2017-ci ilin ilk üç rübünün nəticələri

20 noyabr 2017

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.   

2017-ci il sentyabrın 14-də  Azərbaycan hökuməti  və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR),  beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar.  Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 31 oktyabr 2017-ci il tarixində ratifikasiya olundu. 

2017-ci ilin ilk üç rübü ərzində AÇG layihəsinə 339 milyon dollardan artıq əməliyyat məsrəfləri və təqribən 890 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Hasilat

Üçüncü rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Üç rüb üzrə AÇG-dən ümumi hasilat – Çıraq (52 000), Mərkəzi Azəri (133 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (80 000), Dərinsulu Günəşli (119 000) və Qərbi Çıraq (81 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel və ya ümumilikdə təqribən 160 milyon barel, yəni 22 milyon ton təşkil edib.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub.  

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İlk üç rüb ərzində AÇG-də 12 neft hasilat quyusu, 2 suvurma quyusu qazılmışd

Səmt qazı

2017-cı ilin ilk üç rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 milyon kubmetr, ümumilkdə isə 2,4 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

Üçüncü rüb ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 

Doqquz ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 211 milyon barel neft və kondensat, o cümlədən 189 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 20 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,8 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr (949 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Birinci üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 101 milyon dollar, əsaslı xərclərə isə 19 milyon dollar xərclənmişdir. 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2017-ci il sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 374 milyon tondan artıq (təxminən 2,8 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3674 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 26 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 249 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Bu ilin ilk doqquz ayı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 368 milyon dollar əməliyyat xərcləri və təqribən 2,28 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

Hasilat

2017-ci ilin üçüncü rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir. 

Üç rüb ərzində yataqdan 7,4 milyard standart kubmetr qaz və 1,7 milyon ton (təqribən 14 milyon barel) kondensat hasil edilmişdir. 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

Üçüncü rübdə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA10 quyusu tamamlandı və istismara təhvil verildi. SDA11 quyusunda isə qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

2017-ci il sentyabrın ortasınadək İstiqlal qazma qurğusu yatağın qərb cinahında ilk quyunu- SDD01 quyusunu – tamamladı. Bunun ardınca  SDD02 quyusunda tamamlanma işləri başlandı və bu işlər hazırda davam edir.   Maersk Explorer qazma qurğusu isə SDF02 quyusunun məhsuldar lay hissəsini qazmaqda davam edir.

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində yatağın şimal cinahında dörd quyunu, qərb cinahında isə bir quyunu tamamlayıb və 9 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2017-ci ilin üçüncü rübündə Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla - ümumilikdə 97%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.  

Layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir.

Sentyabr ayının 6-da  Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi  istismara verildi. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində  Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etmişdir. Artıq dənizdə Şahdəniz yatağı ərazisində  olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.

Sentyabr ayının 15-də Şahdəniz Mərhələ 2 üçün tikilən  platformalardan ikincisinin - Hasilat və Dikborular platformasının da üst modulları yola salındı və dənizdə quraşdırıldı. Bundan əvvəl iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modulları təhlükəsiz şəkildə və uğurla dənizə yola salınmış və dayaq blokunun üzərinə quraşdırılmışdı.

Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Hasilat və Dikborular  platformasının üst tikililəri Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən yola salındı. Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılaraq 6 gün ərzində tamamlandı. Üst tikililər artıq suyun 94 metr dərinliyində quraşdırılmış Hasilat və Dikborular  platforması dayaq blokunun üzərindədir.

Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal  terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. 

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%). \

2017-ci ilin ilk üç rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 636 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

İlin ilk üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2017-ci ilin üçüncü rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla,  98%-i artıq tamamlanıb.

Azərbaycanda əsas kəmər xəttinin inşası işləri tamamlanmaq üzrədir -  təqribən 419 km uzunluğunda borular artıq qaynaq edilib və 380 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb. Bundan əlavə, 6 hidro-sınaq bölməsində işlər bitib.

Gürcüstan ərazisində əsas kəmər xəttinin inşası işləri tamamlanıb.  Əsas kəmər xəttinin istismar sınaqları 90% bitib və 2017-ci ildə başa çatmaq planına uyğundur.

Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri və istismar sınaqları davam edib. 1-ci kompressor stansiyasında tikinti işləri 100%, istismar sınaqları isə 67% bitib. Bu obyekt 2018-ci ildə istismara verilmək  planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında tikinti işləri 82% tamamlanıb. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) tikinti işləri 100%, istismar sınaqları isə təqribən 87% tamamlanıb. Bu obyekt 2017-ci ildə hazır olmaq planına uyğun irəliləyir.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı yekunlaşmaq üzrədir. Məlumatların interpretasiyası işlərinin bu ilin dördüncü rübündə bitəcəyi planlaşdırılır.

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

İşçi heyətimiz

Üçüncü rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2739 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından işt

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2017-ci ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda təqribən 5,7 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  •  
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasının gücləndirilməsinə dəstək olacaqlar. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində 12 yeni peşə və ixtisasın yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir. Bundan başqa, daha  7 peşə üzrə dərsliklər və tədris materialları hazırlamaqla layihəni davam etdirmək planlaşdırılır.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) çox milyon-dollarlıq layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. BP və tərəfdaşları 2007-ci ilin iyun ayında başlanmış bu proqramı 2016-cı ilin noyabr ayında daha iki il uzatmaq qərarı veriblər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda açdığı Layihələri İdarəetmə Məktəbi (LİM) özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. 2016-cı ildə bu proqram davamlılıq mərhələsinə keçib ki, gələcəkdə dərsləri yerli təlimçilər tədris etsinlər.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. 2016-cı ildə bu proqram genişləndirildi və təlimlər boru kəmərləri boyunca yerləşən icmalar da daxil olmaqla çox sayda yeni icmalar üçün keçirilməyə başladı. Bu yeni təşəbbüsdən 200-ə yaxın yerli icma nümayəndəsinin faydalanacağı gözlənilir. Bundan əlavə, CİSCO təlimi kurslarının əvvəlki mərhələsini keçən 23 ən uğurlu məzunu dəstəkləməyə davam edərək onlara daha yüksək səviyyədə  İT bacarıqları öyrənmək və ingilis dili biliklərini inkişaf etdirmək üçün imkanlar yaratmaq da proqrama daxildir. Kursları bitirdikdə onların dünya üzrə  tanınmış CİSCO Sertifikatlı Şəbəkə Əməkdaşı sertifikasiya imtahanını verməsi də planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş pilot layihəyə başlayıb. Bu, CQBKG layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 12 bölgədən olan 150 müəllim və 450 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir.  Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün  Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzini yaratmışdır. Mərkəz ADA Universitetində yaradılmışdır və onun nəticəsində həmin universitetdə Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyacların qarşılanmasına xidmət edəcək. Bu yeni mərkəz həm də dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş təsir dairəsinə malik olacaq. Mərkəz üçün avadanlıqlar artıq quraşdırılmışdır, hazırda proqramların quraşdırılması aparılır. Mərkəz 2017-ci ilin dördüncü rübündə fəaliyyətə başlayacaq. 
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən on bölgədə – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə pilot layihəyə başlamışdır. Bu, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Ucar, Yevlax, Samux və Şəmkir bölgələrində 200 icma üzvünü əhatə edən iki yeni gəlir imkanları yaradılması layihəsinə başlamışdır. Layihə  çərçivəsində həmin icma üzvlərinə arıçılıq və kiçik təsərrüfat avadanlığı, bu sahələrdə təlim və məsləhətlər verilməsi təmin edilmişdir.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanismləri barədə məlumat verirlər.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb. 

Təqdimat slaydları

Əlavə məlumat üçün BP şirkətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: (+994 12) 599 4557