Bakı 2015 Oyunları Akademiyası gənc və həvəsli gənclər axtarır

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Məzun Təkmilləşdirmə proqramına ərizə qəbulunu yenidən açıq elan edir və 2011 - 2014-cü illər arasında məzun olan istedadlı və həvəsli gəncləri proqrama qoşulmağa dəvət edir.

Məzun Təkmilləşdirmə proqramı Avropanın aparıcı korporativ təşkilatları ilə müqayisə oluna bilən, məzunların inkişaf etdirilməsi üzrə rəqabətə davamlı proqramdır.  Bu proqram iştirakçılara Bakı 2015 Avropa  oyunlarında iştirak etmək və  idman və digər  sahələr üzrə  çətin layihələri  idarə edərək uzun müddətli  karyeraya hazırlıq üçün zəruri  bilik və bacarıqların artırılmasına  xidmət  edən innovativ təlim sistemini təmin edir.   

NECƏ ƏRİZƏ VERMƏLİ?

Ərizə qəbulunun son tarixi 1 avqustdur. Seçılən gənclər sentyabr və oktyabr aylarında iki qrupda BEGOC-da işə başlayacaqlar. 
Təkrarı olmayan fürsət əldə etmək, karyera inkişafınızı sürətləndirmək, məzunların inkişafı sxemininin iştirakçısı olmaq istəyirsinizsə, Oyunlar Akedemiyası veb saytı vasitəsilə Məzun Təkmilləşdirmə proqramında iştirak etmək üçün ərizə göndərin. 
QEYD:  BP  Bakı 2015 Avropa Oyunlarının rəsmi və Bakı 2015 Oyunları Akademiyasının müstəsna tərəfdaşıdır. Seçilən şəxslər BP deyil, BECOG tərəfindən işə götürülür.