Abşeron yarımadasının dayazsulu hissəsi

BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin  dekabr  ayında  Hasilatın Pay Bölgüsü haqqında Sazişi(HPBS) imzalayıb.

2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi. 

Bu, BP-nin Azərbaycan qarşısındakı uzunmüddətli öhdəliyinin bir hissəsi kimi və eləcə də onun həm ölkənin, həm də BP-nin qarşılıqlı faydalanması üçün Azərbaycandakı karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etmək istiqamətindəki səyləri çərçivəsində gerçəkləşib.

Sazişə əsasən BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir.

HPBS üzrə kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 3000-5000 metr təşkil edir. Bu, BP şirkətinə dünyanın başqa yerlərindəki digər dayazsulu ərazilərdə qazandığı təcrübəsini və qabaqcıl texnoloji həllərini bu əraziyə gətirməyə imkan verəcək.

Bu tədqiqat 1300 kvadrat kilometr ərazidən 3-ölçülü məlumat əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNTM) texnologiyası vasitəsilə həyata keçirilib.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin 4-cü rübündə yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi  müəyyən edilmişdir. anlaşdırılır.