Xəzər texniki təlim mərkəzi

Xəzər texniki təlim mərkəzi (XTTM) BP və tərəfdaşları üçün Azərbaycan, Gürcüstan və Türkiyədə daha böyük sayda işçi heyətin
milliləşdirilməsini həyata keçirməkdə misilsiz xidmət göstərir. Bundan əlavə, Oman və İraqdakı əməliyyatlarımızın XTTM-in xidmətlərindən istifadə etməsi ilə bura BP qrupu üzrə yüksək ixtisaslı kadrlar hazırlayan regional mərkəzə çevrilib.

İlk məzunların buraxıldığı 2004-cü ildən bəri  mərkəzin Hazırlıq proqramı çərçivəsində 800-dən çox texnik təlim alıb. 2012-ci ildə 51 texnik məzun olaraq qurudakı və dənizdəki obyektlərə yola salınıb.

XTTM-də əməyin təhlükəsizliyi göstəricisi 2012-ci ildə yeni səviyyəyə yüksəldi – mərkəz xəsarətə görə vaxt itirmədən iki milyon adamsaat iş və qəzasız qət edilmiş 1,3 milyon kilometr göstəricisinə nail oldu.