• Xəzər
  • Karyera
  • BP Azərbaycanda universitet tələbələri üçün Mentorluq Proqramına başlayır

BP Azərbaycanda universitet tələbələri üçün Mentorluq Proqramına başlayır

16 aprel 2019

Məmnuniyyətlə elan edirik ki, biz seçilmiş yerli universitetlərdə texniki sahələr üzrə təhsil alan sonuncu iki kurs tələbələri üçün Mentorluq Proqramına başlayırıq.

Bu proqram tələbələrə təkbətək mentorluq etməklə onların öz sosial bacarıqlarını inkişaf etdirmələrinə və özlərinə inamı artırmalarına kömək etmək üçün nəzərdə tutulub.

Mentorlardan tələbələrə peşəkar dəstək verməklə onların inkişaf ehtiyaclarını başa düşmələrini və gələcək karyera üçün hazırlaşmasını təmin etmək gözlənilir.

Mentorluq aşağıdakıları nəzərdə tutur:

  • nisbətən daha az təcrübəsi olan şəxsə müəyyən müddət ərzində kömək etmək və məsləhət vermək (xüsusən də işdə və ya universitetdə);
  • etibarlı məsləhətçi kimi tələbələrin öz suallarına cavab axtarmasına kömək etmək, onlara öz karyera və təhsillərində istiqamət vermək, bir sıra bacarıqların inkişaf etdirilməsinə dəstək olmaq;
  •  həqiqi əlaqələrin inkişaf etdirilməsi və bu zaman hər iki tərəfin bir-birinə dəstək verməsi üçün ikitərəfli əlaqə qurmaq.

Proqram altı ay davam edəcək və aşağıdakılardan ibarət olacaq:

  • BP-nin ofisində şirkətin əməkdaşı və universitet tələbəsi arasında müntəzəm olaraq fərdi şəkildə təkbətək mentorluq sessiyaları;
  • Mentorluq proqramının bütün iştirakçıları üçün təqdimat etmə, müsahibə,  şəxsi brendinq kimi sosial bacarıqların inkişaf etdirilməsini nəzərdə tutan bacarıq seminarları.

Baxmayaraq ki, mentorluq proqramı BP-də işlə təmin olunmağa zəmanət vermir, o, tələbələrin iş əldə etmə imkanlarını artırmağa kömək edəcək və tələbələrin BP əməkdaşlarının peşəkar məsləhətlərindən və bələdçiliyindən faydalanmasına imkan yaradacaq.

Proqramda iştirak etmək istəyən namizədlər bu link vasitəsilə 10 may 2019-cu il tarixinədək ingilis və Azərbaycan dillərində müraciət edə bilərlər.

Proqramda iştirak üçün tələb olunan meyarlar:

  • Aşağıdakı universitetlərdə bakalavr təhsili alan sonuncu iki kurs tələbələri: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti
  • Mühəndislik/elm və texnologiya sahələrində təhsil alan tələbələr
  • Azərbaycan vətəndaşları.

Seçim zamanı hansı meyarlardan istifadə ediləcək?

  • Proqrama qoşulmaq üçün motivasiya
  • Universitetə keçid balı və CGPA (orta xal).

Proqram haqqında ətraflı məlumat almaq üçün universitetinizdə keçiriləcək Məlumatlandırma Günündə iştirak etməyiniz xahiş olunur.

Proqram haqqında hər hansı suallarınız və ya qaldırmaq istədiyiniz məsələ olarsa, xahiş olunur aşağıdakı elektron ünvan vasitəsilə əlaqə saxlayın: grads&interns@bp.com