Enerjinin zəfəri- əsrin müqaviləsinin 20-ci ildönümü

20 sentyabr  tarixində BP şirkətinin əməliyyatçılığı ilə idarə olunan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Heydər  Əliyev Mərkəzində Əsrin Müqaviləsinin 20-ci ildönümünü qeyd etdi.

Əsrin müqaviləsinin 20 illiiyinə həsr olunmuş videoya baxın

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Enerjinin zəfəri

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli, AÇG veteranları,tərəfdaşlar, ARDNŞ, diplomatic nümayəndəliklər iştirak ediblər.

Mərasimin tərkib hissəsi kimi,  Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməli atılıb. Mərasim Heydər Əliyev Mərkəzində böyük ekranda canlı yayımlanıb.
İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi ölkələrin bayraqları, eləcə də ARDNŞ və BP-nin loqotipləri əks olunub. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev, daha sonra isə digər ölkələrin dövlət və hökumət rəsmiləri, ARDNŞ və BP prezidentləri bayraq əkslərinin aşağısından imza atıblar. Borunun qarşısında xatirə şəkli çəkdirildikdən sonra ilk boru xəndəyə döşənərək Cənub Qaz Dəhlizinin təməli atılıb.

Prezident İlham Əliyev çıxışında deyib ki, bu layihə Avropanın enerji xəritəsini dəyişəcək: Bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər”.

Bütün tərəfdaşların adından çıxış edən BP Qrupunun baş icraçı direktoru Bob Dadli dedi: “Bu gün biz yalnız geriyə nəzər salaraq ötən iyirmi ili qeyd etmirik, biz həm də irəliyə baxaraq Azərbaycanın enerji tarixində yeni bir səhifə açırıq, belə ki, biz Xəzər dənizindəki nəhəng Şahdəniz yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və yekunda İtaliyaya qaz nəql etmək üçün cənub dəhlizinin inşasına başlayırıq.”