Sınağa hazırsınız?

Biz enerji daşıyıcılarından asılıyıq. BP şirkətinin fəaliyyətini geoloji-kəşfiyyat, hasilat, emal, marketinq və satış və enerjinin paylaşdırılması sahələri əhatə edir. Biz etibarlı enerji daşıyıcılarına olan öhdəliklərimizi bizimlə paylaşan və dəyişiklik yaratmağa hazır olan istedadlı şəxslərin axtarışındayıq.

Çətinliklər

Enerji sənayesi çətinliklərlə xarakterizə olunur. Getdikcə artan tələbatı necə təmin edə bilərik? Qeyri-sabit qiymətlərin öhdəsindən gəlmək, ehtiyatları əvəz etmək və enerji təchizatını rəngarəng etmək üçün ən yaxşı yol hansıdır? Hansı sahələrə sərmayələr yatırmalı və həmin sərmayələri işlək innovasiyalara çevirə biləcək daha çox mütəxəssis və mühəndislər necə hazırlaya bilərik? 

Bütün bunlar bir mənalı şəkildə artmaqda olan tələbatdan başlayır. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesablamalarına görə, enerjiyə tələbat 2030-cu ilə qədər 45% artacaq. Gözlənilir ki, mineral yanacaq növləri ilkin enerji ehtiyaclarımızın əsas hissəsini təmin edəcək, ancaq tədricən alternativ enerji mənbələri də mühüm rol oynayacaqdır. 

Hazırkı dövr və 2030-cu il arasında artan enerji tələbatını qarşılamaq üçün 26 trilyon dollar məbləğində sərmayə tələb olunur. Bu, sadəcə yeni neft yataqları və boru kəmərləri məsələsi deyildir. Bu, yeni texnologiyaların kəşfi və yeni üsulların ilk olaraq tətbiqi; ən yaxşı avadanlıqların işlənib hazırlanması və əməkdaşlarımızın düzgün bacarıqlarla silahlandırılması ilə bağlıdır. Bu isə insanların öhdəsinə düşür. 

İstedadlı və qətiyyətli insanlar davamlı olaraq dünyanın ehtiyac duyduğu enerjini tapmaq və təmin etmək üçün daha səmərəli yollar axtarırlar. Onların ideyaları və əzmi sadəcə BP şirkətinin deyil, həm də bütün dünyanın inkişafına təkan verir. 

BP-nin rolu

BP şirkəti hər zaman ön sıralarda fəaliyyət göstərib. Biz yeniliklərə inanır və davamlı olaraq yeni kəşflər etmək məqsədi ilə biliklərimizi genişləndiririk. Bu, yeni bir neft yatağı, platforma üçün daha yaxşı avadanlıq və ya səmərəli tədarük sazişi ola bilər.
 
Biz etibarlı/təhlükəsiz enerji daşıyıcılarına və ətraf mühitə dəyən ziyanı məhdudlaşdıra bilmək üçün etdiyimiz hər şeyə inanırıq. 

Rolumuzu üç sahədə görürük. Birincisi neft və qazın kəşf olunması və çıxarılmasıdır. Biz sadəcə neft və qaz yataqlarını kəşf etmir, eyni zamanda mövcud hasilatın daima yüksək səviyyədə saxlamağı ciddi şəkildə səy edirik.. Həcmdə 1% təkmilləşdirmə iki milyard barel əlavə ehtiyata bərabərdir. Biz daha çox neft və qaz əldə etmək məqsədilə çətin neft-qaz yataqlarının istismar olunması üçün səmərəli texnologiyalara sərmayə qoyur və bununla, ehtiyatlarımızı artırırıq. Təkmilləşdirilmiş texnologiyalar hesabına biz mürəkkəb yataqların daha yaxşı və aydın təsvirlərini əldə edə və həmin məlumatlara əsaslanaraq istifadə olunmayan obyektləri belə hasilata cəlb edə bilərik. 

Sizin rolunuz

Enerji daşıyıcıları ilə əlaqədar qarşıda duran sınaqların həllində hər bir işçinin oynayacağı rol vardır. Demək olar ki, 100 ildən artıq bir zaman ərzində BP dünyanı enerji ilə təmin etmişdir. İndi isə əvvəlkindən daha artıq, etibarlı enerji mənbələrinin tapılması və hasil olunması kimi dünyanın üzləşdiyi ən böyük problemlərdən birini həll etməkdə bizə köməklik göstərən istedadlı insanlara ehtiyacımız var. 

BP şirkətində işə başladığınız zaman bizim sənayenin və ya hər hansı digər sənayenin təklif etməli olduğu maraqlı, texniki cəhətdən mürəkkəb layihələrə cəlb olunursunuz. Karyera qurmaq, öz biliklərinizi və bacarıqlarınızı artırmaq sizin məqsədinizə çevriləcək. Sizin rezümeniz /CV-niz biz təklif etdiyimiz imkanların əhatə dairəsini əks etdirəcəkdir. Bundan savayı, siz sadəcə öz karyeranızda deyil, eyni zamanda dünyanın enerji təchizatında dəyişikliklər etdiyinizi bilməkdən məmnun qalacaqsınız. 

BP şirkətində biz diqqətimizi innovasiyalara cəmləşdiririk. Buna görə də, biz əldə olunmuş təcrübəni bu qədər ciddi qəbul edirik. Biz istəyirik ki, siz qərar vermək və nəticələr əldə etmək bacarıqlarına malik olasınız. Biz bütün işçilərimizin imkanlara və problemlərə bərabər şəkildə çıxışını təmin etməkdə qərarlıyıq. Bizim əməkdaşlarımız dünyada dəyişiklik etmək üçün qətiyyətli şəkildə və cavabdehlik daşıyaraq birgə fəaliyyət göstərirlər.