Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı

Aparıcı enerji şirkətində dünya səviyyəli neft-qaz və mühəndislik sahələrində karyera qurmaq istəyirsinizsə, texniki biliklərinizi püxtələşdirmək, dəyərli biznes bacarıqlarını inkişaf etdirmək, habelə İngilis dili səviyyənizi yaxşılaşdırmaq istəyirsinizsə, bizim məhz sizə uyğun proqramımız var.

Yerli neft-qaz və mühəndislik üzrə məzunlar üçün nəzərdə tutulmuş bu proqram sizə yerüstü mühəndislik, geologiya/geofizika və quyu ixtisasları üzrə uğurlu karyera yüksəlişi üçün tələb edilən praktiki bacarıqlar verəcəkdir. Kursu uğurla bitirməklə şirkətimizdə işləməyə hazır olacaqsınız. 

PROQRAM BARƏDƏ ÜMUMİ MƏLUMAT

Proqram sentyabr ayında başlayır və 10 ay davam edir; bu müddət ərzində siz məvacib alacaq və şirkətin bir sıra müavinatlarından, o cümlədən avqust ayında bir aylıq ödənişli məzuniyyət hüququndan istifadə edə biləcəksiniz. 

Kurs TTE-Petrofak şirkətinin və dünyanın elm, texnologiya və biznes sahəsində aparıcı universiteti sayılan Heriot-Uatt Universitetinin təlimçi və ekspertləri tərəfindən aparılır. Kurs dörd moduldan ibarətdir: Işgüzar İngilis dili, BP-də ixtisaslararası əlaqə, Texniki biliklərin mənimsənilməsi və Yekun qiymətləndirmə. 

GƏLƏCƏK ROLUNUZ

Kursun müvəffəqiyyətlə tamamlanması sizi məzun sertifikatı ilə təmin edəcək və sizi Gənc Mütəxəssis Proqramına qoşulmağa hazırlayacaq; sözügedən proqram BP-də gələcək karyeranız boyunca sizi istiqamətləndirmək və dəstəkləmək üçün nəzərdə tutulub. 

NECƏ ƏRIZƏ VERMƏLI?

Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramına 2016-ci il üçün ərizələrin qəbulu planlaşdırılmır.