2011-ci ilin birinci yarısının nəticələri

22 avqust 2011

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%).

Birinci yarım il ərzində AÇG layihəsinə $325,3 milyon əməliyyat məsrəfləri və $874,9 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $628 milyon əməliyyat məsrəfləri və $1 milyard 998 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.

Hasilat 

Bu ilin birinci yarısı ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 775,700 barel (b/g) (və ya ümumilikdə birinci altı ay üçün 140,4 milyon barel yəni 19 milyon ton) neft hasil etmişik.

Birinci yarım ilin sonunda bizim ümumilikdə AÇG-də 60 hasilat quyumuz və 25 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır:

Çıraqda 11 hasilat quyusu istismarda olub və birinci yarım il ərzində oradan orta hesabla gündə təxminən 78,700 barel neft hasil edilib.

Mərkəzi Azəridə (MA) 18 quyu istismarda idi (12 hasilat, 5 qaz injektor quyusu və bir suvurma quyusu) və birinci yarım il ərzində oradan gündə orta hesabla 216,100 barel hasilat əldə edilib. 

Qərbi Azəridə (QA) 20 quyu istismarda idi (14 hasilat və 6 suvurma quyusu) və birinci yarım il ərzində oradan gündəlik orta hesabla təxminən 218,600 barel hasilat əldə edilib. 

Şərqi Azəridə (ŞA) 15 quyu istismarda idi (11 hasilat və 4 suvurma quyusu) və birinci yarım il ərzində oradan gündəlik orta hesabla təxminən 131,900 barel hasilat əldə edilib. 

Dərinsulu Günəşlidə (DərSG) 21 quyu istismarda idi (12 hasilat və 9 suvurma quyusu) və birinci yarım il ərzində oradan gündəlik orta hesabla təxminən 130,400 barel hasilat əldə edilib. 


Səmt qazı

AÇG yatağının operatoru olaraq BP 2011-ci ilin birinci yarısı ərzində üç platformadan (MA, QA və ŞA) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 

Birinci yarım il ərzində biz ARDNŞ-yə gündə təxminən 10,5 milyon kub metr (təxminən 370 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Ümumilikdə birinci yarım il ərzində ARDNŞ-yə 1,9 milyard kub metr (təxminən 67 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir. Bütün il ərzində 2,3 milyard kub metr (və ya 80 milyard standart kub futdan artıq) AÇG səmt qazı təhvil veriləcəyi planlaşdırılır. 

Qazma və tamamlama fəaliyyətləri

Birinci yarım ili ərzində AÇG-də üç hasilat quyusu tamamlanmışdır. Bu ilin sonunadək daha beş quyunun tamamlanacağı planlaşdırılır. Bundan əlavə, Çıraq Neft Layihəsinin bir hissəsi olaraq bir neçə öncə qazma quyusu da qazılmışdır. Səkkiz qazma qurğusundan üçündə planlaşdırılmış profilaktik işlər aparılır. 

Çıraq: Platformadakı qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər 2012-ci ilin birinci rübünün sonunadək davam edəcək. 


Mərkəzi Azəri: Bu ilin mart ayında B04z yanaqazma hasilat quyusu tamamlandıqdan bəri platformadakı qazma qurğusunda profilaktik işlər aparılır. Qazma işləri üçüncü rüb ərzində bərpa olunacaq və ilin qalan hissəsi üçün plan B18y hasilat quyusunu qazmaq və sonra B01y qaz injektor quyusunu qazmağa başlamaqdır. Bu quyunun 2012-ci ilin birinci rübündə təhvil veriləcəyi planlaşdırılır. 

Qərbi Azəri: C25z hasilat quyusu 2011-ci ilin birinci rübündə tamamlanıb. Üçüncü rüb ərzində daha bir hasilat quyusu – C15z-i təhvil verməyi planlaşdırırıq. 

Şərqi Azəri: D19 hasilat quyusu tamamlanmış və neft-su kontaktının hazırkı vəziyyətini qiymətləndirmək üçün D20 pilot quyusu qazılmışdır. Sonradan D-20 quyusu qapanaraq həmin lülədən D20z quyusu qazılmağa başlanmışdır. Hazırda həmin quyunu qazırıq və onu 2011-ci ilin dördüncü rübündə bitirməyi planlaşdırırıq. 

Dərinsulu Günəşli: Hazırda bu platformada E15 hasilat quyusunu qazırıq və onu bu ilin üçüncü rübündə tamamlamağı planlaşdırırıq. İlin qalan hissəsində isə növbəti quyunu - E16-nı qazacağıq. Bu quyunun təhvil verilməsi 2012-ci ilin birinci rübünə planlaşdırılır. 

Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: ÇNL layihəsinin öncə qazma proqramı ötən ilin aprel ayında başlayıb və bu il də davam etməkdədir. 16 quyudan ibarət bu proqram çərçivəsində J03, J-04 və J06 quyuları 13-3/8” ölçülü qoruyucu boruyadək qazılaraq gələcək istifadə üçün bağlanmışdır. Bu proqramda istifadə olunan “Dədə Qorqud” qazma qurğusu modernləşdirmə və planlaşdırılmış 5-illik sertifikasiya prosesindən keçəndən sonra qazma proqramı iyul ayının sonundan başlayaraq dərpa olunmuşdur. Hazırkı plana əsasən beş əlavə ÇNL öncə qazma quyusu qazıldıqdan sonra qazma əməliyyatları Qərbi Çıraq platforması dənizdə quraşdırılanadək dayandırılacaq. 


Şahdəniz qazma əməliyyatları: SDA06 quyusu hazırda hasilat üçün bağlanmaqdadır. SDA03y quyusu bu ilin dördüncü rübündə qazılmağa başlanacaq. Bu quyunun təhvil verilməsi 2012-ci ilin birinci rübünə planlaşdırılır. 

Şahdənizin tammiqyaslı işlənməsi üçün qiymətləndirmə qazma əməliyyatları: SDX06 qiymətləndirmə quyusu “İstiqlal” qazma qurğusu vasitəsilə uğurla qazılaraq mart ayında tamamlandı. Bundan sonra yataqda növbəti qiymətləndirmə quyusunu - SDX07A-nı qazmağa başladıq. Bu quyuda qazma işlərinin 2012-ci ilin birinci rübündə başa çatacağı planlaşdırılır.

İxrac əməliyyatları
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 

Birinci yarım il ərzində terminal təxminən 154,5 milyon barel neft (o cümlədən 135,7 milyon barelBakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,2 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 3,6 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. 

İkinci rüb ərzində terminaldan gündəlik orta hesabla 17,7 milyon standart kub metr (təxminən 624,4 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. 


Çıraq Neft Layihəsi (ÇNL) 

2011-ci ilin əvvəlindən ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir. İndiyədək layihə ÇNL-lə bağlı tikini işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib. 

2011-ci ilin birinci yarısında ÇNL aşağıdakı işləri başa çatdırıb: 

ATA tikinti-quraşdırma sahəsində: 
  • ölkə daxilindəki tikinti işlərinin həcmini artırmaq üçün ATA tikinti-quraşdırma sahəsinin modernləşdirilməsi proqramını başa çatdırdıq
  • üst tikililərin hazırlanması və quraşdırılması üçün işçilərin işə götürülməsi və yenidən işə bərpası davam etdirilib. Hazırda sahədə işçilərin sayı sifarişçi, podratçı və sub-podraçılar da daxil olmaqla təxminən 3000 nəfərdir.
  • 400 nəfərdən çox qaynaqçı təlim proqramı keçib. Bunlardan 100 nəfəri əvvəllər ölkədən kənarda yerinə yetirilən paslanmayan polad və dupleks materialları üzrə ixtisaslaşıb.
  • ÇNL qazma avadanlıqlarının əvvəllər ölkədən kənarda yerinə yetirilən hazırlanma işləri və tikintisi yaxşı irəliləyir, işlərin artıq 39% tamamlanıb.
  • taxtabənd işləri üzrə subpodrat müqaviləsi yerli şirkətə verilib.
  • yardımçı qazma avadanlığı modulunun hazırlanması başa çatıb - 02 tavrlı bərkitmə tirləri
  • platformanın ikinci göyərtəsinin birləşmələrinin hazırlanması başa çatıb.
  • karbonlu polad, paslanmayan polad və ikiqat poladdan hazırlanmış boruların hazırlanmasına başlanıb və işlər qrafik üzrə gedir.
  • kommutator otağının quraşdırılmasına başlanıb.
  • üst göyərtə hissələrinin tikintisinə başlanıb.
  • birinci mexaniki avadanlığın alt göyərtədə montajına başlanıb.
  • əsas mexaniki avadanlıqların qazma modulları üzərinə quraşdırılmasına başlanıb.
  • vışkanın sınaq montajı Polşada başa çatdırılıb
Bakı Dərin Özüllər Zavodunda (BDÖZ):
  • Bütün dayaq bloklarının hazırlanmasl işlərinin ölkə daxilində aparılmasını öz üzərinə götürmək üçün Bakı Dərin Özüllər Zavodunun modernləşdirilməsi proqramı başa çatdırılıb, bir sıra digər modernləşdirmə işləri həyata keçirilib.
  • dayaq bloklarının hazırlanması və quraşdırılması üçün işçilərin işə götürülməsi davam edir. İşçi qüvvəsinin ümumi sayı şifarişçilər, podratçı və sub podratçılar da daxil olmaqla 1265 nəfərdir.
  • işçi qüvvəsinin səriştələrinin artırılması üçün şirkətdənkənar təlim proqramı 695 nəfərin təlim və müxtəlif kurslar keçmələri ilə davam edir. •işlərin böyük bir hissəsi üstüörtülü yerlərdə aparılmaqla sexlərdə polad təbəqələrin bükülməsi və hazırlanması işləri davam edir.
  • Böyük kəsikli metalın qaynaq xəttinə hava şəraitinin vurduğu zədələrin təmir edilməsi işləri artıq başa çatıb və həmin xətt artıq işlək vəziyyətdədir.
  • Işəsalma rotorlarının montajı başa çatıb, 3 və 5 saylı mərkəzi fırlanğıcın çərçivələri və konduktor çərçivələrinin montajı sahədə davam edir, 1 və 7 saylı çərçivələr üçün xarici çərçivə hissələri indi istehsalat sahəsindədir.
  • Ayaqların, bərkitmə/dayaq elementlərinin və onlarla əlaqədar digər hissələrin qum şırnağı ilə yuyulması və rənglənməsi davam edir.
İlin qalan hissəsi üçün ÇNL-in əsas işləri aşağıdakılardır: 


ATA tikinti-quraşdırma sahəsində
  • üst tikililərin 2-tavrlı bərkitmə tirlərinin və birləşmələrinin və şlanq hazırlanmasının tamamlanması (3-cü rüb)
  • birinci üst göyərtə panelinin qaldırılması və quraşdırılması (3-cü rüb)
  • yardımçı qazma modulunun tamamlanması – 01 polad konstruksiyasının qaldırılması (4-cü rüb)
  • yardımçı qazma modulunun tamamlanması – 02 polad konstruksiyasının qaldırılması (4-cü rüb)
  • qazma avadanlıqları dəstinin başa çatdırılması (4-cü rüb)
  • yardımçı qazma modulu borularının quraşdırılmasının başa çatdırılması (4-cü rüb)
  • birinci qazma modulunun üst göyərtəyə qaldırılmasının başa çatdırılması (4-cü rüb)
  • istehsalat sahəsində planlaşdırılmış əlavə modernləşdirilmə işlərinin başa çatdırılması (4-cü rüb)
Bakı Dərin Özüllər Zavodunda
  • paya muftalarının montajına başlamaq (3-cü rüb)
  • mərkəzi qutunu önə itələmək üçün daşınma yolunu hazırlamaq (3-cü rüb)
  • dayaq blokunun 1-ci və 3-cü səviyyə montajına başlamaq (4-cü rüb)
  • dayaq blokunun 5-ci və 7-ci səviyyə montajına başlamaq (4-cü rüb)
  • dayaq bloku qülləsi çərçivəsinin montajına başlamaq (4-cü rüb)
  • 3-cü çərçivəni mərkəzi qutuya yerləşdirməyə başlamaq (4-cü rüb)
  • 5-ci çərçivəni mərkəzi qutuya yerləşdirməyə başlamaq (4-cü rüb)
Dənizdə və sualtı fəaliyyətlər:
  • STB-1-in quru doka gətirilməsi (3-cü rüb)
  • STB-1 əyilmə sınaqları (4-cü rüb)
  • STB-1 sponsonların yüklənilməsi və ikinci əyilmə sınağı (4-cü rüb)
  • STB-1-in ARDNŞ-yə təhvil verilməsi (4-cü rüb)
CPC-də (Kaspain Paypkoutinq)
  • boru örtükləmə zavodunun yenidən işə salınması (3-cü rüb)
  • örtükləmə işlərinin ilkin qiymətləndirilməsi (3-cü rüb)
  • örtüklənmiş əyri boruların Avropadan qəbul edilməsi (3-cü rüb)
  • boru örtüklənməsi işlərinin aparılması (3-4-cü rüblər)
  • quraşdırılmış 18” sarğac borusunun qismən yüklənməsi (4-cü rüb)
  • 18” sarğac boru birləşmələrinin örtüklənməsi (4-cü rüb)
ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 4265-dən artıq işçi cəlb olunub ki, bunların da 95%-dən çoxu Azərbaycan vətəndaşlarıdır

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

Birinci yarım il ərzində BTC üzrə əsaslı xərclərə $8 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $65,9 milyon planlaşdırılır. 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin ikinci rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 163,7 milyon ton (təxminən 1222 milyon barel) xam neft Ceyhanda 1572 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

BTC ilə nəql edilmiş neftlə yüklənmiş 1600-cü tanker 2011-ci il iyulun 29-da Ceyhandan yola salınıb. Bu günədək (avqustun 22-i) BTC vasitəsilə göndərilmiş 169 milyon ton və ya 1261 milyon barel xam neft 1624 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 

BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. 

2011-ci ilin birinci yarısı ərzində BTC vasitəsilə ümumilikdə təqribən 18,2 milyon ton və ya 135,7 milyon barel neft ixrac olunub. 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%

Birinci yarım il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $86,8 milyon əməliyyat xərcləri və $298,2 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $169.9 milyon və $791.6 milyon olacağı gözlənilir. 

Hasilat

Birinci yarım il ərzində yataq üç quyudan hasilatı davam etdirərək Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırıb. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir

Birinci yarım il ərzində yataq 3,07 milyard kub metr (108,4 milyard kub fut) qaz və 0,8 milyon ton (6,5 milyon barel) kondensat və ya gündəlik təqribən 17 milyon kub metr (təqribən 600 milyon standart kub fut) qaz və 35 800 barel kondensat hasil etmişdir. 

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2011-ci il ikinci rübün sonunadək yataqdan dünya bazarlarına 7,13 milyon ton (təqribən 56,3 milyon barel) kondensat ixrac edilib. 

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kub metr qaz və gündə təxminən 50,000 barel kondensat olacağı gözlənilir. 


Şahdənizin tammiqyaslı işlənməsi

Şahdənizin tammiqyaslı işlənməsi yeni cənub qaz dəhlizi vasitəsilə Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdırmaqla Avropa bazarlarının qaz təchizatını və enerji mənbələrinin müxtəlifliyini artırmaq məqsədi daşıyan nəhəng bir layihədir. Bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi nəzərdə tutulur. Şahdənizin tammiqyaslı işlənməsi dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir və yeni cənub dəhlizi isə Avropa qaz idxalının təhlükəsizliyi və çoxşaxəliliyini əsaslı şəkildə artıracaq. 

İlk qazın 2017-ci ildə əldə edilməsini təmin etmək üçün layihə üzrə mühəndis-layihə işləri irəliləyir. 

İndiki planlara görə Şahdənizin tammiqyaslı işlənməsi konsepsiyasına körpü ilə birləşdirilmiş iki yeni platforma, 2 yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Azərbaycan və Gürcüstan ərazilərində yeni boru kəməri və kompressor vasitəsilə ildə 16 milyard kub metr əlavə qaz ixracı gücünün əldə olunması və Səngəçal terminalının genişləndirilməsi daxildir. 

Həmçinin o da planlaşdırılır ki, tammiqyaslı işlənmə qazını Gürcüstan-Türkiyə sərhədinə layihə özü çatdıracaq. Qazın Türkiyə ərazisindən Avropa bazarlarına nəqli üçün ya Türkiyənin mövcud infrastrukturundan, ya da yeni boru kəməri infrastrukturundan istifadə olunacaq. Layihə hal-hazırda bütün variantları qiymətləndirmək üzərində işləyir. 


Bu il avqust ayının 10-da ARDNŞ Şahdəniz ixrac danışıqları qrupunun rəhbəri kimi Şahdəniz qazının Avropaya nəqli üçün Avropa İttifaqının üç əsas perspektiv boru kəməri qrupuna öz təkliflərini təqdim etmək dəvəti (TTD) və məlumat üçün sorğu (MÜS) göndərdiyini elan etdi. Bu perspektiv qruplar İGİ Poseidon, Trans-Adriatik Boru Kəməri (TAP) və Nabuccodur. 

Şahdəniz bu sənədlərdə boru kəməri qruplarından onların layihələrini qiymətləndirmək və ixrac həlli üçün qərar qəbul etməkdən ötrü tələb olunan məlumatların konsorsiuma təqdim olunmasını xahiş edib. Qazın nəqli üçün tariff təklifi və bununla bağlı şərtlər və müddəalar, eləcə də layihələrin daha geniş aspektlərini əhatə edən müfəssəl məlumatları özündə əks etdirməli olan təklif sənədlərinin konsorsiuma təqdim olunması üçün son tarix 1 oktyabr 2011-ci il müəyyənləşdirilib. 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Birinci yarım il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $3,7 milyon əsaslı xərclər sərf edilib. 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 

İkinci rüb ərzində CQBK-nın orta ötürücülük gücü gündə 12,3 milyon kub metr ( təqribən 434 milyon kub fut) qaz və ya gündə təqribən 77,500 barel neft ekvivalenti olmuşdur. 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

Geoloji-kəşfiyyat

Mayın 6-da Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış yeni hasilatın pay bölgüsü sazişini (HPBS) ratifikasiya etdi. 

May ayında bağlanmış müqaviləyə əsasən layihə WesternGeco (Schlumberger) ilə ARDNŞ-nin birgə müəssisəsi olan Kaspiən Ceofizikal şirkətinə Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat aparılmasını həvalə edib. Tədqiqatlar Azərbaycanın bu yeni geoloji-kəşfiyyat erasını başlamaq məqsədilə avqust ayının 1-də Xəzərə qayıtmış “Giləvar” seysmik gəmisi vasitəsilə aparılacaq. Seysmik tədqiqat proqramı üzrə işlərin bu ilin sentyabr ayında başlanması planlaşdırılır. 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

İşçi heyətimiz

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2189 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

Mühüm davamlı inkişaf təşəbbüsləri

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

2011-ci ilin birinci yarısı ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $1,33 milyon xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

Bu qəbildən olan təşəbbüslərin bir sıra nümunələri bunlardır: 
  • BP və onun tərəfdaşlarının “Alıcı ilə tanış ol” adlı sərgisi. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbir BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyırdı. Tədbirin illik olacağı planlaşdırılır.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı yeni Layihələrin İdarə Edilməsi Məktəbi. Özəl və ictimai sektor üçün nəzərdə tutulmuş bu məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış geniş proqrama bağlanmaq imkanı verir. Burada əsas diqqət həm ölkədə layihə idarə edilməsi üzrə mövcud bacarıqların təkmilləşdirilməsinə, həm də bu sahədə uzun müddətli bacarıqların yaradılmasına yönəlib
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə həyata keçirdikləri “Sahibkarlığın inkişafı və təlim proqramı”. Proqramı biznes xidməti göstərən yerli şirkət AZERMS MMC icra edir.
  • BP və tərəfdaşlarının Avropa İttifaqındakı tədqiqat mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclər üçün iiqtisadi sahədə bacarıqların yaradılması layihəsi. Layihənin məqsədi ilk növbədə gənc sahibkarlara davamlı və bazarın tələb etdiyi həll üsulları vasitəsilə öz bacarıqlarını gücləndirmək, gəlirlərini artırmaq və gənclərin sosial rifahını yüksəltmək səylərinə dəstək verməkdən ibarətdir.
  • BP və tərəfdaşlarının keyfiyyəti yaxşılaşdırılmış və innovative məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla uşaqlı ailələrə kömək layihəsi.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi (GİYSM) layihəsi. GİYSM Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının Goranboy icmalarında istixana təsərrüffatları yaratmaq layihəsi. Ötən ilin iyun ayında başlayan bu layihə üzrə artıq Əzizbəyov, Yolpaq, Nadirkənd və Cinli Boluslu kəndlərində belə təsərrüffatlar yaradılıb.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihəsi. İcma-əsaslı bu layihənin məqsədi süd məhsulları istehsalçılarına kiçik və orta miqyaslı fermerlərlə əməkdaşlıq vasitəsilə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP-nin Hacı Zeynalabdin Tağıyev haqqında fundamental bir tədqiqatın nəşrinə dəstəyi.
  • BP-nin “Azərbaycanın ən tanınmış romanı olan “Əli və Nino”nun müəllifi kimdir?” tədqiqatının nəşrinə dəstəyi.
  • BP şirkətinin Qafqaz Universitetində bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı verən dəstəyi.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı.
  • BP-nin Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbələrinə özünün xüsusi illik təqaüd proqramı. Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir. Təqaüd Dövlət Neft Akademiyasında neft-qaz mədən və geoloji kəşfiyyat sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələrinin geologiya, yerşünaslıq, geofizika və texnologiyalar kimi elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədi daşıyır.
Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
tel.: (994 12) 599 4557