• Xəzər
  • Xəbərlər
  • Məqalələr
  • BP orta məktəblərdə yuxarı sinif şagirdləri arasında mühəndislik ixtisaslarını təşviq etmək məqsədilə yeni layihəni dəstəkləyir

BP orta məktəblərdə yuxarı sinif şagirdləri arasında mühəndislik ixtisaslarını təşviq etmək məqsədilə yeni layihəni dəstəkləyir

7 Noyabr 2014

BP Azərbaycanın iri neft və qaz yataqlarının işlənməsi və nəqli layihələrinin operatoru qismində ölkənin potensial imkanlarının, o cümlədən neft və qaz sektorunda yerli səriştə səviyyəsinin inkişaf etdirilməsi istiqamətindəki öhdəliklərinə sadiqdir. Həmin öhdəliklər çərçivəsində BP tərəfdaşları ilə birlikdə erkən təlimdən tutmuş qabaqcıl universitet tədqiqatlarınadək geniş səpkidə təhsil və gənclərin inkişaf etdirilməsi proqramlarını dəstəkləmişdir.

Bu səyləri davam etdirmək məqsədilə BP məktəb səviyyəsində mühəndislik ixtisaslarını inkişaf etdirmək üçün yeni təşəbbüsü dəstəkləyir.

Bu təşəbbüs Bakının seçilmiş orta məktəblərindən 200-ə yaxın şagirdi bir araya gətirmişdir. Bunlar, ilkin ərizələrin və namizədlərin ciddi yoxlanması nəticəsində seçilmiş yüksək potensiala malik və texniki fənlərə maraq göstərən 8-10-cu sinif şagirdləridir.

Məktəblilər onlara gələcək karyera istiqamətlərini seçməyə kömək etmək məqsədilə nəzərdə tutulmuş bir sıra seminarlarda iştirak edirlər. Seminarlarda iştirakçılara peşəkar mühəndislər tərəfindən onların təcrübəsi və bilikləri haqqında geniş məlumat, habelə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələrdə mühəndislik sahəsindəki imkanlardan danışılır.  
Seminarlar BP-nin təcrübəli mühəndisləri və layihəni həyata keçirən təşkilat olan GəncMİİB - “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi tərəfindən keçirilir.

“Mühəndislik ixtisası ilə maraqlanan və ölkənin gələcək inkişafında iştirak etmək istəyən bu qədər qənc və istedadlı məktəbliləri görmək çox həvəsləndiricidir”, deyə BP-də Texnoloji Təhlükəsizlik üzrə mühəndis və Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyində Layihə Meneceri kimi işləyən Hikmət Məmmədli qeyd edir.
“Hesab edirəm ki, bu layihə bizə analitik düşüncə tərzinə malik tələbələri müəyyənləşdirməyə və gələcəkdə onları mühəndis olmağa sövq etməyə kömək edəcək”, deyə Hikmət şərh edir.

Seminar proqramları mühəndislik ixtisasları üzrə təqdimatlardan, təcrübəli BP mühəndislərinin karyeraları ilə bağlı maraqlı mülahizələrindən, interaktiv simulyasiya oyunlarından, habelə xüsusilə iştirakçılar üçün tərtib edilmiş psixoloji və qabiliyyət testlərindən ibarətdir.

BP-nin təhsil və təqaüd proqramları barədə iştirakçıları məlumatlandırmaq məqsədilə BP-nin İnsan Resursları departamenti tərəfindən xüsusi təqdimatlar keçirilir.

“Bu, Bakının orta məktəblərində mühəndis ixtisaslarını təşviq etmək üçün əsas iştirakçı tərəfləri bir araya gətirən gözəl bir təşəbbüsdür. Bunlar məktəblər, mühəndislik və digər əlaqədar ixtisaslar üçün əla imkanlar təklif edən BP şirkəti və bilik və səriştələri ilə hər zaman bölüşməyə hazır olan peşəkar mühəndislərdir. İmkandan istifadə edərək, təşəbbüsün müvəffəqiyyətli olmasında iştirak etmiş, öz vaxt və səylərini buna həsr etmiş GəncMİİB-nin üzvlərinə öz minnətdarlığımı bildirmək istərdim”, deyə BP-nin İnsan Resursları departamentinin Məzun/Universitet məzunlarının işə cəlb edilməsi üzrə aparıcı mütəxəssisi Aytən Kərimova bildirir.

Proqramı tamamladıqdan sonra iştirakçılara şəhadətnamələr veriləcək. Ən uğurlu tələbələr üçün mükafatlar da hazırlanmışdır.  
Seminarlar silsiləsi 18 oktyabr tarixində başlamış və 22 noyabr tarixində başa çatacaqdır.

Bu təşəbbüs Təhsil Nazirliyi tərəfindən tam dəstəklənir və bir çox üzvü BP Azərbaycan şirkətinin mühəndislərindən ibarət olan GəncMİİB (Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilir.

BP-nin dəstəklədiyi digər təhsil və potensial imkanların inkişaf etdirilməsinə yönəlmiş təşəbbüslər barədə məlumat əldə etmək üçün hazırkı saytın BP Azərbaycan üzrə Biznesə dair  məlumatlar bölməsinə baxın.