Təcrübə proqramı

Bizimlə möştəşəm karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız? Təcrübə proqramının tərkib hissəsi kimi sizə bu imkanı yaradırıq. Bu fürsəti əldən verməyin və proqram üçün müraciət edin. Proqramla bağlı tələblərlə tanış olun.

İlk addım kimi karyera üçün bizim şirkətdə keçəcəyiniz təcrübə proqramından yaxşı nə ola bilər? Siz hiss edilən faydalar və ölçülə bilən nəticələr verən real layihələr üzərində işləyəcəksiniz. Bununla yanaşı, qarşılaşdığımız ən vacib çətinliklərdən bəziləri haqqında öyrənmək və onların həllinə kömək etmək imkanınız olacaq.

BU NƏDIR?

Tələbələr üçün yay təcrübə proqramı BP şirkətində yay tətili zamanı 10 həftəlik çalışmaq imkanıdır. Təcrübəniz müddətində siz rəqabətə davamlı əmək haqqı alacaq, əsl komanda işi ilə tanış olacaq və ən son avadanlıq və texnologiyalardan istifadə etməklə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə və əməliyyatlarda iştirak edecəksiniz. Karyera təşəbbüslərinizi üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız.

BU NECƏ BAŞ VERIR?

Təcrübənizin başlanğıcında biz sizin təcrübə zamanı inkişaf etdirə biləcəyiniz bacarıqları müzakirə edəcək və sizi proqram boyu inkişafınızı qiymətləndirməyə həvəsləndirəcəyik. Bütün təcrübə keçənlərə menecerlər yardım edəcəkdir. Onlar sizinlə birlikdə işin məqsədlərini müəyyən edəcək və bu məqsədlərə nail olmaq üçün sizə lazımi dəstəyi göstərəcək, avadanlıqlarla təmin edəcəkdir.

Təcrübənizdən maksimum dərəcədə istifadə etmək üçün təfsilatlı və mərkəzləşdirilmiş qiymətləndirmə prosesi çox vacibdir. Meneceriniz sizin inkişafınıza nəzarət edəcək, bütün təcrübə boyu və əsasən də proqram müddətinin ortasında aparılan qiymətləndirmə zamanı bu barədə sizinlə müzakirə aparacaq. Bu sizə təcrübə zamanı hansı nəticələrə nail olmağınızı görməyə və təcrübənin tamamlanmasına qədər əlavə hansı bilik və bacarıqlara ehtiyacınız olduğunu müəyyən etməyə yardım edir.

Bundan əlavə, təcrübə zamanı BP şirkəti daxilində əməkdaşlarla əlaqə qurmağa köməklik göstərən, irəliləyişlərinizi müzakirə edən və yaranan hər bir sualınıza cavab verə biləcək bir iş yoldaşı təyin olunacaq.

KİM ƏRIZƏ VERƏ BILƏR?

Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2019-ci ildə bitirən bütün tələbələr 2018-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər. 

Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu proqramda iştirak edə bilərdilər.

NECƏ ƏRIZƏ VERMƏLI?

BP Azərbaycanın 2019-ci il üzrə təcrübə proqramına ərizə qəbulu başlayıb. Ərizələrin qəbulu üçün son tarix 1 dekabr, 2018-ci ildir.

Ərizələrin qəbulu və seçim prosesi haqqında ətraflı məlumatı saytımızın Seçim prosesi bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün grads&interns@bp.com elektron poçt vasitəsi ilə müraciyət edə bilərsiniz.