AÇG-nin gətirdiyi yeni texnologiyalar

Biz özümüzü texnologiyalara əsaslanan şirkət kimi görürük. BP-nin bütün əməliyyatlarının təməlinin əsasını texnologiyalar təşkil edir.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Azəri-Çıraq-Günəşli yumşaq, keçirici qumdan ibarət qırışıq, çox laylı bir yataqdır. Bu yataq dənizdə sahildən 120 kilometr məsafədə yerləşir və 150 kvadrat kilometr sahədə yayılmışdır. Bu yataq ən çətin qazma, işlənmə və istismar problemlərinin bir neçəsini özündə ehtiva edir və biz BP şirkətinin dünyanın hər tərəfində digər yataqlarda istifadə etdiyi və sözügedən yatağın geoloji xüsusiyyətlərinin yaratdığı bu problemləri aradan qaldırmaq üçün Xəzərə gətirilən yeni texnoloji variantlar ilə bağlı iş təcrübəsinə malikik.   

Şirkətin gələcək işlərinin uğurunu təmin etmək üçün BP şirkəti bu vaxta qədər bu texnologiyalar ilə bağlı yarım milyard vəsait sərf etmişdir. Aşağıda əsas sahələrə dair bəzi nümunələr işıqlandırılır.  
	
BP şirkətinin Geoloji Kəşfiyyat və Hasilat Texnologiyası Funksiyası şirkətin hansı texnologiyalara sərmayə yatıracağı və inkişaf etdirəcəyi barədə strateji seçimlər edir. Texnologiyanın inkişaf etdirilməsi ilə bağlı diqqət mərkəzində olan bu sahələr Texnologiya Flaqmanları adlandırılır. Flaqmanlar aydın biznes problemləri ilə məşğul olur. Məqsəd hər bir şey etmək deyil, amma alimlər və resursların diqqətini BP şirkətinin texnologiya portfelinə ən uyğun olan və Kəşfiyyat və Hasilat Seqmentinin gündəliyinə ən çox təsir göstərəcək texnologiyalar üzərində cəmləşdirməkdir.     

AÇG doqquz Flaqmanın altısına cəlb olunmuşdur, amma biz Flaqmanların sırasından kənar bəzi texnologiyaları da tətbiq edirik.  

Qazma

Uzaq məsafəyə maili qazma texnologiyası

Platformadan kifayət qədər uzaq məsafədə yerləşən horizontun açılması nöqtələrinə çatmağa və bununla da hasilatı artırmağa imkanı verən uzaq məsafəyə maili qazma (UMMQ) texnologiyası. Bizim bu vaxtadək uzaq məsafəyə qazdığımız ən uzun maili quyu Çıraq platformasından 6,4 km məsafədə yerləşir. Biz inanırıq ki, bu texnologiya qarşıdan gələn onilliklər ərzində bizə AÇG yatağında layın neftverimini maksimuma çatdırmağa imkan verəcək.

Lay dəstəsinin qalınlığı böyük olan quyuların tamamlanmasına və beləliklə də hasilat templərinin (debitin) artırılmasına imkan yaradan yüksək bucaqlı (qismən maili) qazma texnologiyası.

BP Vell Advayzor

BP şirkətinin quyu məsləhətçisi "BP Well Advisor"  ağıllı texnologiyadır və təhlükəsiz, etibarlı və effektli quyu əməliyyatlarına imkan yaradır və qazma əməliyyatlarının səmərəliliyini artırmaq və qeyri-məhsuldar vaxtı azaltmaq üçün real zaman informasiyalarından istifadə edir. Bu texnologiya düzgün informasiyanın düzgün vaxtda düzgün yerdə olmasının daha yaxşı təmin edilməsi üçün real zaman göstəricilərinin böyük həcminin idarə edilməsinə və onun tövsiyə olunan qaydalar, təlimatlar, prosedurlar və təcrübə ilə birləşdirilməsinə kömək göstərir. BP şirkətinin quyu məsləhətçisinin hər bir operator pultu xüsusi bir quyu ilə bağlı tikinti işi haqqında məlumat verir və onu analiz edir.   
 
Qoruyucu kəmərin quyuya endirilməsi mexanizmi Regionda gələcək 12 quyudan birində yataq şəraitində sınaqdan keçirilmişdir və indi bütün AÇG qurğularında tətbiq olunur. Hər bir əməliyyat layihə dərinliyinə çatmışdır, və quyularda borunun tutulub qalması məsələləri olmamışdır və beləliklə qeyri-məhsuldar vaxt azalmışdır (~70 gün) və milyonlarla dollar qənaət olunmuşdur. 

“BP Well Advisor” proqramı Xəzər regionunda 2012-ci ildə tətbiq edilib və həmin vaxt hər üç Azəri platformasında və Dərinsulu Günəşli platformasında qoruyucu kəmərin endirilməsini izləyən idarəetmə konsolu tam fəaliyyətə başlayıb. Bu idarəetmə konsolu hazırda Xəzər dənizində BP-nin idarə etdiyi bütün platformalarda və səyyar qazma qurğularında fəaliyyət göstərir.

Azərbaycanda təsdiq olunmuş texnologiya BP şirkətinin digər qlobal obyektlərində - Meksika Körfəzində, Şimal Dənizində və Trinidadda digər qurğularda istifadə olunur.  

Qabaqcıl üsulla seysmik təsvirlərin çəkilişi

Təzə dənizdibi seysmik tədqiqatların aparılması və göstəricilərin işlənib hazırlanması layların müfəssəl təsvirlərinin çəkilməsini təmin edir və bu, həm quyunun yerləşdirilməsinin yaxşılaşdırılmasına, həm də layda mayenin hərəkətinə nəzarət edilməsinə imkan yaradır.  

BP şirkəti 4Ö seysmik tədqiqat kimi məlum olan yola başçılıq edir.    Şirkət Şimal Dənizindəki “Valhall” yatağında layın monitorinqini aparmaq üçün 2001-ci ildə birinci daimi dənizdibi seysmik qəbuledicilər quraşdırmışdır.   

Kabelli cihazın birbaşa dənizin dibində yerləşdirilməsi dayaz sualtı vəziyyətlərin təsirinə az məruz qalan bütün dalğa formalarının qeyd olunmasına imkan yaradır. Bu göstəricilər az qalan lüzumsuz yanlış əlamətlərlə işlənib hazırlana bilər, çünki real göstəriciləri gücləndirmək və anlış əlamətləri kənarlaşdırmaq üçün qeyd olunuş göstəricilər birləşdirilə bilər.
   
Təkrar seysmik çəkilişləri qeyd etmək qabiliyyəti lay daxilində maye cəbhələrinin hərəkətinin monitorinqinin aparılmasına imkan yaradır və bununla da gələcək quyu yerləri üçün əsas nəzarət məlumatları təmin edir və sahə konteksti daxilində quyunun texnoloji göstəricilərini izah edir.  

2005-ci ildə biz bu texnologiyanı Azərbaycanda istifadə olunmaq üçün gətirdik və bu gün AÇG-də 132 km uzunluqda dənizdibi seysmik tədqiqat kabelləri quraşdırılmışdır.  

Bu texnologiyanı təsvir edən videoya baxın:

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Hasilat

Fiber-optik kabellərlə təchiz edilmiş açıq lülədə çınqıl kipkəcli süzgəclər və iri diametrli borular kimi tamamalama texnologiyaları quyudan çıxan qum miqdarına nəzarət etməklə yanaşı hasilatın daha yüksək templərlə həyata keçirilməsinə imkan verir.

Genişlənən qum süzgəcləri və quyudibi axına nəzarət klapanı ilə tamamlanmış dünyanın ilk sualtı suvurma quyuları Dərinsulu Günəşli yatağında istismara verilib. Bu tamamlama texnologiyaları tələb olunan xüsusi vurucu quyuların sayını azaldıb və onları dəniz dibindən işə salmaqla biz platformadan uzaq məsafəyə maili qazmaya olan zərurəti aradan qaldırdıq. Bu tamamlama metodları həmçinin lay təzyiqinin düşməsini səmərəli şəkildə idarə etməkdə və yatağın neftvermə əmsalını artırmaqda mədən mühəndislərinə köməklik edib.

Gələcəyin yatağı

Bu, şirkətin neft və qaz yataqlarının işlənməsinin səmərəliliyini yaxşılaşdırmaq üçün texnologiyalar qrupudur.  

Biz iş yollarını gücləndirmək və əməliyyatları optimallaşdırmaq, quru və dəniz obyektlərindən məlumatları real zamanda inteqrasiya etmək üçün AÇG-də inteqrasiya olunmuş real zaman informasiya texnologiyaları tətbiq etmişik və bu istismar səmərəliliyinin yaxşılaşdırılması, riskin daha səmərəli idarə olunması və daha yaxşı qərarların qəbul edilməsi ilə nəticələnmişdir.  

Yayılan temperatur datçiki (DTS)

Lifli optik yayılan temperatur datçiki (DTS) texnologiyası lazer pulslarından geri istiqamətdə lifli optik kabelin uzunluğu boyunca yayılan işığın analiz olunması yolu ilə əldə olunan tamamlanma intervalı daxil olmaqla bütöv quyu lüləsi boyunca temperatur profilini təmin edir. Bu, quyunun istismar müddəti ərzində çoxlu termokarotaj diaqramları (hər 7 gündən bir) yarada bilir, çünki bu, tamamlama ərzində əvvəlcədən quraşdırılır. DTS layın  və mayelərin (neft, qaz və su) quyuya necə daxil olmasının real zaman yaxın vaxtda quyunun texnoloji göstəricilərinin quyuya baha başa gələn müdaxilə olunmadan və hasilat dayandırılmadan əla monitorinq vasitələrini təmin edir. Bu, AÇG-də qaz daxilolmalarının, çarpaz axın intervallarının müəyyənləşdirilməsində, zonalar üzrə hasilatın qiymətləndirilməsində və çoxqatlı laylarda vurulma imkanının yaradılmasında, quyulararası qarşılıqlı fəaliyyətlərdə, quyuların bütövlüyü və istifadə olunmuş avadanlıqların təyin edilməsində dəyərli bir mexanizm olduğunu sübut etmişdir.

Quyunun məsafədən monitorinqi

BP şirkətinə məxsus olan və ISIS (Kompleks Nəzarət İnformasiya Sistemi) adlandırılan proqram təminatı paketi quyunun texnoloji göstəricilərinə nəzarət etmək üçün neft mühəndisləri tərəfindən istifadə olunur.  

ISIS istifadəçilərə nəzarət göstəricilərini real zamanda bir dəqiqə içərisində əldə etmək və nəzərdən keçirmək imkanı yaradır. Bu, göstəriciləri avtomatik şəkildə təmizləyir və lazımi vəziyyətə gətirir və istifadəçilərə quyudakı dəyişikliklər barəsində xəbərdarlıq edir və quyunun idarə olunmasına daha fəal yanaşma yaradır. Məsələn, AÇG quyularında qumlaşma ösas problemdir. ISIS qum monitorları mühəndislərə qumlaşma sürətləri haqqında xəbərdarlıq edir.   Bu məlumatlarla silahlanaraq quyular qum təzahürünün optimallaşdırılması və uzun müddət ərzində neft hasilatının maksimuma çatdırılması üçün quyular boğula bilər.    

Hasilatın optimallaşdırılması

Modelə Əsaslanan İstismara Dəstək (MBOS) real zaman göstəricilərini inteqrasiya olunmuş obyekt modullarına birləşdirməklə sistem əməliyyatlarının Quraşdırılmış Hasilat Gücü (IPC) istiqamətində optimallaşdırılmasına imkan yaradır. Qurğuların vasitəsilə quyulardan hasilat prosesinin başa düşülməsi üçün bu, göstəricilərə əsaslanan kompleks qurğu modelindən istifadə edir. Və əməliyyatların yaxşılaşdırılmasının müəyyənləşdirilməsinə kömək göstərir. 

Şlama nəzarət avadanlığı

Quyu lüləsinə şlam yığılması AÇG-də hasilatın davamlılığı ilə bağlı başlıca risk kimi müəyyənləşdirilmişdir. Şlama nəzarət avadanlığı texnlogiyası  hasilatı stabilləşdirən və son nəticədə hasilat tempini qoruyan bir vasitə kimi seçilmişdir.    
Şlama nəzarət avadanlığının məqsədi quyu lüləsində quyu başlığının ştuserli klapanını tənzimləməklə hidrostatik başlığı sabit vəziyyətdə saxlamaqdır. Nəzarət avadanlığı quyuda maye sütunu yüngülləşən kimi bağlanır və həmin sütun ağırlaşan kimi quyu başlığınınştuserli klapanını açır.   
Şlama nəzarət avadanlığı texnologiyası AÇG quyularının çoxunda quraşdırılmışdır və bu, bəzi hallarda hasilatın artdığını göstərmişdir.
 
BP şirkətinin şlama nəzarət avadanlığı sistemin sabit istismarına və AÇG quyularında şlam yığılmasının azaldılmasına imkan yaradan bir texnologiyadır.  

Boru kəmərinin yoxlanması

Sualtı boru kəmərlərinin bütövlüyünü təmin etmək üçün məsafədən idarə olunan aparatlar və avtanom rejimdə işləyən sualtı cihazlardan (AUV) istifadə edilməklə  müfəssəl monitorinq aparılır. Bizim üzləşdiyimiz problem bulanıq Xəzər sularında, xüsusən də suyun dərinliyi 25 metrdən az olan hissədə pis görünüş ilə bağlıdır. Odur ki, biz boru kəmərinin bütövlüyünü təmin etmək məqsədilə Xəzərdə əvvəllər heç vaxt istifadə olunmamış bəzi müasir avadanlıqlar istifadə edirik. Bu avadanlıqlarla akustik tədqiqatlar aparılır, onlar yaxşı işləyir və  yoxlamaların daha tez və daha səmərəli aparılmasına imkan yaradır. Xəzər AUV texnologiyası istifadə olunan qabaqcıl regionlardan birinə çevrilmişdir və bu əməliyyatlar ilə bağlı seqment ətrafında bilik ixrac edir. 

Ərsin boru kəmərinin daxili vəziyyətini müayinə etmək, həndəsi göstəriciləri aşkarlamaq və qeydə almaq, boru kəmərləri ilə bağlı hər hansı korroziya məlumatlarını aşkar etmək üçün istifadə olunan xüsusi avadanlıqdır. Mühəndislərin boru kəmərinin daxilini “görməsinə” imkan yaratmaq üçün həmin məlumatlar ərsin borudan çıxarıldıqdan sonra kompüterə yüklənir. Bu proses həm də, avtomatlaşdırılmış diaqnostik ərsinləmə kimi də tanınır. 

Qum təzahürü ilə mübarizədən başqa işlər

Bütün AÇG quyularında karbohidrogenlərlə birlikdə bir qədər qum hasil olunur. Buna görə də qum hasilatının idarə olunması quyularımız və qurğularımızın təhlükəsiz və optimal vəziyyətdə işləməsi üçün mühüm əhəmiyyət kəsb edir.     

Bizim qum təzahürü ilə mübarizə texnologiyamızın məqsədi AÇG qumlu quyularında neft hasilatını artırmaq üçün yeni texnologiyalar təmin etməkdir.  

Ompleks tamamlama dizaynı

Tamamlama texnologiyası AÇG-də uğur qazanmağın açarıdır. Biz qum təzahürü ilə mübarizə üçün ən yaxşı texnologiyanı AÇG-yə gətirməkdən ötrü yetərincə səy göstərmişik. Bu, 1997-ci ildə Çıraqda qoruyucu kəmərlə bərkidilən və perforasiya olunan, ayrıca süzgəcli, genişlənən süzgəcli, əvvəlcədən tıxaclanan kipkəcli və açıq lülə çınqıl kipkəcli quyuları ehtiva edən bir sıra tamamlama dizaynları sınaqdan keçirilməklə başlanmışdır. Amma bizim ən yaxşı variantımız nadir şəkildə layihələndirilmiş açıq lülə çınqıl kipkəcləridir. Açıq lülə çınqıl kipkəcləri xüsusi çoxqatlı metal süzgəclərdir və onlar açıq quyu lüləsində seçilmiş ölçülü çınqıl ilə kipləşdirilir. Aktiv süzgəclər vasitəsilə çınqılın effektli yerləşdirilməsini təmin etmək üçün biz AÇG-də yağ əsaslı qazma məhlulunda şunt borulu xüsusi dizaynlar tətbiq edirik. Quyuya real zamanda hərtərəfli nəzarət etmək üçün bu tamamlamalar DTS texnologiyasına daxil edilmək üçün qəbul olunmuşdur.            

Qum təzahürü ilə mübarizə üçün kimyəvi maddə

Məsamə sahəsi tıxaclanmadan və ya onların keçiriciliyinə təsir göstərmədən qumun kimyəvi yolla təmizlənməsi  süxur laylarına güc əlavə edir. Təsdiq olunmuş beş müxtəlif təmizlənmənin laboratoriyada hərtərəfli sınaqdan keçirilməsi.   

BP şirkətinin dənizdə qum təzahürü ilə mübarizə üçün birinci kimyəvi metodu 2011-ci ildə AÇG-də həyata keçirilmişdir.  Həmin vaxtdan ötən müddət ərzində bu texnologiya daha iki AÇG istismar quyusunda uğurla tətbiq olunmuşdur.  

Mahiyyətcə etibarlı qurğular

BP şirkətinin mahiyyətcə etibarlı qurğularının flaqmanı dünya səviyyəli əməliyyatlarda korroziya, təftiş və hasilat kimyəvi maddələri ilə bağlı texnologiyalardan istifadə etmişdir ki, qurğuların təhlükəsiz və etibarlı işini və istismar müddətinin uzadılmasını təmin etmək mümkün olsun.  

Korroziyanın idarə olunması

Yüksək dərəcədə etibarlı kimyəvi maddə vurma sistemləri (HRCIS) – Kimyəvi maddələrin idarə olunması proqramı ilə dəstəklənən kimyəvi maddələrin effektli, etibarlı tətbiqi.  

HRCIS ərpin yığılmasının qarşısını almaq üçün korroziya inhibitoru və ya ərp inhibitoru kimi kimyəvi baryerlərin vurulmasını təmin edir (məs: Lay suyu xətlərinin bütövlüyünü təmin etmək üçün). Səngəçal Terminalında lay suyu sistemlərinə kimyəvi korroziya inhibitorunun vurulmasına HRCIS proqram təminatı komponentindən istifadə edilməklə nəzarət olunur.  

Vəziyyətin monitorinqi

SMART Siqnal – çöküntülərlə çirklənmə, kavitasiya, vibrasiya, tullantılarla yüklənmə, hermetikliyin pozulması məsələləri və yağlama sistemində problemlər kimi anormal halların erkən diaqnostikası.  

SMART Siqnal avadanlığı ilə bağlı sınaqlar qərbi Azəridə 21 kritik maşın üzərində 2011-ci ilin aprel ayında başlanmışdır.  

Mərkəzi Azəridə qaz vurma kompressorları üçün simsiz datçiklər hazırda qiymətləndirilir.  .

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...