Bakı 2015 - davamlı irsin yaradılması

BP Bakı 2015 Oyunlarının rəsmi tərəfdaşıdır. Biz oyunlara dəstək olmaqla Azərbaycanın gələcəyinə dünya səviyyəli sərmayə qoyuruq

2014-cü ilin iyun ayında BP bu il Bakıda keçiriləcək ən böyük beynəlxalq idman tədbiri olan Bakı 2015 Oyunlarının rəsmi tərəfdaşına çevrildi. Biz Oyunların təşkilatçıları ilə birlikdə Azərbaycanda davamlı irsin yaradılması istiqamətində işlər görürük.

Xüsusi nümayəndə kimi seçilən idmançılarımız

BP öz xüsusi nümayəndələri kimi seçdiyi altı Azərbaycan idmançısının həm Bakı 2015 Oyunlarına hazırlığını, həm də oyunlarda iştirakını dəstəkləyir. Onlar İlham Zəkiyev (paralimpiyaçı cüdoçu), Oleq Panyutin (paralimpiyaçı atlet), Hacı Əliyev (olimpiyaçı güləşçi), Elxan Məmmədov (olimpiyaçı cüdoçu), Uluxan Musayev (paralimpiyaçı atlet) və Fəridə Əzizovadır (olimpiyaçı taekvondoçu). 

Oyunlar Akademiyası

Oyunlar Akademiyasının eksklüziv rəsmi tərəfdaşı kimi, BP şirkəti Azərbaycanın gələcək işçi qüvvəsinin səriştələrini inkişaf etdirən və böyük beynəlxalq idman tədbirləri və digər mürəkkəb layihələr həyata keçirmək sahəsində ölkənin potensialını gücləndirən proqramı dəstəkləyir. 

Elit idmançıların inkişafı proqramı

BP həmçinin Bakı 2015 Avropa Oyunlarına hazırlaşan Azərbaycanın milli idmançıları üçün nəzərdə tutulmuş inkişaf və təlim proqramını dəstəkləyir. Bu proqram ən məşhur olimpiya idmançılarından biri sayılan Maykl Consonun rəhbərlik etdiyi, idmançıların təlimi üzrə beynəlxalq nüfuzlu şirkət olan “Michael Johnson Performance” (MJP) şirkəti tərəfindən həyata keçirilir.