Qərbi Çıraq platforması hasilatı gündə 100000 barelə çatdırdı

2014-cü il yanvar ayının 29-da Qərbi Çıraq platformasında hasilat J05 öncə qazma quyusundan başlanmışdır. Bu quyu məhsuldar  quyu olmuşdur və hazırda oradan gündə 24 min barel  xam neft hasilatı davam edir. Keçən il ərzində komanda tərəfindən beş hasilat quyusu təhvil verilmiş və nəticədə Qərbi Çıraqda hasilat gündə 94 min barelə qədər artmışdır. Bu il dörd quyu təhvil verilməlidir və bu quyuların birincisi – J06 quyusu keçən həftə istismara verilmiş və Qərbi Çıraqda hasilat ilk dəfə gündə 100 min bareldən yuxarı qalxmışdır.  
BP şirkətinin AGTR quyuları üzrə vitse-prezidenti Cim Koui demişdir: “Həmişə olduğu kimi, təzə qurğuda qazma və tamamlama əməliyyatlarına başlamaq problemlərsiz ötüşmür. Gündə 100 min barel hasilata nail olmaq Quyular və Əməliyyatlar komandaları  üçün çox əhəmiyyətli məsələdir. Quyuların Qərbi Çıraqda olduğu kimi mümkün qədər təhlükəsiz və tez istismara verilməsi çox ixtisaslı “Vahid Komanda”nın səyləri nəticəsində mümkün olmuşdur. Belə işlər əzmkarlıq, peşəkarlıq və gərgin iş tələb edir. Qərbi Çıraq komandasının gördüyü bir sıra işlərlə fəxr etmək olar. Şübhəsiz ki, onlar platformanın minimal fasilələr etməklə və minimal qeyri-məhsuldar hesabına işə salınması baxımından bir nümunə olmuşlar. Buna nail olduqdan sonra biz indi təhlükəsiz və uğurlu bir gələcəyə ümid bəsləyə bilərik. Qərbi Çəraq platformasının əla  komandası var!”

Platformanın etibarlılıq dərəcəsi yaxşılaşmaqda davam etmiş və komanda əməliyyatların birinci ilində fasiləsiz 100 gündən çox müddət ərzində işləməyə nail olmuşdur. Onlar buna həssas məsələləri həll etməklə və itkilərin köklü səbəbini müəyyənləşdirərək aradan qaldırmaqla nail olmuşlar.   Bu, komanda üçün bu il əsas diqqətin yönəldildiyi sahə olacaq. 2015-ci ildə əlavə sistemlərin istismara hazırlanması, qum və lay suyunu ayıran avadanlıqların istismara verilməsi planlaşdırılır. Dərin sulu Günəşli platformasından suvurma kəməri də bu il çəkiləcək.
     
BP şirkətinin AGTR dəniz əməliyyatları üzrə vitse-prezidenti Toni Hant demişdir: "Komanda erkən yaranan bəzi problemləri aradan qaldırmaq üçün çox yaxşı işləmiş və üst modulların istismar göstəriciləri müntəzəm şəkildə yaxşılaşmış və birinci il qurğunun etibarlılıq səviyyəsi qoyduğumuz 85% hədəfdən yuxarı - 95,4% olmuşdur. Bu, dünya səviyyəli bir nəticədir. Mən fürsətdən istifadə edərək, Hasilat üzrə Qlobal Təşkilatdakı həmkarlarımıza da qurğunu yüksək standarta uyğun inşa etdiklərinə və qalan bir neçə məsələlərin həll olunmasını nəzarət altında saxladıqlarına görə təşəkkürlərimi yetirirəm. Etibarlı qurğu təhlükəsiz əməliyyatın həyata keçirilməsinə çox kömək göstərir. Mən bu birinci il ərzində heyət və prosesin təhlükəsizlik göstəricilərinin yaxşılaşdırılması ilə bağlı irəliləyişdən də  çox məmnunam. Əminəm ki, indi Qərbi Çıraq qarşıdan gələn bir çox illər ərzində təhlükəsiz, etibarlı və xərclər baxımından sərfəli əməliyyatlar yerinə yetirə bilər."

Qərbi Çıraq platforması mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında suyun 170 metr dərinliyində quraşdırılmışdır. Platformanın layihələndirilmiş hasilat gücü gündə 183 bareldir. Onun qaz ixrac gücü gün ərzində 285 milyon standart kub futdur.  
    
Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi əsaslı məsrəflərinin   $4 milyard dollardan çoxu qurğuların tikintisi və qabaqlayıcı quyuların qazılması proqramı üçün istifadə olunmuşdur və məbləğin qalanı hasilat müddəti ərzində platformadan istismar quyularının qazılmasına sərf olunacaq. Bu böyük sərmayə AÇG yatağından hasilatın optimallaşdırılmasına öz töhfəsini verəcək. 
 
Azərbaycanın dünya səviyyəli tikinti sahələrinin tarixində ilk dəfə Qərbi Çıraq platformasının hazırlanması işi yerli resurslardan istifadə olunmaqla bütövlükdə ölkədə həyata keçirilmişdir.