Sarılar- Qarabağ atının izi ilə

BP-nin maliyyə dəstəyi ilə ərsəyə gələn  bu film  vətəni  Azərbaycanın   Garabağ bölgəsi olan nadir cins atların  daha geniş  miqyasda tanınmasına  BP şirkətinin töhfəsidir.
 
Dünyada Qarabağ atları kimi tanınan gözəl varlıqların  təsirli hekayəsi olan bu film cins Qarabağ atlarının-Sarıların  mənşəyi,  tarixi və xarakterik xüsusiyyətlərindən bəhs edir.
Filmin əsas xəttini bir səfər təşkil edir ki, həmin səfər 2012-ci ildə Uindzor Qəsrində Kraliçanın  Yubileyində gözəl bir Azərbaycan rəqsi ifa edən“Qızılı Oğlan”adlı məğrur bir Qarabağ atından başlayır.
 
Bir çox ölkələrdən keçən bu axtarış onunla bitir ki, Uindzorda yaşayan həmin Garabağ atının nəslinin davamçıları indi Qarabağdan çıxarılaraq qaçqındır. Səfərin sonucu olan  “II Qızılı Oğlan”ın 1950-ci illərdən bəri həmin atla eyni qandan olan 5-ci nəslin nümayəndəsi kimi öz vətəni Azərbaycanda sağ-salamat və məğrur yaşadığı aşkarlanır. 
  
Film Azərbaycanfilm və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının  birgə istehsalıdır.