Xəzər Texniki Təlim Mərkəzi: 10 il uğurlu fəaliyyət

Səngəçalda yerləşən Xəzər Texniki Təlim Mərkəzi (XTTM) bu il öz uğurlu fəaliyyətinin 10 illiyini qeyd edir. Bu mərkəz 2004-cü ilin may ayında BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları tərəfindən açılıb.

XTTM Xəzər regionunda BP-nin əməliyyatçısı olduğu bütün layihələrin texniki təlimə olan tələbatını ödəmək üçün yaradılmış dünya səviyyəli texniki təlim mərkəzidir. Mərkəz BP və tərəfdaşları üçün Azərbaycan, Gürcüstan və Türkiyədə daha böyük sayda işçi heyətinin milliləşdirilməsini həyata keçirməkdə misilsiz xidmət göstərir.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

On il ərzində bu mərkəz çox yüksək beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətə malik səriştə əsaslı təlimlər keçirib. Bu təlim mərkəzi “City and Guilds”, “OPITO” və “JTL” tərəfindən beynəlxalq akkreditasiyadan keçib.
	
Mərkəz Azərbaycanda gündəlik olaraq 300 nəfərdən artıq texnik üçün peşəkar təlimlər keçirir. Bu proses BP-nin idarə etdiyi layihələr çərçivəsində quru və dəniz əməliyyatlarında səriştəli yerli işçi qüvvəsinin yetişdirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərə uyğun aparılır. 

Mərkəz aşağıdakı növ unikal təlim qurğularına malikdir:
  • Qazma əməliyyatlarını idarəetmə məntəqəsinin təlim trenajoru. Bu trenajor kompleksi qazmaçılara Xəzər dənizindəki yeni platformalarda mövcud olan müasir qazma avadanlıqlarının təhlükəsiz və səmərəli şəkildə idarə edilməsi üzrə təlim keçmək məqsədilə istifadə edilir
  • Unikal əməliyyatlar üzrə təlim qurğusu. Bu, təhlükəsiz şəraitdə qurğuların işə salınması və istismarı üzrə tam təcrübə toplamağa imkan verir;
  • Neft və qaz sənayesində geniş şəkildə istifadə edilən xüsusi avadanlıqlara malik geniş və tam təchizatlı emalatxana.
  • Hasilat və qazma üzrə təlimlər keçmək üçün zəruri olan avadanlıqlarla təchiz olunmuş müasir, rahat sinif otaqları
BP şirkəti öz tərəfdaşlarının adından Xəzər Texniki Təlim Mərkəzini idarə edir. Təlim proqramı texniki təlimlərin keçirilməsi üzrə ixtisaslaşmış dünya miqyasında aparıcı şirkət olan “TTE-Petrofac” tərəfindən həyata keçirilir. 

İlk məzunların buraxıldığı 2004-cü ildən bəri mərkəzin hazırlıq proqramı çərçivəsində təxminən 900-dən artıq texnik təlim alıb. 2013-cü ildə 143 texnik məzun olaraq qurudakı və dənizdəki obyektlərə yola salınıb.

10 il  ərzindəki nailiyyətlərimizi yekunlaşdırsaq  əminliklə deyə bilərik ki, XTTM
  • Gündəlik əməliyyatlarımız üçün zəruri olan yüksək ixtisaslı yerli texnikləri hazırlayan əvəzsiz mərkəzə çevrilib.
  • Əsas diqqəti səriştə əsaslı təlimlərə yönəltməklə yüksək səviyyəli təlimi sürətləndirib.
  • Nisbətən qısa müddət ərzində Azərbaycanda neft və qaz sektorunda ixtisaslaşmış çox sayda texniklər yetişdirib və onların hamısı beynəlxalq standartlara uyğun təlim keçib.
  • Və bizə bütün regiondakı enerji sektoru boyunca daha yüksək təlim standartlarına təkan vermək üçün istifadə edə biləcəyimiz bir platforma təmin edir
Şirkətimizdə XTTM-də təlim keçmiş bir sıra yüksək vəzifəli kadrlar işləyir. Bu da, mərkəzin on illik fəaliyyəti dövründə onun böyük təsir və nailiyyətini göstərən bariz nümunədir.