BP “Xəzər: Ətraf mühit üçün texnologiyalar” mövzusunda beşinci Beynəlxalq Ətraf Mühit sərgisində iştirak etdi

BP “Xəzər: Ətraf mühit üçün texnologiyalar” mövzusunda beşinci Beynəlxalq Ətraf Mühit sərgisində iştirak etdi.

Bakı Ekspo Mərkəzində 19 noyabr 2014-cü il tarixində başlayan sərgi üç gün davam etdi. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  dəstəyi və təşkilatçılığı ilə keçirilən bu sərgidə  11 ölkəni,  o cümlədən Azərbaycanı, Danimarkanı, Almaniyanı, Yunanıstanı, İtaliyanı, Rusiyanı, İsveçi, Turkiyəni və Birləşmiş Krallığı təmsil edən 76 şirkət  iştirak edib.  

Sərginin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov BP stendinə baş çəkmiş  və  BP-nin  Xəzər dənizindəki əməliyyatlarının təsirinin azaldılmasına, Azərbaycanda uzunmüddətli neft və qaz yataqlarının işlənməsinin  ətraf mühitə təsirinin  minimallaşdırılmasına yönəlmiş ən son texnologiyalar ilə  tanış olmuşdur. 
BP-nin Ətraf Mühit qrupunun nümayəndələri  BP-nin əməliyyaları üzrə Ətraf Mühitin İdarəedilməsi sistemindəki ən son nailiyyətləri barədə danışmış və  ziyarətçılərə müxtəlif mövzularda, o cümlədən ətraf mühit və əməliyyatlar üzrə ekoloji monitorinqlər, ətraf mühit və sosial-iqtisadi sahədə həssas zonaların xəritələşdirilməsi layihəsi, habelə dəniz əməliyyatları, Səngəçal terminalı və ixrac boru kəmərləri üzrə yenilənmiş neft dağılmalarına qarşı cavab tədbiri planları haqqında təqdimatlar keçirmişlər.