BP şirkəti Xoşbəxt Yusifzadəni ad günü münasibətilə təbrik etdi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni 85 yaşı tamam olması münasibətilə təbrik etdi. Cənab Birrell onun böyük nailiyyətlərindən söhbət açdı və ona dəstəyinə və əməkdaşlığına görə təşəkkürünü bildirdi. 

Cənab Birrell dedi: “Xoşbəxt müəllim, mükəmməl tərəfdaşlıq və tərəqqi ilə müşayiət olunan ötən 20 illik müddət ərzində Xəzərin geologiyasında qarşıya çıxmış çətinliklər  zamanı və gözlənilməz hallarda Siz həmişə bizə kömək etmiş, məsləhət vermiş, öyrətmiş, istiqamətləndirmiş və yol göstərmişsiniz. Biz hamımız Sizə dərin minnətdarlığımızı bildirmək istəyirik və ümid edirik ki, bu, biz uzunmüddətli hədəfimizə doğru irəlilədikcə davam edəcək. Və bu hədəfimiz Azərbaycan dövlətinin, xalqının və tərəfdaşlarımızın mənafeyi naminə ölkənizdəki neft və qaz ehtiyatlarının kəşfini və işlənməsini həyata keçirməkdir. Təşəkkür edirik. Ad gününüz mübarək!”