BP Azərbaycan ilk baxışda

Strukturumuz, təşkilatımız və obyektlərimiz barədə məlumat alın.

BP Azərbaycan, Gürcüstan və Türkiyədə

Azərbaycanda BP Azərbaycan hökuməti ilə bağlanmış bir neçə hasilatın pay bölgüsü sazişi və tranzit əraziyə malik ölkə höküməti sazişi (TƏMÖHS) əsasında fəaliyyət göstərir. Gürcüstan və Türkiyədə o, ixrac boru kəmərləri və terminalları əhatə edən TƏMÖHS-lər əsasında fəaliyyət göstərir.

Hüquqi və biznes strukturu

BP Azərbaycanda bir sıra hüquqi şəxslərin qismində fəaliyyət gostərir və bu da onun 1992-ci ildə Bakıda ilk ofisini acmasından bəri ölkədə və regionda kecdiyi təkamülü əks etdirir. 
Əsas hüquqi şəxs BP Eksploreyşn (Kaspian Si) Limited (“BP Exploration(Caspian Sea) Limited”) şirkətidir.

13 vitse-prezident,tədarük və təchizat üzrə baş məsul şəxs, baş hüquq müşaviri köməkcisi, AGT regionu üzrə planlaşdırma və kommersiya əməliyyatlarının rəhbəri BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərlik komandasını təşkil edir.

Qeydiyyatdan keçirilmiş ünvan

BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin Azərbaycandakı ofisinin qeydiyyatdan kecirilmiş ünvanı: Neftçilər prospekti 153, Nəsimi rayonu, Bakı, AZ1010. 
Telefon: +994 (0)12 599 3000.
Faks: +994 (0)12 599 3665.

Əməkdaşlar

2017-ci ilin birinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 785 nəfərdir və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Dənizdəki hasilat yataqları

Azəri-Çıraq-Dərinsulu Gunəşli (AÇG) Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük neft yatağıdır. Şahdəniz (ŞD) çöx böyük dəniz qaz və kondensat yatağıdır.

Dənizdəki istismarda olan obyektlər

Çıraq platforması, Mərkəzi Azəri platforması, Qərbi Azəri platforması, Şərqi Azəri platforması, Şahdəniz platformasi, Dərinsulu Günəşli platforması və Qərbi Çıraq platforması.

Nəqletmə və saxlama imkanları

NƏQLETMƏ: Səngəçal terminalı – Bakı şəhərinin cənubunda yerləşən neft və qaz emalı terminalı.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri – Səngəçal terminalını Turkiyənin Ceyhan dəniz terminalı ilə birləşdirən 1 768 km uzunluğunda (443 km Azərbaycanda) boru kəməri. 
Cənubi Qafqaz Boru Kəməri (CQBK) – Səngəçal terminalı ilə Gürcüstan-Turkiyə sərhədi arasında 691 km uzunluğunda (443 km Azərbaycanda) qaz boru kəməri. 
Qərb İxrac Boru Kəməri (QİBK) – Səngəçal terminalını Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanı ilə birləşdirən 829 km uzunluğunda (456 km Azərbaycanda) boru kəməri. 

NƏQLETMƏ VƏ SAXLAMA QABILIYYƏTI: 
BTC – gundə 1,2 milyon barel; 
CQBK – gundə 19,8 milyon standart kubmetr (mmscm); 
QİBK – gundə 106 min barel. 
Səngəçal terminalı – gundə 1,2 milyon barel (164 000 ton) neft və 49,3 mmscm qaz emal edə bilir. 
Rezervuarların xam neft tutumu 3,2 milyon bareldir (450 000 ton).

Geoloji-kəşfiyyat işləri

Şəfəq-Asiman kəşfiyyat ərazisi və Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturları

Əsaslı xərclər

1995-ci ildən 2017-ci ilin birinci rübünün sonuna kimi AÇG, BTC, ŞD və CQBK layihələri ucun təxminən 66 milyard dollar

Hasilat

AÇG 1997-2017-cı ilin birinci rübünün sonu: 3 milyard bareldən artıq

ŞD 2006 - 2017-cı ilin birinci rübünün sonu: 80 milyard standart kubmetrdən artıq