Layihə yenilikləri

Bu bölmədə layihə ilə bağlı baş verən yeniliklərdən xəbərdar olaraq layihənin gedişatını izləyə biləcəksiniz.

Cənub Dəhlizi layihəsinin Harvard Universitetində tələbələrə təqdimatı

2014-cü il mart ayının 4 – 6-sı arasında ABŞ-a birgə səfər çərçvəsində BP və ARDNŞ nümayəndələri Harvard Universitetinin Con. F. Kennedi dövlət idarəçiliyi məktəbində Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı açıq mühazirə keçirmişdi. Harvard Universitetinin Kennedi Məktəbində Enerji Layihəsinin Geosiyasəti üzrə direktoru Meqan O’Sallivan və Corctaun Universitetindən dəvət olunan professor Brenda Şaffer sözügedən layihə haqqında müzakirədə ARDNŞ-in Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov və BP şirkətinin Şahdəniz Yatağının İşlənilməsi üzrə vitse-prezidenti Al Kuka qoşulmuşlar. Mühazirəçilər Cənub Dəhlizinin Avropa enerji təhlükəsizliyi perspektivinə əsasən inkişaf etdiyini təsvir edərək nəqliyyat marşrutunun seçilməsi ilə bağlı çətinlikləri və layihənin icra planlarını müzakirə etmişlər. Bu nəhəng enerji layihəsi və onun geosiyasətə təsiri ilə bağlı ənənəvi dərslərin bir neçəsi barədə də Kennedi Məktəbi fakültəsinin tələbələri və üzvlərinə məlumat verilmişdir.    
 
Harvard Universitetinə getməmişdən öncə ARDNŞ və BP Hyustonda enerji sənayesinin görkəmli biznes liderləri və hökumət rəsmilərinin toplandığı məkanlardan biri olan “CERAWeek”də  və baş qərargahı Vaşinqtonda yerləşən və dövlət siyasəti təşəbbüslərini tədqiq, təhlil edən və işləyib hazırlayan xeyli sayda alimləri bir araya gətirən qeyri-kommersiya təşkilatı olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) Şahdəniz və Cənub Dəhlizi layihələrinin təqdimatını keçirmişlər. Bu təqdimatda Vitaliy Bəylərbəyov layihənin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini və onun “Cənubi Avropada qarşılıqlı əlaqələr üçün katalizator” kimi rolunu vurğulamışdır. Al Kuk  “Meqa Layihələr” üzərində işləyən ekspertlər qrupu haqqında danışmış və layihənin tikinti işlərinin icrası  üçün BP şirkətinin planlarına dair ümumi məlumat vermişdir. O, dedi: “Bunun kimi bir layihənin həyata keçirilməsinə başladığımızda bizə əminlik verən əsas amil Azərbaycanda qazandığımız 20 illik tarixə malik təcrübədir". "Bu göstərir ki, biz neft və qaz resurslarından asılı ölkələr və şirkətlər üçün etibarlı enerji mənbələri təmin edən neft və qaz yataqlarını işləyə bilərik."

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Mart 2014. Şahdəniz vitse prezidenti Al Kuk IHS CERAWeek 2014-də çıxış edir. Video IHS CERAWeek 2014 tərəfindən təqdim edilmişdır.

Qərbi Balkan ölkələrinə investisiyanın yatırılmasına dair konfransda Cənub Dəhlizinə dair təqdimat

27 fevral 2014

BP şirkətinin Şahdəniz işlənməsi üzrə vitse-prezidenti Əl Kuk Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının ev sahibliyi ilə keçirilən konfransda Balkan ölkələrinin liderləri və investorlarının presedentsiz yığıncağı qarşısında çıxış etmişdir. Kuk Cənub Qaz Dəhlizini möhtəşəm layihə kimi təsvir etmişdir. Çıxışının sonunda Kuk demişdir ki, Cənub Dəhlizi “tranzit əraziyə malik ölkə hökumətləri, enerji şirkətləri və qaz alıcıları arasında razılıq və anlaşmanın təməlini qoyacaq və bu, Azərbaycan və digər ölkələrdə hətta daha böyük həcmlərdə qazın işlənməsinə imkan yaradacaq.”

Sessiyada Albaniya, Monteneqro, AYİB və Enerji Birliyinin enerji nazirləri və liderləri ilə birlikdə enerjinin şaxələndirilməsi və təhlükəsizliyi haqqında danışan Kuk demişdir ki, Şahdəniz 2 layihəsi tam sürətlə mobilizasiya olunur və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işləri bu il başlanacaq. 

Əl Kukun çıxışının tam mətni

Avropaya qazı nəql edən Trans Adriatik Boru Kəməri

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Yanvar 2014:TAP-ın icraçı directoru Kcetil Tanqland TAP-ın Avropaya qaz nəqli marşrutu kimi seçilməsinin əhəmiyyətindən və gələcək planlardan danışır. Video TAP tərəfindən təqdim edilmişdir

Sənayeyə verdiyi mühüm töhfəyə görə Şahdəniz mükafatla təltif olunub.

13 noyabr 2013

Avropanın Payız Qaz Konfransı (EAGC) Şahdəniz layihəsini “Təşkilat Tərəfindən Sənayeyə Verilən Mühüm Töhfə” nominasiyasında mükafatla təltif edib. EAGC-nin İcraçı Məşvərət Şurası layihəni Avropanın qaz bazarındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdiyinə və illərlə enerji sənayesinə əhəmiyyətli töhfələr verdiyinə görə mükafatlandırıb. 

Mükafatı layihənin konsorsiumu adından üç nümayəndə qəbul edib – Con Bolduin (BP şirkətinin Cənub Dəhlizi üzrə vitse-prezidenti), Anders Marvik (Statoyl şirkətinin Avropa İttifaqı işləri üzrə vitse-prezidenti) və Fransua-Reji Muton (Total şirkətinin Kəşfiyysat və Hasilat sahəsində Avropa işləri üzrə xüsusi nümayəndəsi).

Avropa Payız Qaz Konfransı hazırda Avropanın qaz sənayesində aparıcı rol oynayan mühüm məsələlərin həlli məqsədilə qaz sənayesindəki liderləri bir yerə toplayaraq hər il keçirilən Avropanın mötəbər tədbirlərindən biridir. 

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Sentyabr 2013: Con Bolduin, BP-nin Cənub Dəhlizi üzrə vitse-prezidenti layihənin əldə etdiyi irəliləyişin xülasəsini verir.

Nyu-Yorkda Xəzər Forumu keçirildi

25 sentyabr 2013

Xarici işlər nazirləri və biznes-liderlər 25 sentyabr tarixində Cənub Qaz Dəhlizinin inkişafını müzakirə etmək üçün BMT Baş Assambleyasının kuluarlarında görüşdülər. Xəzər Forumu bu layihəni dəstəkləmək üçün şirkətlərin və ölkələrin necə əməkdaşlıq edə biləcəkləri barədə debat aparmaq məqsədilə 400 nəfərdən çox siyasətçi, energetika mütəxəssisi, alim, jurnalist və biznes rəhbərlərini bir araya gətirdi. 
Öz çıxışında, BP şirkətinin Şahdəniz layihəsinin işlənilməsi üzrə vitse-prezidenti Əl Kuk Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mümkün rolunu vurğulamaq üçün diqqəti üç əsrlik tarixə yönəltdi. "19-cu əsrdə Avropa Azərbaycan kerosinindən faydalanmışdır. 20-ci əsrdə Azərbaycan öz xam neftini dünya bazarlarına çıxarmışdır, indi isə Azərbaycan öz təbii qazını Cənub Dəhlizi vasitəsilə nəql etdirməyi planlaşdırır." 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın dünya miqyaslı layihəsi olan Şahdəniz 2 layihəsinin, eləcə də mühüm TANAP və TAP boru kəməri layihələrinin beynəlxalq əhəmiyyətini vurğuladı. O, həmin layihələrin strateji əhəmiyyəti və indiyə qədər görünməmiş miqyasını qeyd etmişdir. Türkiyənin Xarici işlər naziri Ahmet Davutoğlu belə bir fikir ifadə etdi ki, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri qitələr arasında əlaqə rolunu oynayaraq Qafqazdan Balkanlaradək sülhü və enerji müstəqilliyini təmin edə bilər. 

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Şahdəniz işlənməsi üzrə vitse-prezident Əl Kuk Xəzər Forumunda çıxış edir. Video © Xəzər Forumu – 2013

Xəzər Strateji İnstitutu tərəfindən təşkil olunan Xəzər Forumu Xəzər regionunun iqtisadi, siyasi və strateji potensialını araşdıran bir platformadır.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Avqust 2013: Nil Dann, BP-nin Gürcüstanda ölkə üzrə vitse-prezidenti BP-nin Gürcüstanın sosial-iqtisadi inkişafına verdiyi töhfə və CQBK-nın genişlənməsi barədə danışır.

BP TAP layihəsinə qoşulur

30 iyul 2013

BP şirkəti Şahdəniz yatağından Avropaya təbii qazın nəql edilməsi üçün Şahdəniz konsorsiumu tərəfindən yenicə olaraq seçilmiş Trans Adriatik Boru Kəməri (TAP) layihəsinə qoşulmaq hüququndan istifadə etdi. Hazırda TAP-ın səhmdarları BP (20%), ARDNŞ (20%), Statoil (20%), Fluxys (16%), Total (10%), EON (9%) və Axpo (5%) şirkətlərindən ibarətdir. TAP boru kəməri Türkiyənin qərb sərhəddindən başlayıb Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya uzanacaqdır. BP şirkəti də daxil olmaqla, bir sıra Şahdəniz tərəfdaşları Azərbaycandan Avropaya qaz nəql edən boru kəmərinin hər bir seksiyasında iştirak payına malik olmaq niyyətindədir. Həmin boru kəməri seksiyalarına Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəməri daxildir. 

TANAP üzrə Texniki Əməkdaşlıq Sazişi

İyun 2013

Şahdəniz Konsorsiumu yenicə olaraq Trans-Anadolu Boru Kəməri (TANAP) ilə Texniki Əməkdaşlıq Sazişi (TƏS) imzalayıb. Saziş Şahdəniz konsorsiumu ilə TANAP arasında layihənin iş həcminə, qrafikə və boru kəmərinin digər texniki komponentlərinə dair əməkdaşlıq barədə çərçivə müəyyənləşdirir. Bundan əlavə, sözügedən saziş tərəflər arasında birgə texniki komitənin yaradılmasını təmin edir. 

Bu, texniki heyətlər arasında əməkdaşlığı gücləndirən əlamətdar bir hadisədir və TANAP layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün son dərəcədə əhəmiyyətli olacaq. 

Şahdəniz yatağının işlənilməsində yeni texnologiyaların tətbiqi

6 iyun 2013

Bakıda keçirilən 20-ci Xəzər Beynəlxalq Neft və Qaz Konfransında Şahdəniz işlənməsi üzrə vitse-prezident cənab Əl Kuk nəhəng Şahdəniz yatağının işlənilməsinin təməlini təşkil edən texniki həllərə dair ümumi məlumat verib. Təqdimatda Şahdəniz Mərhələ 2 layihəsində tətbiq ediləcək qabaqcıl texnologiyalara dair nümunələr verilib. Bu texnologiyalar layihənin texniki çəinliklərinin öhdəsindən gəlməyə yardım edir və Azərbaycanın təbii qaz ehtiyatlarının gələcəkdə işlənilməsini dəstəkləyir.

Xəzər Beynəlxalq Neft və Qaz Konfransı hər il Azərbaycanda keçirilən ən böyük neft və qaz tədbirlərindən biridi

Əl Kukun çıxışının tam mətni

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

May 2013: Bad Fəkrell, BP-nin Türkiyədə ölkə üzrə prezidenti Türkiyənin artan enerji tələbatı və TANAP boru kəməri planları barədə danışır.

Yunanıstan, İtaliya və Albaniya hökümətləri TAP üzrə hökümətlərarası saziş imazalayır

13 fevral 2013

Yunanıstan, İtaliya və Albaniya hökümətləri Trans-Adriatik Boru Kəməri (TAP) üzrə hökümətlərarası saziş imazalayıb. 13 fevral imzalanan hökumətlərarası saziş TAP boru kəmərinə verilən dəstyi nümayiş etdirir və bu layihənin hər üç ölkə üçün əhəmiyyətini tısdiq edir. Nabukko üzrə mövcud hökumətlərarası saziş Nabukko Uest boru kəmərini dəstəklədiyi kimi bu saziş də layihəyə verilən siyasi dəstəyi gücləndirir. Bu hökumətlrəarası saziş uyğun parlamentlər onu ratifikasiya etdiyi andan qüvvəyə minəcək. 

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Aprel 2013: Kompleks Təchizat və Ticarət qrupunda biznesin inkişafı üzrə rəhbər Əndi Leyn Şahdənizin Avropada enerji təhlükəsizliyi üçün əhəmiyyətindən danışır.

“Nabucco West” ilə səhm opsionu və əməkdaşliq haqqinda sazişlər bağlanilib.

18 yanvar 2013

BP, ARDNŞ, Statoyl və Total şirkətləri “Nabucco” səhmdarları ilə səhm opsionu və maliyyələşmə haqqında saziş imzalayıb. Bu, Şahdəniz qazının Avropaya tranziti üçün digər rəqib olan Trans-Adriatik Boru Kəməri (TAP) ilə ötən il bağlanılmış sazişə uyğundur.
Sözügedən saziş bu dörd şirkətə imkan verir ki, Şahdəniz Konsorsiumu Şahdəniz Mərhələ 2 qazının Avropaya nəqli üçün “Nabucco West” layihəsinin xeyrinə qərar verdiyi təqdirdə, onlar “Nabucco West” layihəsində 50% iştirak payını əldə edə bilsin. Bu sazişdə həmçinin 2013-cü ilin ortalarına qədər üstünlük verilən nəqletmə marşrutuna dair qərar verilənədək “Nabucco West” boru kəmərinin işlənmə xərclərinin birgə maliyyələşdirilməsi də nəzərdə tutulur.

Ayrıca olaraq Şahdəniz Konsorsiumu və “Nabucco West” həmçinin bu iki boru kəməri layihəsinin uyğunlaşdırılmasını təmin etmək üçün əməkdaşlıq sazişi də imzalayıb.

İndi artıq, diqqət yekun Avropa marşrutunun seçilməsinə yönəlib ki, bunun üçün də qarşıdan gələn aylar ərzində TAP və “Nabucco West” layihələrinin tam qiymətləndirilməsi həyata keçiriləcək və Şahdəniz konsorsiumu tərəfindən yekun qərarın isə 2013-cü ilin iyun ayında veriləcəyi gözlənilir.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Mart 2013. Şahdəniz işlənməsi üzrə vitse-prezident Əl Kuk Cənub Dəhlizi üçün planları bölüşür.

Şahdəniz Mərhələ 2 layihəsi “İlin layihəsi mükafati”nin namizədləri arasinda

16 yanvar

Şahdəniz Mərhələ 2 layihəsi Xəzər dənizindən Avropaya Cənub Dəhlizinin açılması istiqamətində həyata keçiriləcək 40 milyard ABŞ dolları həcmində investisiya dəyərinə malik bu layihənin əhəmiyyəti nəzərə alınaraq Avropa Qaz Konfransı tərəfindən verilən 2012-ci İlin Layihəsi mükafatının namizədləri sırasına daxil olub. 2012-ci il İlkin Texniki Layihələndirmə (FEED) mərhələsinin başlanması, Türkiyə ərazisi boyunca Trans-Anadolu Boru Kəmərinin (TANAP) layihəsinin işlənməsi və Avropaya ixrac variantlarının yekunlaşdırılması baxımından Şahdəniz Mərhələ 2 üçün önəmli bir il olub. BP şirkətinin Şahdəniz işlənməsi üzrə vitse-prezidenti Əl Kuk 31 yanvar tarixində Avropa Qaz Konfransında çıxış edəcək. 

Şahdəniz və TAP səhm opsionu və maliyyələşmə haqqinda saziş bağlayib

1 avqust 2012

2013-cü ilin ortalarınadək Şahdəniz Mərhələ 2-nin ixrac marşrutu üzrə boru xəttinin seçilməsinə dair yekun qərar verilənə qədər layihənin işlənməsi ilə bağlı fəaliyyətləri dəstəkləmək məqsədilə qısamüddətli maliyyələşmə təmin etmək üçün BP, ARDNŞ və Total şirkətləri 1 avqust 2012-ci il tarixində TAP səhmdarları ilə saziş imzalayıb.

Sözügedən Maliyyələşmə Sazişində bu üç Şahdəniz səhmdarının TAP-da 50% səhm payı əldə etməsi imkanı nəzərdə tutulub.

Ayrıca olaraq Şahdəniz konsorsiumu və TAP Avropada bu iki boru kəməri layihəsinin uyğunlaşdırılmasını təmin etmək üçün əməkdaşlıq sazişi də imzalayıb.

Bəzi Şahdəniz tərəfdaşları, o cümlədən BP, Avropaya qaz nəql edəcək boru kəməri sisteminin hər bir seksiyasında iştirakçı payına malik olmaq niyyətindədir. Bu seksiyalara Cənubi Qafqaz Boru Kəməri, TANAP və qazı Avropaya nəql etmək üçün yekunda seçiləcək boru kəməri variantı, yəni TAP yaxud “Nabucco West” daxildir.