Cənubi Qafqaz Boru kəməri

Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. 
 
Əraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur.

Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) cavabdehdir.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstrim Opereyşn Limited şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır. Diametri isə 42 düymdür.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

2017-ci ilin ilk üç rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 636 milyon dollar əsaslı xərclər sərf edilib. 

İlin ilk üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-NİN GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ

CQBK-nin genişləndirilməsi Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi layihəsinin bir hissəsidir. Genişlənməyə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda  iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Bu, kəmər vasitəsilə ixrac olunan qaz həcminin  üç dəfə artaraq ildə 20 milyard kubmetrə çatması ilə nəticələnəcək. 

Gürcüstan və Türkiyə sərhədində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq. 

CQBK-n genişləndirilməsi layihəsi ilə bağlı Yekun İnvestisiya Qərarı Şahdəniz Mərhələ 2 ilə eyni vaxtda, 17 dekabr 2013-cü il tarixində verilmişdir.

2017-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi  yekunlaşdırma işlərinə yönəlib. 

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini  təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib.