Bakı-Tbilisi-Ceyhan

Xəzər dənizindən Aralıq dənizi sahilinədək üç ölkəni birləşdirən boru kəməri barədə ətraflı məlumat əldə edin

Bakı-Tbilisi-Ceyhan

Əsas faktlar

  • Boru kəmərinin uzunluğu 1768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir.
  • Boru kəmərinin Azərbaycan hissəsində diametri 42 düymdür.
  • BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
  • BTC boru kəmərinin obyektlərinə daxildir: səkkiz nasos stansiyası (Azərbaycanda 2, Gürcüstanda 2, Türkiyədə 4), bir təzyiq azaltma stansiyası, iki aralıq ərsinburaxma stansiyası,101 kiçik siyirtmə məntəqəsi.
  • Boru kəməri 1500-dən artıq çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Boru kəmərinin ən yüksək nöqtəsi 2 800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.
Bakı-Tbilisi-Ceyhan (BTC)  boru kəməri hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft  də bu boru kəməri vasitəsilə nəql olunmağa davam edir.
 
2013-cü ilin oktyabr ayından etibarən biz BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstandan gələn Tengiz xam neftinin nəqlinə başlamışıq.

2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Ko) tərəfindən tikilib.
 
Bütün 1768 km-lik uzunluğu boyu  yerə basdırılmış boru kəmərinin 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir.  Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru BTC Ko.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ Interneşnl Limited (BIL) şirkətidir.

Boru kəmərinin diametri Azərbaycanda və Türkiyədə əsasən 42 düymdür. Gürcüstan ərazisində boru kəmərinin diametri 46 düymdür. Boru kəmərinin diametri Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə 34 düymədək azalır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

BTC boru kəməri Azərbaycanda 13 rayon – Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa rayonlarından; Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir.

2018-ci ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə təqribən 5 milyon dollar xərclənmişdir. 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 391 milyon tondan artıq (2,93 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2018-ci ilin 1-ci rübü ərzində isə BTC vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.