DSG platformasında insan itkin düşüb

Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP təəssüf hissi ilə bildirir ki, DSG platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşmüşdür.

Hadisənin təfərrüatları hazırda araşdırılır.

BP öz qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilmişdir.
Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılmışlar. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.

Əlavə suallar üçün aşağıdakı telefon nömrəsi vasitəsilə BP-nin mətbuat xidməti ilə əlaqə saxlamağınız xahiş olunur: (+994 55) 422 34 69