Siz Azərbaycan Komandasını alqışlamağa hazırsınızmı?!

Oyunlar bu gün başlanır! Bir neçə saatdan sonra Bakı şəhəri Bakı 2015 Avropa Oyunlarının  –  bütün Avropadan  6,000-dən çox atletin iştirak etdiyi həyacandolu, çoxnövlü idman yarışlarının möhtəşəm açılış mərasiminə  şahidlik edəcək. 
 
Oyunlar zamanı 20 müxtəlif idman növü üzrə 253 medal yarışları keçiriləcək. Kamandan ox atma, Atletika, Voleybol, Boks, Velosiped, Cüdo, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Güləş daxil olmaqla bu idman növlərinin 12-si Rio 2016 Yay Olimpiya Oyunları üçün seçim imkanları yaradacaq.  
Keçən il Oyunların rəsmi tərəfdaşı olduqdan sonra BP şirkəti bu tədbirin ictimaiyyətə çatdırılmasında və dəstəklənməsində fəal rol oynayaraq yerli atletlər və məşqçilərin inkişafına və eləcə də gələcək yüksək səviyyəli tədbirlər və layihələr üçün yerli potensialın yaradılmasına dəstək olmuşdur. 
 
BP şirkəti sözügedən ilk möhtəşəm tədbirə hazırlaşan və orada iştirak edən altı  elçi atleti  dəstəkləyir.   Atletlər İlham Zəkiyev (Paralimpiya cüdo), Elxan Məmmədov (Olimpiya cüdo), Hacı Əliyev (Olimpiya güləş), Fəridə Əzizova (Olimpiya taekvondo), Oloxan Musayev (Paralimpiya atletika) və Oleq Panyutindir (Paralimpiya atletika).

Davamlı dəstəyimizi nümayiş etdirmək və onları Oyunlara hazırlaşan zaman ruhlandırmaq üçün biz bu ilin aprel ayında həmin atletləri BP şirkətinin Bakı şəhərindəki Xəzər Mərkəzi ofisində qəbul etmişik.     

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

BP şirkətinin atlet elçilərimizi necə dəstəklədiyi haqqında videomaterialı izləyin

Bizim atletlərin Oyunlar ərzində çıxışları aşağıdakı kimi müəyyən olunmuşdur:
  • Fəridə Əzizova, Olimpiya taekvondo – 18 iyun, Kristal Zal
  • Hacı Əliyev, Olimpiya güləş – 18 iyun, Heydər Əliyev Arenası
  • İlham Zəkiyev, Paralimpiya cüdo – 26 iyun, Heydər Əliyev Arenası
  • Elxan Məmmadov, Olimpiya cüdo – 27 iyun, Heydər Əliyev Arenası
Biz hamını atletlərimizin yarışlarında və digər oyunlarda iştirak etməyə dəvət edirik.  Siz oyunlarda iştirak etməklə və sevimli atletlərinizi alqışlamaqla öz rolunuzu oynaya və bu möhtəşəm tədbirin bir hissəsi ola bilərsiniz! 
  
Siz  BP şirkətinin Bakı 2015 Avropa Oyunları ilə bağlı işləri haqqında məlumatlar ilə Bakı 2015 internet səhifəsində tanış ola bilərsiniz.