Tələbələr üçün geologiya üzrə 2017-ci il yay təcrübə kursu

Siz gələcəyin geoloqusunuz? Sedimentologiya və struktural geologiya ilə maraqlanırsınız? Bu yay keçiriləcək təcrübə kursumuzda iştirak etmək imkanını əldən verməyin. Elə indi müraciət edin.

2003-cü ildən bəri, BP Azərbaycan Bakıda təhsil alan Bakalavr və Magistr dərəcəli tələbələrin sedimentologiya və struktural geologiya üzrə yay sahə təcrübəsinə sponsorluq edir. Azərbaycanda akademik qabiliyyət və biliklərin yaradılması, eləcə də geoloq və geofiziklərin gələcək nəslinə ölkə daxilində öz bilik və bacarıqlarını inkişaf etdirməyə dəstək vermək məqsədilə kurs dövründə geologiya üzrə qabaqcıl təcrübələrdən istifadə olunur. Yay sahə kursu dövründə sahədəki nümunələrdən istifadə etməklə, tələbələrə sahə geologiyasının prinsipləri öyrədilir. Bu kursa dəstək vermək üçün beynəlxalq universitetlərdən mütəxəssislər dəvət edirik.
 
Geologiya üzrə yay sahə kursu bu il 14 avqust - 2 sentyabr 2017-ci il tarixlərində Azərbaycanın şimal regionlarında və Abşeron yarımadasında keçiriləcəkdir.

NECƏ MÜRACİƏT ETMƏLİ?

Siz 15 iyun 2017-ci il tarixinədək  ərizə formasını (ingiliscə) yükləyib –doldurub  elektron poçt vasitəsilə bizə göndərməlisiniz.

TƏLİMATÇILARLA TANIŞ OLUN

Doktor Con Veber (1995-ci ildə Şimal-qərb Universitetində geoloji elmlər üzrə doktorluq dərəcəsini alıb) geologiya ixtisası üzrə təhsil alan tələbələrə struktural geologiya, plitələrin tektonikası, geodinamika, geoloji yataqların metodları və çölün kartoqrafik təsviri fənlərini tədris edir. Onun əsas elmi-tədqiqat maraqlarına aşağıdakılar daxildir: 1) struktural geologiya, tektonik geomorfologiya, GPS üzrə geodeziya və termoxronologiya da daxil olmaqla müxtəlif alətlərdən istifadə etməklə Trinidad və Tobaqoda neotektonika və sirkum-adriatik regionu 2) yerin meteor təsir kraterləri. Pedaqoji və elmi-tədqiqat fəaliyyətinə görə ona verilmiş mükafatlar bunlardır: Bakalavr dərəcəli tələbələrin təlimi üçün mükafat («Andəqrədueyt Mentorinq Əvord»), Fakultə üzrə mükafat («Fəkulti Əvord»), Dupont Konoko Gənc Professorlar üçün mükafat («Dupont (Konoko) Yanq Professors Əvord») kimi dünyada tanınmış mükafatlar, o cümlədən ən yaxşı elmi işlərə görə Trinidad and Tobaqo Geologiya Cəmiyyəti tərəfindən verilmiş bir sıra mükafatlar. Veberin bu araşdırma üzrə təxminən 20 ekspert məqaləsi nəşr olunub və o, haı-hazırda neft, hidrogeologiya sənayeləri üzrə davamlı məsləhətlər verməklə tətbiqi geologiya sahəsində praktiki fəaliyyət göstərir. 

Doktor Elmira Əliyeva (Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı) 20 ildən artıq iş təcrübəsinə malikdir. O, Azərbaycan Milli Elmlər Akademiyasında Geologiya elmləri namizədi və doktoru elmi dərəcəsini almışdır. Çay, delta və göllərdə çöküntülərin yaranmasını, klastik ardıcıllıqla çöküntülərin təbəqələşməsini, iqlim dəyişikliyinə çöküntülərin reaksiyası və çöküntülü sedimentasiya sistemlərində dəniz səviyyəsində sürətli dəyişikliklərin təsirini xüsusi diqqət mərkəzində saxlamaqla o, sedimentologiya, müasir və qədim klastik (qırıntılı) çöküntülərin toplanması sistemləri ilə məşğul olur. Onun elmi-tədqiqat maraqları Orta və Cənubi Xəzər çökəkliklərini (çoxsaylı geoloji yaş və startiqrafik bölməler ) əhatə edir və sahə təcrübəsinə müasir Volqa çayının deltası; Qrin-river strukturu, Vayominq, Kolorado (Miosen -Pliosen); Şimali və Cənubi Kaliforniya (Miosen-Pliosen); Mərmərə dənizi sahili (Plesitosen) kimi sahələr daxildir.