ARDNŞ: BP bizim güvəndiyimiz şirkətdir

BP-nin Azərbaycanda təməli qoyulandan o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə sıx əməkdaşlıq edir. Turxan Əhməd ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovla bu münasibətlər haqda söhbət edir

BP-nin ARDNŞ-lə əməkdaşlığı Azərbaycanın inkişafına nə dərəcədə təsir edib?

BP və Azərbaycan biri-digərini çox gözəl tamamlayır. Onlar sanki bir komandanın iki oyunçusudur. Azərbaycan dünyanın ən qədim neft hasil edən ölkəsidir və ölkənin bu sahədə olan təcrübəsi müstəsnadır. Biz güclü futbol oynamaya bilərik, amma neft və qaza gəldikdə, şübhəsiz ki, biz ən təcrübəli ölkələrdən biriyik. Lakin BP-nin texnologiyası və bacarıqları və bizim üçün çətin olan 1992-1994-cü illərdə Azərbaycanla çalışmağa hazır olamsı bizim üçün çox dəyərlidir. Odur ki,  biz, təcrübəli beynəlxalq neft şirkəti və təcrübəli neft ölkəsi kimi bir-birimizi əla tamamlayırıq.

BP Azərbaycanın inkişafına böyük töhvə verib. Şirkət Azərbaycana gələndə, bura, xarici investorların güvənə biləcəyi bir ölkə deyildi. Atəşkəs yenicə imzalanmışdı. Ölkə separatçı hərəkatlar və Dağlıq Qarabağın işğalı tərəfindən dağılmış, Vətəndaş müharibəsi təhlükəsi yaxınlaşmaqda idi. Hər hansı bir şirkətin bura milyardlarla dollarlıq sərmayə qoyması böyük cəsarət tələb edirdi. Lakin toxumlar münbit torpaqda əkilmişdi. BP və digər xarici investorların ARDNŞ-lə əməkdaşlığı Azərbaycanı tamamilə fərqli, daha firavan bir ölkəyə çevirdi. 

BP necə tərəfdaşdır?

Bizim BP-də çoxlu dostlarımız var. Bir çox BP əməkdaşlarının Bakıya gəlişinin, buradan getməsinin sonra isə təkrar qayıtmasının şahidi olmuşuq. BP bizim üçün dost və güvənə biləcəyimiz şirkətdir. Biz BP-ni səmərəli şirkət hesab edirik, o, bizim ara-sıra verdiyimiz məsləhətlərə əməl edir. Həmçinin BP-nin rəhbərlik etdiyi layihələrdə qarşılıqlı faydalı əməkdaşlığımız var. Biz bunu çox yüksək qiymətləndiririk.

ARDNŞ və BP əsasən hansı sahələr üzrə əməkdaşlıq edir? Sizcə, BP ilə ARDNŞ neft və qaz sahəsindən başqa hansı sahələrdə həmkarlıq edə bilər?

Təbii ki, bizim əməkdaşlığımız əsasən AÇG və Şahdəniz üzrədir. BP-nin və şirkətin bəzi əmədaşlarının xüsusi fədakarlığı, 2013-cü il dekabrın 17-si Şahdəniz üzrə yekun sərmayə qərarının qəbul olunmasını qeyd edə bilməyimizdə vacib amillərdən idi. Şahdəniz layihəsinin rəhbəri kimi BP öhdəliyinə sadiq ən böyük xarici şirkət olub və olmağa da davam edir. Onun Cənub Qaz Dəhlizi layihəsinə inamı güclüdür. Bu layihə BP-nin və təbii ki bizim portfelimizdə olan ən böyük layihələrdən biridir.  

20 il əvvəl olduğu kimi, BP bu dəfədə cəsarət göstərib bu layihəyə inanmaqla yanaşı, onu uğurlu başlanğıca, yəni 45 milyard dollar dəyərindəki Şahdəniz 2-nin sanksiyasına gətirib çıxardı. Bu, bizim şirkətin və ölkəmizin imza atdığı ən çətin, böyük və bahalı layihədir. Bu, Azərbaycan üçün yeni eranın başlanğıcıdır. Tarixdə ilk dəfə olaraq, ölkəmiz və Xəzər regionu ən iri təbii qaz bazarına bağlı olacaq.
 
Biz BP ilə neft və qazdan əlavə bir çox sahələrdə əməkdaşlıq edirik. Misal üçün keçmiş London Olimpiya Oyunları və hər iki şirkətin sponsorluq etdiyi 2015 Bakı Avropa Olimpiya Oyunları. BP həmçinin gənc Azərbaycan mütəxəssisləri yetişdirib, inkişaf etdirərək, təhsil sahəsinə də böyük töhvələr verir. Əgər BP hər hansı bir sahədə əməkdaşlıq təklif etsə, biz məmuniyyətlə bu təklifi qəbul etmək haqda fikirləşərik.

Sizcə BP Şahdəniz 2-dən əlavə, Azərbaycanın qaz sahəsində olan gələcəyində rol oynaya bilərmi?

Əlbətdə ki. Mən bir çox gələcək qaz layihəsində BP-nin iştirakını görürəm. Hazırda biz BP şirkəti ilə bir neçə bu tipli lahiyəni müzakirə edirik. 

BP-nin əməkdaşları və texnologiyası Xəzər hövzəsinin inkişafına nə dərəcədə təsir edib?

Təbii ki, BP-nin həm əməkdaşları, həm də texnologiyasının töhvəsi çox böyükdür. 1848-ci ildə ilk quyunun qazıldığı andan bu yana ölkənin neft hasilatı, AÇG layihəsi ilə pik nöqtəyə gəlindi. Bu layihəyə BP rəhbərlik edir. Biz ümid edirik ki eyni uğur, yəni regiona yeni texnologiyaların gətirliməsi, Şahdənizlə də təkrarlanacaq. 2013-cü ilin sonunda Bob Dadlinin Heydər Əliyev Mərkəzindəki çıxışı yadımdadır, o ölkənin XX əsrin əvvəlində və daha sonra imza attdığı “ilklər”-dən danışırdı. O dedi ki, Şahdəniz layihəsinin inkişafı sayəsində BP və onun əməkdaşları ölkəyə daha bir neçə “ilk” gətirəcəklər. Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı qazla təmin etməklə yanaşı, bir sıra texnoloji yeniliklərlə müşayət olunacaq. Bu yeniliklərin məhz Azərbaycanda olması bizi çox sevindirir. 

Bir çoxları BP-ni Azərbaycanın strateji həmkarı kimi görür. Bu nə dərəcədə doğrudur?

Əlbətdə bu belədir. Ölkəmizin ən iri layihələrinə rəhbərlik və idarə edən, neft-qaz sənayesinə böyük tövhələr verən BP birmənalı olaraq Azərbaycanın strateji həmkarıdır. Bir ölkə kimi Azərbaycan və onun xalqı dostlarını tez-tez dəyişmir. Biz tam əminik ki, BP də bu fəlsəfəyə şərikdir. BP bu regionda Azərbaycanın müstəqilliyi bərpa olunmamışdan xeyli əvvəl işləməyə başlayıb. 
Ona görə də BP-nin Azərbaycana qayıtması gözlənilən və, təbii ki, yüksək qiymətləndirilən bir hadisədir. Məncə BP-nin Azərbaycanın strateji həmkarı olması bizim üçün bir hədiyyədir. 

Sonuncu Neft və Qaz Sərgisində Cənab Prezident çıxışı zamanı qeyd etdi ki, Azərbaycan artıq 20 ildir ki, BP ilə əməkdaşlıq edir və o, bu əməkdaşlığın daha 20 il davam etməsini istəyr. Sizcə bu realdır?

Ölkə Prezidenti uzun müddət ARDNŞ-də işləyib və onun söylədiyi hər şey neft şirkətində əldə etdiyi böyük təcrübədən irəli gəlir. O, ilk gündən AÇG layihəsinin danışıqlarında	iştirak edib. O, BP və ARDNŞ, həmçinin ARDNŞ və digər xarici şirkətlər arasında imzalanan bir çox sazişlərin şahidi olub. Həmçin o, bizim Şahdəniz layihəsi üçün təkcə Şahdəniz konsorsiumunun daxilində deyil, həmçinin tranzit ölkələr və bizim qazın perspektivli istehlakçıları olan ölkələr arasında apardığımız danışıqların irəliləyişlərindən və yaranan çətinliklərdən hər zaman xəbərdar olub. Şahdəniz layihəsi uzun illər davam edəcək. Buna görə də, BP-nin növbəti iyirmi ildə bizim yaxın dostumuz olmasını və Azərbaycan iqtisadiyyatına töhvə verəcəyini gözləmək məntiqidir. 

Artıq uzun zamandır ki, siz BP-ARDNŞ danışıqlarında iştirak edirsiniz. Siz keçmişlə bü günü necə müqayisə edərdiniz?

Şahdəniz layihəsi üçün transiz ölkələr və potensial alıcılarla danışıqlar apardığımız zaman, biz barrikadanın eyni tərəfində olduğumuzu müəyyənləşdirdik. BP-nin danışıq aparma texnikalarını anlamaq bizim üçün çox faydalı idi. Bu təcrübəni əldə etdikdən sonra biz BP-nin ARDNŞ-lə əməkdaşlığından nələri gözlədiyini daha rahat anladıq. Təbii ki, bu cür qarşılıqlı təcrübələr bizim işimizi daha da asanlaşdırdı.

İrəlidə BP ilə müzakirə olunacaq daha hansı məsələlər var?

Biz BP ilə birlikdə AÇG yatağının ən yüksək hasilat səviyyəsinə çatdırılması barədə danışıqlar aparırıq. Fürsətdən istifadə edərək, mən BP şirkətinin dünyadakı bütün filiallarına, xüsusən də BP Azərbaycana firavanlıq, BP-də işləyən hər kəsə isə uğurlar arzu edirəm.