"Baku Ekspo Mərkəzi”ndə 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı oldu

1 iyun tarixində  “Baku Ekspo Mərkəzi”ndə 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı oldu.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev açılış nitqi ilə çıxış etdi. Xəzərdə BP-nin operatorluq etdiyi layihələr haqqında danışan Prezident BP və SOCAR arasında 20 ildən artıq davam edən uğurlu tərəfdaşlığı xüsusi vurğuladı və bu bu əməkdaşlığın gələcəkdə  də davam edəcəyinə inandığını qeyd etdi. 

Prezident Əliyev 1996-cı ilin iyununda Şahdəniz qaz yatağı üzrə hasilatın pay bölgüsü sazişinin imzalanmasını  xatırlayaraq Şahdəniz qaz yatağının dünya miqyasında ən böyük qaz yataqlarından biri olduğunu vurğuladı. 

O, qeyd  etdi ki, Cənub Qaz Dəhlizi  layihəsinin icrası imkan verəcək ki, həm Şahdəniz qazı, həm digər qaz yataqlarından hasil olunacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın.  Prezident əlavə olaraq onu da qeyd etdi ki,  Cənub qaz dəhlizinin bütün 4 seqmentində  - Şahdəniz, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və onlar  vaxtında tamamlanacaqdır. 
 
Rəsmi açılış mərasimindən sonra Prezident Əliyev sərgi pavilyonuna baxış keçirdi.

BP-nin stendi qarşısında ölkə başçısını BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell qarşıladı. Cənab Birrell Azərbaycanda ən böyük birbaşa xarici investisiya olan Şahdəniz 2 qaz layihəsi üzrə işlərin   gedişini təsvir edən video-çarxı nümayiş etdirərək, layihənin mürəkkəbliyi və əhəmiyyətini vurğuladı, habelə onun Azərbaycana və Cənub Dəhlizi boyunca yerləşən ölkələrə gətirəcəyi faydalardan danışdı.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Şahdəniz 2 layihəsi üzrə işlərin gedişi

Sərgi çərçivəsində BP şirkəti, AÇG, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Sahibkarlığın İnkişafı üzrə Mükafatlandırma mərasimi keçirib. 2014-cü ildən həyata keçirilən bu təşəbbüs BP-nin dəstəklədiyi Sahibkarlığın İnkişafı və Təlim Proqramından faydalanmış yerli şirkətlərin nailiyyətlərini mükafatlandırır. 

Bu il BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda  əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli və planlaşdirma və kommersiya əməliyyatları rəhbəri Emil İsmayılov qalib olan  iki şirkətə - “Vertex” və  “Training and Consulting services” şirkətinə mükafatlar təqdim etdi.

23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində 2 iyun tarixində “JW Mariott Absheron” mehmanxanasında Xəzər Neft və Qaz Konfransı keçirildi. Konfransın birinci günündə  Qordon Birrel  çıxış edərək  BP-nin regiondakı fəaliyyəti  və  Şahdəniz layihəsinin 20 illiyi  barədə danışdı. Konfrans  zamanı digər BP nümayəndələrinin də  təqdimatla çıxış etməyi planlaşdırılır.
 
Xəzər Neft və Qaz Konfransı ikitərəfli və çoxtərəfli enerji münasibətləri və qlobal enerji təhlükəsizliyi haqqında mövzuların müzakirə edildiyi ən mühüm beynəlxalq neft və qaz tədbirlərindən biridir.