Təcrübəli peşəkarlar

Karyeranızı bizimlə birgə qurun. BP-də işləmək təkcə iş yeri əldə etmək demək deyil. Bu, rəngarəng və dəyərli təcrübə dolu karyera deməkdir

Bizimlə birlikdə siz Qazma və tamamlama, Əmək ehtiyatlarının idarəolunmasi, Əməyin təhlükəsizliyi, Sağlamlıq və Ətraf Mühitin mühafizəsi, İnformasiya texnologiyaları və xidmətləri, Satınalma və təchizat-tədarük kimi müxtəlif sahələrdə öz karyeranızı inkişaf etdirə bilərsiz. 

Biznesimizin miqyasını, ölkənin inkişafına dəstək vermək fürsətini, sənayedə ən qabaqcıl texnologiyaları istifadə etməyin həyacanını və işinə inanılmaz dərəcədə sadiq insanlarla işləmək imkanını nəzərə alaraq, deyə bilərik ki, BP-də iş nadir, demək olar ki, “həyatda bir dəfə rast gələ biləcəyiniz” təcrübə əldə etmək deməkdir. 

Bizim məqsədlərimizdən biri yerli enerji şirkəti yaratmaq və yerli əməkdaşların sayını artırmaqdır. Buna nail olmaq üçün biz Azərbaycanın daxilində və ya ondan kənarda fəaliyyət göstərən yüksək səviyyəlı milli mütəxəssisləri cəlb etmək üçün davamlı olaraq işəğötürmə proqramı həyata keçirir və onlara möhtəşəm karyera imkanları yaradırıq.