Layihənin tarixçəsi

Bu bölmədə siz 1996-cı ildən bəri Şahdəniz ilə bağlı baş verən əlamətdar hadisələr barədə məlumat ala bilərsiniz.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

2017

  • 1 iyun - Şahdəniz 2 platformalarının birinci üst tikililəri dənizə yola salındı
  • 15 mart - Şahdəniz Mərhələ 2 Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının ikinci dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salındı

2016

  • 1 sentyabr - Şahdəniz 2 platformalarının birinci dayaq bloku dənizə yola salındı
  • 18 may - “Xankəndi” adlı yeni sualtı tikinti gəmisi bu yaxınlarda Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilmişdir
  • 3 may - Şahdəniz tərəfdaşları sualtı quraşdırma işləri üçün müqavilə imzaladılar

2015

  • 13 sentyabr -Xankəndi adlı sualtı gəminin iki gövdə hissəsi Sinqapurdan Xəzər dənizinə yola düşdü. Gəmi tamamlandıqdan sonra Şahdəniz yatağı üçün istifadə ediləcək
  • 22 iyun - Şahdəniz 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçün iki müqavilə imzaladı

2014

  • 18 noyabr - Şahdəniz Mərhələ 2 çərçivəsində 226 milyon dollar dəyərində iki yeni müqavilə imzalandı
  • 1 oktyabr - Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində yeni müqavilələr imzalandı. Sualtı axın xətlərinin örtüklənməsi və ilkin sualtı ixrac xəttinin örtüklənməsi işlərini əhatə edən bu müqavilələrin ümumi dəyəri 200 milyon ABŞ dollarıdır
  • 20 sentyabr - Cənub Qaz Dəhlizinin təməli qoyuldu
  • 26 may - Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBK) üçün tikinti işləri üzrə müqavilə imzalandı
  • 22 may - CQBK-n genişləndirilməsi üçün boruların örtüklənməsi işləri üzrə müqavilə imzalandı
  • 29 aprel - Şahdəniz dənizdə quraşdirma işləri üzrə iri müqavilə imzaladi
  • 10 aprel - Şahdəniz Mərhələ 2 layihəsi üçün dayaq bloklari, sualtı qurğuların tikintisi və təchizatı müqavilələrini elan etdi
  • 19 mart - Şahdəniz konsorsiumu Mərhələ 2 üzrə növbəti əsas müqavilələri elan etdi

2013

  • 17 dekabr – Şahdəniz yekun investisiya qərarını elan etdi.
  • 19 sentyabr – Şahdəniz Avropa alıcıları ilə qazın satışı üzrə sazişlər bağladı.
  • 30 iyul – BP TAP boru kəməri layihəsində 20% iştirak payını əldə etdi.
  • 28 iyun – Avropaya ixrac marşrutu kimi Trans-Adriatik Boru Kəməri (TAP) seçildi.
  • 18 yanvar – BP, ARDNŞ, Statoyl və Total şirkətləri “Nabucco” səhmdarları ilə səhm opsionu və əməkdaşlıq haqqında saziş imzalayıb.

2012

  • 1 avqust – BP, ARDNŞ və Total şirkətləri TAP səhmdarları ilə Şahdəniz səhmdarları üçün layihədə 50% səhm payı əldə etməsi imkanı nəzərdə tutan saziş imzalayıb.
  • 26 iyun - Azərbaycan və Türkiyə hökumətləri yeni Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasına dair hökumətlərarası saziş imzalayır.
  • 26 iyun - Şahdəniz Mərhələ 1 çərçivəsində rekord hasilat tempinə (gündə 905 milyon standart kub fut) nail olunur
  • 17 aprel - Şahdəniz layihəsinin ikinci mərhələsi olan İlkin Mühəndis-Layihələndirməyə İşlərinə (İMLİ) başlanılır.

2011

  • 5 oktyabr - Şahdəniz yatağında ümumi qaz hasilatı 1 trilyon standart kub futa çatdırılır.
  • 25 oktyabr - BP şirkəti, ARDNŞ və Şahdəniz tərəfdaşları Türkiyə ilə qazın satışına və tranzitinə dair sazişlər imzalayır və BOTAŞ şirkəti ilə Azərbaycan və Türkiyə arasındakı yeni hökumətlərarası sazişi müşayiət edəcək texniki əməkdaşlıq sazişi bağlayır.
  • 13 yanvar - Avropa Komissiyası və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanır.

2010

  • 11 noyabr - BP şirkəti, ARDNŞ və Şahdəniz tərəfdaşları Şahdəniz yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin 2031-ci ildən 2036-cı ilə qədər uzadılmasına dair saziş imzalayır
  • 24 iyun - Xəzər Texniki Təlim Mərkəzində Şahdəniz layihəsinin işçi qüvvəsinin təliminə başlanılır
  • 7 iyun - Azərbaycan və Türkiyə hökumətləri Şahdəniz Mərhələ 2 layihəsi üzrə Anlaşma Memorandumu imzalayır

2009

  • 28 yanvar - Kollektorun daha yaxşı başa düşülməsi üçün Mərhələ 2-nin bir hissəsi kimi 5-ci kəşfiyyat quyusu qazılır.

2007

  • 14 noyabr - Şahdəniz yatağının daha dərin strukturunda mühüm bir yüksək təzyiqli yeni kollektor kəşf edilir
  • 4 iyul - Şahdəniz qazı Türkiyəyə axır

2006

  • 15 dekabr - Qaz hasilatına başlanılır
  • 1 iyun - CQBK-nin istismara verilməsinə başlanılır
  • 28 aprel - Şahdəniz Alfa platforması dənizdəki yerinə gətirilib quraşdırılır
  • 7 aprel - Şahdəniz Mərhələ 1 layihəsi üzrə sualtı boru kəmərinin inşası başa çatdırılır

2005

  • 15 dekabr - Qaz hasilatına başlanılır
  • 1 iyun - CQBK-nin istismara verilməsinə başlanılır
  • 28 aprel - Şahdəniz Alfa platforması dənizdəki yerinə gətirilib quraşdırılır
  • 7 aprel - Şahdəniz Mərhələ 1 layihəsi üzrə sualtı boru kəmərinin inşası başa çatdırılır

2004

  • 1 noyabr - Şahdəniz Alfa platformasının gövdəsi Azərbaycana gətirilir
  • 14 oktyabr - Azərbaycanda CQBK-nin inşasına başlanılır
  • 29 sentyabr - Şahdəniz Alfa platforması üçün qazma avadanlığı dəsti Azərbaycana gətirilir
  • 26 iyul - Şahdəniz Alfa platformasının gövdəsi Sinqapurdan yola salınır
  • 23 fevral - Üçüncü öncəqazma quyusunun qazılmasına başlanır
  • 30 yanvar - CQBK-nin birinci borusu Azərbaycana daxil olur

2003

  • 3 noyabr - Səngəçal terminalında Şahdəniz üçün inşaat işlərinə başlanır
  • 26 sentyabr - İkinci öncəqazma quyusunun qazılmasına başlanır
  • 21 iyul - Sinqapurda platformanın inşası üçün Şahdəniz layihəsinin ilk polad lövhəsi kəsilir
  • 5 iyun - Şahdəniz Mərhələ 1 üzrə müqavilələr bağlanılır
  • 21 aprel - Birinci öncəqazma quyusunun qazılmasına başlanılır
  • 11 mart - “İstiqlal” yarımdalma qazma qurğusu Şahdəniz yatağında işləmək üçün yola salınır
  • 27 fevral - Dəniz platformasının və yeni qaz ixrac sisteminin – Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək uzanan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası daxil olan Şahdəniz Mərhələ 1 layihəsinə sanksiya verilir

2002

  • 14 mart - Gürcüstan Hökuməti və Şahdəniz tərəfdaşları təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Tranzit Ərazisinə Malik Ölkə Hökuməti ilə Saziş imzalayırlar və bununla da mühəndis-konstruktor, tender və kommersiya işlənməsinin yekun mərhələsinə keçid başlanır.
  • 21 fevral - Azərbaycan Respublikası Hökuməti və Şahdəniz tərəfdaşları təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Tranzit Ərazisinə Malik Ölkə Hökuməti ilə Saziş imzalayırlar və bununla da mühəndis-konstruktor, tender və kommersiya işlənməsinin yekun mərhələsinə keçid başlanır.

2001

  • 29 sentyabr - Azərbaycan və Gürcüstanın rəsmi təmsilçiləri təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Hökumətlərarası Saziş və müvafiq müqavilələri imzalayırlar. Sənədlərin imzalanma mərasimində Prezident Sezer və Prezident Əliyev iştirak edirlər.
  • 12 mart - Azərbaycan və Türkiyənin rəsmi təmsilçiləri Türkiyənin Azərbaycandan qaz almasına imkan yaratmaq üçün Ankarada Hökumətlərarası Saziş və Alqı-Satqı Sazişi imzalayırlar. Sənədlərin imzalanma mərasimində Prezident Sezer və Prezident Əliyev iştirak edirlər.

1999

  • May - Şahdəniz qaz yatağı kəşf olundu

1996

  • 4 oktyabr - Azərbaycan Parlamenti HPBS-i ratifikasiya etdi
  • 4 iyun - ARDNŞ və xarici neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz Perspektiv sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzaladılar