Iyirmi birinci Xəzər neft və qaz sərgisinin Bakı Sərgi mərkəzində açılışı oldu

4 iyun 2014

4-5 iyun tarixlərində XXI Xəzər  Neft və Qaz sərgisinin  tərkib hissəsi olaraq “JW   Mariott Absheron” otelində  Xəzər Neft və Qaz Konfransı keçirilir.  BP şirkətinin nümayəndələri  konfransda təqdimatlarla çıxış edəcəklər. 

Xəzər Neft və Qaz Konfransı enerji sektorundakı ikitərəfli və çoxtərəfli əlaqələrə və qlobal enerji təhlükəsizliyinə dair gündəmdə olan məsələlərin müzakirə edildiyi ən mühüm beynəlxalq neft və qaz tədbirlərindən biridir.

Konfransın  ilk günündə BP-n hasilat üzrə vitse prezidenti Pət Drohan  çıxış edərək  BP və onun tətəfdaşlarının 20 il ərzində Azərbaycandakı  fəaliiyətindən danışdı.
Konfrans iştirakçıları Azəri-Çıraq-Dərinsulu Günəşlinin 20 illiyinə həsr  olunmuş videoya da baxdılar.   

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Azəri-Çıraq-Dərinsulu Günəşlinin 20 illiyi

3 iyun 2014

2014-cü il 3 iyun tarixində Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının prezidenti Zati-aliləri canab İlham Əliyev açıliş mərasimində nitq söylədi. BP-nin Xəzər dənizində əməliyyatçısı olduğu  layihələrdən  danışarkən  ölkə Prezidenti  son 20 il ərzində BP ilə olan  uğurlu əməkdaşlığı da xüsusi qeyd etdi. 
 
Tədbirdə iştirak edən  BP-nin  baş icraçı direktoru Robert Dadli bu tədbirin ilk dəfə təşkil olunduğu tarixin 1991-ci ildə ölkənin müstəqillik qazanmasından sonra neft və qaz sənayesinin dirçəlişi ilə eyni vaxta təsadüf etdiyini qeyd edərək onun əhəmiyyətini  vurğuladı. 
O, həmçinin  qeyd etdi ki,  mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində BP və onun tərəfdaşları Azərbaycan hökuməti ilə “Əsrin Müqaviləsi” adlanan saziş imzaladı. Bu da ölkənin bir daha dünyanın aparıcı neft və qaz hasil edən dövlətlərindən birinə çevrilməsi istiqamətində inamla addımlamasına imkan verdi.
 
O vaxtdan etibarən Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin, ARDNŞ-nin, tərəfdaşlarımızın və sözsüz ki, Azərbaycan xalqının dəstəyi  sayəsində ölkədə iqtisadi  inkişaf güclənib, dünyanın digər dövlətləri ilə yeni ticarət əlaqələri qurulub. 

Cənab Dadli  Şahdəniz  yatağının  Mərhələ 2 islənməsi  barədə danışarkən Azərbaycana yatırılan  böyük miqyaslı birbaşa xarici investisayaları, layihənin  mürəkkəbliyini, əhəmiyyətini və onun Azərbaycana  və Cənub Dəhlizi  boyu yerləşən ölkələrə gətirəcəyi mənfəəti xüsusi qeyd etdi.  
 
BP stendində ölkə Prezidentini BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti  Qordon Birrel  qarşılayaraq  Azəri Çıraq Günəşlinin gələcəyi,  texnologiyalar və  yerli potensialın inkişaf etdirilməsi barədə danışdı.
 
Beynəlxalq Xəzər neft və qaz sərgisi Azərbaycanda və ümumilikdə Xəzər regionunda  ildə bir dəfə keçirilən və ən çox ziyarətçi  cəlb edən  neft və qaz tədbiridir.  Tədbir Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin  xüsusi diqqəti və  Sənaye  və Energetika  Nazirliyinin və ARDNŞ-in dəstəyi ilə həyata keçirilir.  

Sərgi   6 yanvar  tarixinə   qədər davam edəcək.  BP –nin stendi pavilyonun  mərkəzində yerləşir. 

BP stendində Azərbaycandakı texnologiyalar, tərəfdaşlıq və 20 illik nailiyyətlərimiz öz əksini tapıb və əsas diqqət regiondakı bütün əməliyyatlarımızın miqyasına və tətbiq etdiyimiz qabaqcıl texnologiyalara cəmlənib.

Hər il keçirilən Neft və Qaz Sərgisinin bir hissəsi kimi, BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından unikal təcrubə mubadiləsini təmin edən  “Alıcı ilə tanış ol” tədbirini təşkil edir. Tədbir yerli  şirkətlərə öz məhsullarını  potensial alicılara  təqdim etmək, adətən iri şirkətlərin olduğu mühitdə rəqabət aparmaqda çətinlik çəkən kiçik və orta müəssisələr üçün imkanlar yaratmaq  məqsədilə təşkil edilir.Digər tərəfdən, bu tədbir alıcılar üçün də bir fürsətdir - burada onlar yerli bazarın nəbzini duya və mövcud imkanları araşdıra bilərlər. 

Alıcı ilə tanış ol” tədbirinin daha çox sayda beynəlxalq müştəriləri neft və qaz sektorundakı yerli təchizat bazarını təmsil edən şirkətlərlə görüşlərə cəlb etməklə onların beynəlxalq bazarlara çıxışına yardım etməsi gözlənilir.
 
Builki tədbir Bakı Ekspo Mərkəzinin 3 saylı pavilyonunda təşkil olunacaq. Bundan əlavə, sərgi iştirakçılarına və sərgini ziyarət edən qonaqlara köməklik göstərmək üçün tədbirdə BP-nin bələdçiləri olacaq.