Bakı Gəmiqayırma Zavodu Mərhələ 2 üçün Sualtı tikinti gəmisi tikəcək

23 Aprel 2014-cü ildə  BP şirkəti  Şahdəniz  konsorsiumu adından Bakı Gəmiqayırma Zavodu ilə Sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə 378 milyon ABŞ dolları dəyərində müqavilə bağlamışdır.  BP şirkəti tərəfindən  müqaviləni  şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalamışdır.

Müqavilə üzrə layihə başa çatdıqdan sonra Sualtı tikinti gəmisi sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Xəzər Dənizinin Azərbaycan sektorunda ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaqdır.
 
Şahdəniz layihəsinin 2-ci mərhələsi üçün 11 il müddətinədək 2017-2027-ci illər aralığında sualtı qurğuları quraşdıracaq gəmiyə tələbat yaranmışdır. Gəmi 2.5 m. hündürlüyə çatan dalğalı şəraitdə işləməyə imkan verən dinamik mövqe sistemindən, həmçinin 600 metrlik sualtı əməliyyat aparacaq 750 metrik ton krandan, 18 nəfərdən ibarət dalğıc nəzarət sistemindən, 2 ədəd  məsafədən idarə olunan sualtı aparatdan  (ROV),  xüsusi hovuzdan, 6x4.4 və 2x3.2 həcmdə iki pilləli mühərriklər maksimum çəkisi 5000 ton olan 6.5 metrlik qoşqudan ibarət olacaqdır. Gəminin tikintisinin tamamlanması 2017-ci ilin aprel ayına nəzərdə tutulur. 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirmişdir:  “Biz daha bir mühüm yerli xidmət şirkətilə nəhəng Şahdəniz layihəsinin 2-ci mərhələsinin icrasının inkişafı üçün iş birliyinə başlamağımıza məmnunuq. 

Xəzər hövzəsində Bakı Gəmiqayırma Zavodu tərəfindən tikiləcək bu gəmi Şahdəniz layihəsinin 2-ci mərhələsinin sualtı ən böyük istehsal qurğuları və sistemlərinin tikintisini və quraşdırılmasını təmin edəcəkdir. 

Bu müqavilə Şahdəniz 2 layihəsinin həyata keçirilməsinin bir hissəsi olaraq Xəzər hövzəsində ilk ən müasir sualtı istehsal texnologiyası ilə təmin etməyi nəzərdə tutmuşdur.

Bunu da vurğulamağa məmnunam ki, keçən ilin dekabr ayında son investisiya qərarı verdiyimiz bu müqavilə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərini  genişlənməsi layihələri üzrə imzalanmış 12 ən mühüm müqavilələrdən biridir. Sözü gedən müqavilənin nailiyyətləri və 2018-ci ilin sonlarına ilk qazın verilməsi üçün bizim səylərimiz bu inkişaf layihəsinin müxtəlif sahələrdə böyük irəliləyişidir. Şahdəniz tərəfdaşlığı bu mühüm qaz inkişaf layihəsinin tamamlanmasında yerli resurslardan tam gücü ilə istifadə olunmasına əsaslanır. Bu dünya səviyyəli layihə yalnız BP şirkəti, ARDNŞ və Azərbaycanın yerli təchizatçılarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilə bilər”.