BP-nin idman elçisi İlham Zəkiyev Rioya gedən yolda
BP Paralimpiya üzrə idman elçisi İlham Zəkiyevi Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında dəstəkləməkdən qürur duyur.
Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.
Video yüklənir
Lütfən gözləyin...
İlham Zəkiyevi nümayiş etdirən və BP tərəfindən çəkilən filmə təqdimatdan sonra 2 milyondan artıq baxış olub. Ilhamın BP ilə əməkdaşlığı 2012-ci ildə keçirilən London Olimpiya Oyunlarından başlayır. Həmin oyunlarda İlham bürünc medal qazandı. O, idman elçisi kimi BP-ni 2015-ci il Bakı Avropa Oyunlarında təmsil etdi və qızıl medal qazandı.
1999-cu ildə İlham qonşu Ermənistanla Qarabağ münaqişəsində düşmənin snayper gülləsindən zədə alaraq görmə qabiliyyətini itirdi. 18 yaşlı gənc üçün bu, hər şeyi itirmək demək idi. Onun kədəri sonsuz idi, amma idmana və ölkəsinə olan sevgi ona özündə yeni enerji tapmağa, ümidllə yaşamağa güc verdi. O, idmana qayıda bildi, amma yalnız paralimpiya oyunlarında iştirak edir. İlham 6-cı dan qara kəmər sahibidir. O, 2004-cü ildə Afinada və 2008-ci ildə Pekində keçirilmiş Paralimpiya Oyunlarında 100kq-dan artıq çəki kateqoriyasında qızıl medallar qazanıb. O, 5-qat Avropa çempionu və 2-qat dünya çempionudur. 2008-ci ildə o, Azərbaycan idmanının inkişafına verdiyi böyük töhfəsinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Biz idman elçimizlə fəxr edir və qarşıdan gələn Rio oyunlarında ona uğurlar arzu edirik.