• Xəzər
  • Xəbərlər
  • Məqalələr
  • Şahdəniz qazını Anadoludan keçməklə Avropa’ya ötürəcək TANAP boru kəməri Eskişehirdə işə salındı

Şahdəniz qazını Anadoludan keçməklə Avropaya ötürəcək TANAP boru kəməri Eskişehirdə işə salındı

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev dünən Türkiyədə keçirilmiş mərasimdə Trans Anadolu Təbii Qaz Kəmərinin (TANAP) təntənəli açılışını edib.

Bu hadisə bu il Xəzər dənizindən Türkiyəyə, 2020-ci ildən isə Avropaya qaz nəql edəcək 3500 kilometrlik boru kəməri şəbəkəsi olan Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində atılan böyük bir addımdır.

TANAP boru kəməri Cənub Qaz Dəhlizinin əsas əlaqələndirici bəndlərindən biridir və ilkin olaraq Türkiyəyə və Avropaya ildə 16 milyard kubmetr həcmində Xəzər qazını nəql etməyə kömək edəcək. TANAP boru kəməri qazı Türkiyənin uzunluğu boyunca hamısının çəkisi birlikdə bir milyon tondan çox olan 160 000 ədəd polad boru vasitəsilə nəql edəcək.
TANAP boru kəmərinin təntənəli açılış mərasimi bu ilin ortalarında gözlənilən Türkiyəyə ilk kommersiya qaz tədarükü ərəfəsində əsas bir mərhələdir.

BP şirkəti Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunacaq qazı təmin edən "Şahdəniz 2" layihəsinin inkişafında mühüm rol oynayıb.

BP şirkətlər qrupunun baş icraçı direktoru Bob Dadli Türkiyənin şimal-qərbindəki Eskişehirdə təşkil olunan TANAP boru kəmərinin təntənəli açılış mərasimində yüksək vəzifəli rəsmilərə və maraqlı tərəflərə qoşulub.
"Eskişehirdə təşkil edilən təntənəli açılış mərasimi, Azərbaycanın Şahdəniz qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildən etibarən isə Avropaya nəqlində TANAP boru kəmərinin rolunu qeyd edir."
Bob Dadli, BP şirkətlər qrupunun baş icraçı direktoru
Dadli TANAP boru kəmərinin işə salınması "Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əsas mərhələ" adlandırıb.

Dadlinin sözlərinə görə, "Eskişehirdə təşkil edilən təntənəli açılış mərasimi, Azərbaycanın Şahdəniz qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildən etibarən isə Avropaya nəqlində TANAP boru kəmərinin rolunu qeyd edir."