Baku Eskpo Mərkəzində 24cü Xəzər Neft və Qaz Sərgisi açılıb

31 may tarixində Baku Eskpo Mərkəzində 24cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi açılıb.

31 may tarixində Baku Eskpo Mərkəzində 24cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi açılıb.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyev giriş nitqi ilə çıxış edib.

Rəsmi açılış mərasimindən sonra Prezident Əliyev sərgi pavilyonunu gəzib.

BP şirkətinin stendində Prezidenti BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz salamlayıb.
Öz çıxışında Qəri cənab Prezidentə Azərbaycan ilə uğurlu tərəfdaşlığın ötən 25 ili ərzində Azərbaycanda və regionda həyata keçirilən nəhəng əməliyyatlar və dünya miqyaslı layihələr barədə qısa məlumat verib.

Onun öz sözləri ilə: “AÇG hasilat və emal qurğularının BP şirkətinin ən iri qurğuları arasında qərar tutduğunu söyləməkdən qürur duyuram. Bugünədək həmin platformalar vasitəsilə 3 milyard barel neft, 80 milyard kubmetrdən çox ŞD qazı və 160 milyon bareldən çox kondensat hasil olunub. Qlobal miqyasda BP şirkətinin 10 ən məhsuldar quyusundan səkkizi Xəzər dənizindədir. Bunlardan beşi AÇG, üçü isə ŞD yatağındadır.”

Qəri ən böyük neft-qaz terminallarından biri olan Səngəçal terminalı və dünyanın ən iri sənaye infrastrukturu layihələrindən ikisi, BTC və CQBK boru kəmərlərindən də danışıb.

O, AYDH layihəsi çərçivəsində işlərin gedişi barədə ətraflı informasiya verərək, böyük həcmli məlumatların əldə edilməsi üçün BP şirkətinə məxsus qabaqcıl texnologiyaların əhəmiyyətini vurğulayıb.

Çıxışının sonunda Qəri ŞD2 layihəsinə dair son məlumatları çatdırıb. Daha sonra ŞD2 üzrə işlərin gedişini əks etdirən möhtəşəm video nümayiş etdirilib.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində 1 iyun tarixində “JW Mariott Absheron” mehmanxanasında Xəzər Neft və Qaz Konfransı keçirildi. Konfransın birinci günündə Cənub Dəhlizi üzrə vitse-prezident Co Mörfi çıxış edərək  BP-nin regiondakı 25 illik  fəaliyyəti barədə danışdı. Konfrans  zamanı digər BP nümayəndələrinin də  təqdimatla çıxış etməyi planlaşdırılır.
Xəzər Neft və Qaz Konfransı ikitərəfli və çoxtərəfli enerji münasibətləri və qlobal enerji təhlükəsizliyi haqqında mövzuların müzakirə edildiyi ən mühüm beynəlxalq neft və qaz tədbirlərindən biridir.