Qobustan Texniki Təlim Məktəbi ilk məzunlarını yola salır

Noyabr ayının 10-da BP Azərbaycan şirkəti SOCAR ilə  birlikdə SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində Peşə Təlimi Xidmətləri layihəsinin ilk məzunlarının buraxılış mərasimini keçirtdi..  

BP şirkəti və tərəfdaşları tərəfindən sponsorluq edilən layihə neft və qaz sənayesi ilə bağlı sahələrdə ixtisaslaşan Azərbaycan vətəndaşlarına təlim və inkişaf imkanları yaratmaq üçün tərəflərin davamlı qarşılıqlı öhdəliyini vurğulayır.  

Mərkəz Qaradağ rayonunun 79 icma üzvü üçün peşə təlimi imkanları təmin etmişdir.  
Tədbirin sonunda Rövnəq Abdullayev, Qordon Birrell və digər yüksək vəzifəli şəxslər  79 tələbənin hər birinə məzun sertifikatları təqdim etmişlər.  

Tədbir SOCAR və BP şirkətinin yüksək rəhbərliyini, BP şirkətinin tərəfdaşlarını, əsas podratçılarını, o cümlədən layihənin Azərbaycan cəmiyyəti üçün dəyərini təsdiq edən Qaradağ rayon icra hakimiyyəti rəsmisini bir araya gətirmişdir.  

SOCAR və BP şirkəti arasında əməkdaşlıq müqaviləsi 2014-cü ilin sentyabr ayında BP şirkətinin Azərbaycanın nəhəng neft və qaz layihələrinin artan tələblərinə cavab verə bilən dünya səviyyəli işçilərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə dəstək vermək öhdəliyinin bir hissəsi kimi imzalanmışdır.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tədbir iştirakçılarına xitabən dedi: “Biz inanırıq ki, SOCAR-ın Qobustan Texniki Təlim Məktəbi yüksək ixtisaslı texniklər hazırlamağa imkan yaradan tədris planına malik əla tədris obyektidir. Biz yüksək ixtisaslı deyəndə beynəlxalq standartlara uyğun surətdə işləyə, müasir neft və  qaz sənayesi tərəfindən tələb olunan təzə texnologiyalar, proseslər və mexanizmlərdən istifadə edə bilən işçi qüvvəsini nəzərdə tuturuq.”

SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR və BP şirkəti arasında Azərbaycanın neft və qaz sənayesi tərəfindən tələb olunan yerli peşəkarların təlimi və inkişafı sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.