Axının mərkəzində - Mərkəzi Azəri platforması 10 illik yubileyini qeyd edir

O zamandan 10 il keçməsinə baxmayaraq, Elxan yenə də Mərkəzi Azəri platformasındadır. “Bu platforma mənim üçün çox əzizdir, buna görə də, MA platformasının 10 illik həyat səlnaməsində iştirak etmiş və ona öz töhfəsini vermiş hər bir şəxsə öz minnətdarlığımı bildirirəm. Şəxsən mənim üçün bu 10 il MA-də nəzarət-ölçü avadanlığı üzrə texnik vəzifəsindən Azəri yatağında Ərazidə Əməliyyatlar üzrə Menecer vəzifəsinə qədər bir həyat yolu keçmək deməkdir,” deyə Elxan əlavə etdi.  

Hasilata  başlanan  gündən 2014-cü ilin sonuna kimi 670 milyon bareldən artıq neft hasil edilmişdir, bu isə Azərbaycanda fəaliyyət göstərən platformalar içində ən yüksək hasilat göstəricisidir.  2014-cü ilin sonu üçün  orta  günəlik hasilat  156, 500 barrel olmuşdur.  Platformanın 356 əsas heyət üzvü vardır ki, bunlardan 220-si göyərtədə maksimal insanın sayına daxildir.  

Bu əlamətdar gündə Elxan AGT regionunda Dəniz Əməliyyatları üzrə vitse-president Toni Hant ilə birlikdə heyət üzvləri ilə birgə bu günü qeyd etmək üçün platformaya səfər etdi. “10 il ərzində dünya səviyyəli əməliyyatların həyata keçirilməsi  fantastik bir nailiyyətdir. O zaman, hamı – BP, ABƏŞ-dəki tərəfdaşlarımız və Azərbaycan dövləti Mərkəzi Azəri platformasından yüksək göstəricilər gözləyirdi. Lakin faktiki olaraq heyətin nə qədər hasilat verə biləcəyini kiminsə təsəvvür belə edə biləcəyinə mən inanmıram. Odur ki, heyətə Mərkəzi Azəri platformasında növbəti on il ərzində böyük uğurlar arzulayıram,” Toni dedi. 
13 fevral 2015-ci il tarixi Mərkəzi Azəri (MA) platformasının möhtəşəm fəaliyyətinin 10 ilinin tamam olması ilə əlamətdardır.

Mərkəzi Azəri platforması Azəri yatağında quraşdırılmış üç platformadan biri olmaqla, Azəri-Çıraq-Günəşli layihəsinin 1-ci Mərhələsində istismara verilmişdir.  Mərhələ 1 2001-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və BP Azərbaycan Biznes Bölümünün prezidenti Deyvid Vudvardın iştirakı ilə sanksiyalaşdırıldı. 

Platformanın tikintisi 2004-cü ildə tamamlandı və Mərkəzi Azəri platformasında hasilat ilk neftin ənənəvi yaxmasını həyata keçirmək üçün Prezident İlham Əliyevin platformaya 13 fevral 2005-ci il tarixində baş tutmuş şəxsi səfəri ilə başladı. Platformanın ən son tarixindəki əlamətdar hadisə isə 2014-cü ilin oktyabr ayında əsaslı dövri texniki xidmət layihəsinin təhükəsiz qaydada və uğurla həyata keçirilməsi oldu.  

Mərkəzi Azəri platforması bir çox əməkdaşımız üçün, o cümlədən hal-hazırda Azəri yatağında Ərazidə Əməliyyatlar üzrə Menecer olan Elxan Məmmədov üçün peşəkar təcrübə qazandıran məktəb oldu. Elxan platformanın tarixi günündə - ilk hasilat quyusunun istismara buraxıldığı 13 fevral 2015-ci il tarixində platformada idi.