Tariximiz
Azərbaycan - Gürcüstan - Türkiyə reginonunda BP şirkətinin tarixinə nəzər salın
2016
- Sentyabr - Şahdəniz 2 platformalarının birinci dayaq bloku dənizə yola salındı
- Avqust- AÇG yatağında 1997-ci ildə Çıraq platformasında hasilata başlandığı müddətdən bu vaxtadək əldə olunmuş hasilat həcmi 3 milyard barelə çatdı
- May - BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzaladılar
- May - “Xankəndi” adlı yeni sualtı tikinti gəmisi Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirildi
2015
- Sentyabr -Xankəndi adlı sualtı gəminin iki gövdə hissəsi Sinqapurdan Xəzər dənizinə yola düşdü
- Sentyabr - Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilmiş neftin yüklənildiyi 3000-ci tanker yola salındı.
- Fevral - Mərkəzi Azəri platforması 10 illik yubileyini qeyd etdi
2014
- Dekabr - BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzaladı
- İyun - Bakı 2015 Avropa Oyunlarını dəstəkləmək və yerli gənclərin peşəkar bacarıqlarının yaradılmasına sərməyə qoymaq üçün Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə tərəfdaşlıq qurduq
- Sentyabr - Tranzit ərazisinə malik ölkələrin hökumətləri, tərəfdaşlar və digər maraqlı tərəflərlə birlikdə “Əsrin müqaviləsi”nin 20-illik yubileyini qeyd etdik və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimini keçirdik
- Aprel - Bakı-Tbilisi-Ceyhan 2 500-cü tankerin Ceyhan terminalında neftlə yüklənib yola salınmasını qeyd etdi
- Yanvar - Qərbi Çıraq platformasında qabaqlayıcı quyulardan biri hasilata başladı və bununla da 2010-cu ildə sanksiya verilmiş Çıraq neft layihəsi tamamlandı
2013
- Dekabr - Şahdəniz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarı elan edildi
- Sentyabr - Bakıda BP-nin yeni ofisinin rəsmi açılışı keçirildi.
- Sentyabr - Şahdəniz konsorsiumu Avropa alıcıları ilə 25 illik qaz satışı sazişləri bağladı
- Sentyabr - Qərbi Çıraq platfromasının üst modulları dənizdə dayaq blokunun üzərinə təhlükəsiz şəkildə quraşdırıldı
- İyun - Şahdəniz konsorsiumu qazın Avropaya nəql olunması marşrutu kimi Trans-Adriatik Boru Kəmərinin seçildiyini elan etdi
2012
- Oktyabr - BTC Ceyhanda 2 000-ci tankerin yüklənməsini qeyd etdi
- May - AÇG ilk neftin əldə edilməsindən bəri hasil olunmuş 2 milyardıncı bareli qeyd etdi
- Yanvar - Şəfəq-Asimanda ilk üçölçülü seysmik tədqiqat başa çatdı
2011
- Oktyabr - Türkiyədə ŞD qaz satışı və tranziti sazişləri imzalandı
- May - Şəfəq-Asiman strukturu üzrə yeni HPBS Azərbaycan parlamenti tərəfindən ratifikasiya olundu
2010
- Dekabr - ŞD HPBS-nin 2031-ci ildən 2036-cı ilədək beş il müddətinə uzadılması haqqında saziş imzalandı
- Oktyabr - Şəfəq-Asiman strukturlarının birgə kəşfiyyatı və işlənməsi üzrə ARDNŞ ilə HPBS imzalandı
- Sentyabr - BTC boru kəməri ilə xam neftin milyardıncı bareli nəql edildi
- Mart - Çıraq neft layihəsinin işlənməsi üçün 6 milyard dollar sərmayə qoyulmasına sanksiya verildi
2009
- Mart - BTC-nin məhsuldarlığı gündə 1.2 milyon barelə çatdırıldı
2008
- Aprel - Dərinsulu Günəşlidən ilk neft hasil edildi
2007
- Noyabr - Şahdəniz yatağının daha dərin strukturunda mühüm bir yüksək təzyiqli yeni kollektor kəşf edildi
- İyul - Şahdəniz qazı Türkiyəyə axdı
- Mart - BTC-nin məhsuldarlığı gündə 1 milyon barelə çatdırıldı
2006
- Dekabr - Şahdəniz Mərhələ 1-dən ilk qaz hasilatına başlandı
- Noyabr - Şərqi Azəridən ilk neft hasil edildi
- İyul - BTC boru kəmərinin Türkiyədəki hissəsi, Ceyhan terminalı və BTC boru kəmərinin ixrac sisteminin açılışı qeyd olundu
- İyun - Ceyhan terminalında ilk tanker Xəzər nefti ilə yükləndi
- May - Cənubi Qafqaz boru kəmərinə ilk qaz axdı
2005
- Dekabr - AÇG yatağındakı Qərbi Azəridə hasilata başlandı
- May – BTC neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin rəsmi açılışı baş tutdu.
- Fevral - Azəri-Çıraq-Günəşli yatağındakı Mərkəzi Azəridə hasilata başlandı
2004
- Oktyabr - Cənubi Qafqaz qaz kəmərinin tikintisinə başlandı
- Sentyabr - ACG Faza 3 üçün sanksiya verildi
2003
- April - Bakı-Tbilisi -Ceyhan neft kəmərinin tikintisinə başlandı
- Fevral - Şahdəniz Mərhələ 1 üçün sanksiya verildi
2002
- Sentyabr - ACG Faza 2 üçün sanksiya verildi
2001
- Avqust - ACG Faza 1 üçün sanksiya verildi
1998
- Dekabr - Qərb İxrac Boru Kəmərində əməliyyatlara başlanıldı
1997
- Noyabr - Çıraq-1 platformasından ilk neft hasil edildi
1996
- İyun - Şahdəniz HPBS imzalandı
1995
- Fevral - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təsis olundu
1994
- Sentyabr –BP, tərəfdaşları və Azərbaycan Hökuməti tərəfindən Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft Hasilatının Pay Bölgüsü haqqında Saziş imzalandı