Gəlin görüşək

İşəgötürmə proqramları haqqında hələ də sualınız var? Proqramla bağlı əmin olmadığınız məqamlar var? Biz istəyirik ki, BP-yə ərizə vermək sizin üçün mümkün qədər asan olsun və sizə bütün suallarınıza cavab tapmaq imkanı yaradırıq.

Biz hər il proqramlarımızı élan etdikdən sonra namizədlər ilə görüşmək və proqramlar, BP-dəki karyera imkanları barədə sualları cavablandırmaq məqsədi ilə bir sıra universitetlərdə məlumat günləri keçiririk. 

2018-ci il Tələbə və məzunların işə qəbulu proqramı ilə  bağlı  Məlumat günləri  aşağıdakı universitetlərdə keçiriləcək.
Tədbirimizə qatılın və keçmiş məzun və tələbələr ilə ünsiyyətdə olmaq, onların karyera tarixçələri və şəxsi təcrübələri haqqında maraqlı məlumatlar dinləmək imkanı əldə edin. Bundan əlavə, siz tədbirdə şirkətimiz, proqram üzrə seçim prosesi haqqında məlumat əldə edəcək və hətta seçim mərhələlərindən uğurla keçmək üçün dəyərli məsləhətlər ala biləcəksiniz. 
  • M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı - (tarix təsdiqlənəcəkdir)
  • Bakı Ali Neft Məktəbi - (tarix təsdiqlənəcəkdir)
  • Bakı Mühəndislik Universiteti  - (tarix təsdiqlənəcəkdir)
  • Azərbaycan Dövlət və Sənaye Universiteti  - (tarix təsdiqlənəcəkdir)
  • Xəzər Universiteti  - (tarix təsdiqlənəcəkdir)