Oyunlar Akademiyası

Oyunlar Akademiyası Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) tərəfindən yaradılıb. Onun məqsədi Azərbaycan komandası üzvlərinin bacarıqlarını və Oyunlar barədə biliklərini artırmaq, eləcə də Azərbaycan və Avropa universitetlərini bitirmiş məzunların Məzun Təkmilləşdirmə Proqramı vasitəsilə inkişafına dəstək verməkdən ibarətdir

BP şirkəti Azərbaycanda peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən və innovativ təlim proqramı olan Bakı 2015 Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır. Həmin proqram Azərbaycan və Avropa universitetlərini bitirmiş məzunların daxil olduğu yerli heyət üzvlərini yetişdirərək, onları çoxsaylı idman növlərini əhatə edən mötəbər tədbirlərin səmərəli şəkildə keçirilməsinə hazırlamaq və eləcə də gələcək karyeralarında onlara kömək edəcək səriştələri inkişaf etdirmək məqsədi daşıyır. 

Ümumilikdə Azərbaycan və Avropadan olan 188 yüksək potensiallı universitet məzunu 2014-cü ilin iyul ayında Məzun Təkmilləşdirmə Proqramına cəlb olunub. Proqram ərzində altı təlim modulu keçirildi və təlimdə 162 Azərbaycanlı və 26 beynəlxalq məzun ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım edəcək mühüm səriştə və biliklərə yiyələndilər.  

İştirakçılara imkan yaradılır ki ki, öyrəndiklərini Oyunların planlaşdırılması mərhələsində əməli təcrübədə tətbiq etsinlər və məşqlərdə əməliyyatlarla bağlı vəzifələri yerinə yetirsinlər. Digər mötəbər idman tədbirlərində də təcrübə qazanmaq imkanı olacaq. Bütün iştirakçıların işdə səriştələrə yiyələnməsi prosesini davam etdirmək üçün təcrübəli beynəlxalq heyət üzvləri, o cümlədən müxtəlif ixtisas sahələrində təcrübəyə malik ekspertlər onları təlimatlandıracaq.

Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramı məzunların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş və Avropanın qabaqcıl korporativ təşkilatları ilə müqayisə oluna bilən rəqabətədavamlı bir proqramdır. O, proqram iştirakçılarına Bakı 2015 Avropa Oyunlarının həyata keçirilməsi ilə əlaqədar vəzifələrdə kömək etmək məqsədilə bilik və bacarıqlar formalaşdırmaq, həmçinin idman yönümlü və digər sahələrdəki uzunmüddətli mürəkkəb karyera idarəetmə layihələrinə hazırlamaq üçün innovativ təlim bazası təmin edir. Avropa Olimpiya Komitələri həmin proqramı dəstəkləyir. 

Həmin proqram beynəlxalq Oyunlar birliyinin tərkib hissəsinə çevrilməyə, yerli və beynəlxalq həmkarlar, həmçinin Oyunlar  sahəsində aparıcı simalar ilə ilə güclü əlaqələr qurmağa imkan yaradır.