Şəfəq-Asiman

Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi ilə bağlı son məlumatlardan xəbərdar olun.

2010-cu ilin oktyabr ayında BP ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS)  imzaladılar.

Bundan öncə Şəfəq-Asiman dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin Əsas Prinsipləri“ adlı sənəd razılaşdırılmış və imzalanmışdı. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir. 

2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. 

2014-cü ilin birinci yarısında məlumatın təhlili tamamlandı və  onun interpretasiyasına  başlanıldı. 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.