatında digər bir qızıl medal qazanmışdır.

Rüstəm Orucov

Bakı 2017 oyunlarında Rüstəm gümüş medal və komanda oyunlarında qızıl  medal qazandı. 

73 kq çəki kateqoriyasında dünyanın bir nömrəli cüdoçusu Rüstəm, BP şirkətinin yeni idman elçisidir.

İdman Akademiyasının məzunu olan Rüstəmin qatıldığı birinci beynəlxalq turnir 2007-ci ildə Belarusun Brest şəhərində 1-ci Avropa Yeniyetmələrinin İdman Oyunlarında olmuşdur. 

İdman növü: Cüdo
Doğum yeri: İrkutsk, Rusiya 
Yaşı: 25
Boyu: 179 sm
Çəkisi: 73 kq
Eyni zamanda o, Belarusda (2013-cü il) keçirilmiş Avropa Gəncləri Oyunlarının və 2016-cı ildə keçirilmiş Avropa cüdo çempionatının da qızıl medalçısıdır. O, Avropa Çempionatında milli komanda tərkibində çıxış etməklə bürünc medal da qazanmışdır. O, Rio 2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış və “Vətənə xidmətə görə” birinci dərəcəli orden ilə təltif olunmuşdur