Elit idmançıların inkişafı və təlimi proqramı

MJP proqramını bitirən üç idmançı Rio 2016 Oyunlarında yarışacaqlar

Bu proqram Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin “Michael Johnson Performance” (MJP) şirkəti ilə birgə həyata keçirilib. 

MJP proqramını bitirən üç idmançı Rio 2016 Oyunlarında yarışacaq. Bu idmançılar Marina Durunda (Ritmik Gimnastika), Nazim Babayev (Üçqat tullanma) and Səbinə Mikinadır (Qılıncoynatma).

Bu birillik proqrama 2015-ci ilin yanvar ayında start verilib. Onun məqsədi milli idmançılardan və məşqçilərdən ibarət böyük bir qrupa MJP şirkətinin beynəlxalq təcrübəsindən faydalanmaq imkanı yaratmaq və beləliklə onların idmanda yüksək nailiyyətlər qazanmaqla beynəlxalq idman tədbirlərində Azərbaycanın iştirakını artırmaq istiqamətində gördüyü səylərə dəstək olmaqdır. Bu milli idmançıların və məşqçilərin Bakı 2015 Avropa Oyunlarına və 2016-cı ilin Olimpiya Oyunları da daxil olmaqla digər yarışlara yüksək səviyyədə hazırlaşmasını təmin etdi. 
 		
Proqramda məşqçilər və idmançılarla, o cümlədən BP-nin xüsusi nümayəndəsi seçilmiş idmançılarla təmsil olunacaq dörd milli idman federasiyasının (yüngül atletika, gimnastika, triatlon və qılıncoynatma) iştirakı nəzərdə tutulub. Bu vaxtadək 30 idmançı və 20 məşqçi yoxlamadan keçərək proqrama seçilmişdir. 

MJP şirkətinə ABŞ-ı təmsil etmiş, dörd qızıl medal qazanmış, ən məhşur Olimpiya idmançılarından biri və 400m məsafəyə qaçış üzrə hələ də dünya rekordunun sahibi olan Maykl Conson rəhbərlik edir. 2001-ci ildə təqaüdə çıxdıqdan sonra Maykl Conson özünün uğur qazanması üçün istifadə etdiyi eyni təlim prinsiplərindən və təlim metodlarından istifadə etməklə digər idmançıların inkişaf edərək öz tam potensiallarına çatmasına yardım etmək üçün nəzərdə tutulmuş MJP proqramını həyata keçirməyə başlayıb. 

MJP şirkəti məşqçilərə və idmançılara məsləhət xidmətləri təklif edir. Onu müştəriləri arasında tanınmış idman klubları, misal üçün "Arsenal", "Manchester United", həmçinin Avstraliya və Çin daxil olmaqla 5 Milli Olimpiya Komitəsi var. 

MJP proqramı çərçivəsində əsas diqqət idmançıların ümumi göstəricilərinin, o cümlədən sürət, güc, çeviklik, dözümlülük və bacarıq göstəricilərinin inkişaf etdirilməsinə yönəldilir. Həmin proqram federasiyanın təşkil etdiyi texniki məşqləri tamamlayır. MJP proqramı bütün növ idmançılar, misal üçün güləşçilər, gimnastlar, həmçinin bütün istiqamətlər, yəni Olimpiya və Paralimpiya idmançıları üçün  nəzərdə tutulur.